"NV-LYUKS" Tikinti və Təmir şirkətinin nümayəndələri Mingəçevir şəhərində
şirkətin flilialının təqdimat toplantısında iştirak edib. Toplantıda "Liderpersona"
qəzetinin müxbiri, "Təmiz Dünya" İctimai Birliyinin İctimaiyyətlə əlaqələr
deportamentinin, "İdeal Gənclər" İctimai Birliyinin mətbuat və informasiya,
eyni zamanda adıçəkilən şirkətin reklam şöbəsinin rəhbəri Vasif Akifli çıxış
edərək, toplantı iştirakçılarına şirkət haqqında geniş məlumat verdi. Şirkətin
veb səhifəsinin (nvtikinti.com) təqdimatı zamanı Vasif Akifli şirkətə onlayn
müraciət qaydalarını izah etdi.
Göstərilən xidmətlərin dəyəri, tikiləcək və təmir olunacaq evlərin orta hesabla
müştərilərə təklif edilən qiymətləriylə bağlı suallara şirkətin maliyyə şöbəsinin
müdiri Kənan Fərəcov cavab verərək, müştərilərə ilkin ödəniş 30% olmaqla,
6 aydan 36 aya qədər faizsiz kredit şərtləri ilə evlərin tikintisini və təmirini
təklif etdi. Şirkətin daxili audit xidmətinin rəhbəri Şahmar Musayev toplantı
iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirərək, xidmətlərin
zəmanətli və ümumi işlərin keyfiyyətli həyata keçirildiyini diqqətə çatdırdı.
Sonda müştərilərin təklifləri dinlənildi.
No comments:
Post a Comment