Thursday, May 29, 2014
"GÜLÜMSƏ..."
Gülümsə! Gülümsə ki, sənə verilən ömür payını yaşaya biləsən. Aldığın
hər nəfəsdə mənəvi rahatlığını yenidən və daim hiss edəsən! Gülümsə ki,
çəkdiyin ağrıların, acıların sevdiklərinin qəlbini iztirablarla kölgələməsin.
Təbəssümünlə hər əməlində, hər kəlməndə yazıl könüllərə. Yaddaşlara
hopan gülüşlərində unudulsun cismani yoxluğun. Ölümün belə, çöhrəndə
əks olan təbəssümünün ənginliyində özünə əbədiyyət tapsın. Qəlbin
gözlərindəki gülüşlərin sevgi dolu parıltısında dilə gəlsin. Arzuların,
düşüncələrin, ümidlərin səmimiyyətinin və daxili aləminin sərhədlərini
anlatsın! Gülümsə! Gülümsə ki, kin, küdurət, yalan sarmasın baxışlarını!
Qoy, məhəbbətin, sevgin və gülüşlərin hər zaman sevdiklərinin dünyasını
GÜNƏŞ tək aydınlatsın!
YAQUT HÜSEYNOVA
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment