Wednesday, May 14, 2014

Məktublarını oxuduqca... (Həqiqi sevgi ayrılıq tanımaz!)

   Məktublarını   vərəqləyirəm. Sətirlərində  mənə  daha  yaxınsan. Nəfəs  qədər  
yaxın. Gülüşünü, övkəni, arzularını, çəkib  getmələrini, sevgini  daha  çox  
duyuram  bu  məktublarda. Yazdığın  hər  kəlmə, hər  söz  qəlbindəki  
saflığın  və  məhəbbətin  tərcümanıdı  mənimçin. SEVDİM... SEVDİM  SƏNİ...  
Elə  bir  sevgi  yaşatdın  ki,  səadəti  gözlərimin  nurunda  dilə  gəldi!
   

    Bəzən  rəsmlərinlə  danışdım. Sənə  söyləyə  bilmədikərimi  onlarla  bölüşdüm. 
Dualarımda  var  oldun. Bəzən  acı  sözlərinlə  incitdiyin  qəlbimin  gileylərində  
səni  unutmağa  çalışdıqca daha da  dərinləşdi  sevgim. Bir  ömür  boyu  yanında  
olmaq istədim. Səninlə yaşlanıb, gözlərində yuva quran baxışlarımın  
gözlərindəcə  əbədi  uyumasını  dilədim  TANRIDAN.  Çox  vaxt qürurumuzu
bir-birimizə  inad  sevgimizdən üstün tutduq. Sevdiyimizi danmağa çalışdıq, 
amma  gücümüz yetmədi  buna!..  

                                 
                                                         YAQUT   HÜSEYNOVA

No comments:

Post a Comment