Həyatı sevdirdin mənə. İnsanlığa itmiş inamımı geri qaytardın səmimiyyətinlə.
Sonsuz ümidlərlə işıqlandırdın könlümü. Nifrəti sildin gözlərimdən, gülüşü
hədiyyə etdin çöhrəmə. Qəlbindəki TANRI sevgisindən qopan bir damla tək
tanıtdın sevgini mənə. Ürəyimizdəki məhəbbətin həzin pıçıltısında var etdik
bizi. Danışmadan, etiraf etmədən iki dost tək addımladıq eyni yolda. Susduq...
Susaraq yürüdük.
Baxışlarımızsa susmadı. Ülvi sevgimizin gözlərimizə hopan həqiqətində
dilləndi söyləmək istədiklərimiz. Ulduzların işıltısında, göylərin ənginliyində,
dənizlərin dalğalarında, günəşin qürubunda və üstündə addımladığımız qara
torpağın bizi saracaq ətrində çözüldü sevdamız. AZAN ÇİÇƏKLƏRİNİN İLAHİ SƏDAQƏTİNDƏN rəng almasını dilədik dualarımızda... Sınaqlar mərhəmətin,
güvənin, etibarın, dürüstlüyün dəyərini anlatdı bizə. Birgə addımladığımız
sevgi yollarında ömür adlı əmanətin mahiyyətində İLAHİ EŞQİN gücününün,
huzurunun və sarsılmazlığının şahidi olduq!
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment