Saturday, September 20, 2014

SARILMA, NİFRƏTƏ!

   Nifrəti  sirdaş  etmə,  gözlərinə. Onunla  süsləmə  baxışlarını. Nə  olursa, olsun! 
Həyatda  ən böyük  ağrını  yaşasan  belə! Gözlərini  kor  etmək  istədiyin  xəyanəti  
görsən  belə!  Yalanlarla  ürəyin   paramparça   edilsə  də,  nifrətə  sarılma! İzn  
vermə, kin, küdurət, əzablar  həyatına yansıyan  sevgi  dolu  baxışlarını  silərək,  
onu   bir   kabusa  döndərsin. Əsla, izn  vermə! 
 

  İradənlə, qəlbindəki  TANRI  sevgisiylə  yox  et,  səni saran  düşüncələr  
burulğanını.  Qoy,  gözlərin qəlbini bütün  səmimiyyətiylə  ifadə  etsin.  Danışsın,
gözlərin  ulduzlu  asimanla, qara  torpaqla, dənizlə, salxım  söyüdlərlə. Məhəbbətin  
rəngi,  dürüstlüyün  əzəməti  çöksün xəyallar  dünyasına  səni  yolçu edən  
baxışlarına. Bəzən  də  səssizliyinin  tərcümanı  olsun  baxışların...


                                                                           YAQUT   HÜSEYNOVA

No comments:

Post a Comment