Həm sevinc , həm uğur , həm sınaq kimi ,
Bir il də beləcə ötdü ömürdən !
Payızda tökülən bir yarpaq kimi ,
Bir il də beləcə ötdü ömürdən !
Səngərdə keçrilən Yeni ili biz ,
Şuşada qeyd edək QƏLƏBƏMİZLƏ !
Torpağa tökülən şəhid qanının ,
Qisasın alaq biz QƏLƏBƏMİZLƏ !
YAQUT HÜSEYNOVA
Monday, December 29, 2014
Saturday, December 27, 2014
Thursday, December 25, 2014
" ÖMRÜMÜZƏ GƏLƏN İLLƏR ... "
Saatın əqrəbləri ilin son anlarını sehrli səsində yekunlaşdırır . Yaşananlar , yaşatdıqlarımız , qazandıqlarımız və itirdiklərimiz düzgün nəticələrə gətirib
çıxarır düşüncələrimizi , ələlxüsus verəcəyimiz qərarları . Alman filosofu
İmmanuil Kant söyləyirdi ki : - " ZAMAN səssiz mişardır ! " Vaxt və zaman
haqqında deyilən aforizmləri vərəqlədikcə , bu kəlamda bütün
söylənilənlərdən yığcam , amma daha güclü bir məqamın əksini görmək
mümkündür . Həqiqətən zaman dayanmadan , aman dinləmədən səssizcə keçib
gedir . Kimi aldanar onun səssizliyinə , fəqət , itkisini , acisini bir ömürboyu
çəkər . Həyat amalını qətiyyətlə saf niyyətlərində müəyyənləşdirənlər isə
zamanla eyni vaxtda addımlamağı bacarar . Zamanı verilən ömür payında
düzgün dəyərləndirməyi , onu doğru yolda sərf edərək varlığını yaddaşlara ,
ürəklərə sevgi , hörmət və ehtiramla yazmağı bacarmaq insanın mənəvi
ucalığından xəbər verir .
Daha bir ili geridə qoyduq . 365 günlük kiçik zaman kəsiyinin artıq
son saatlarını yaşayırıq . Yaşanmış daha bir il xatirəyə dönərək yaddaşımıza
köçdü . Bəşəriyyətin , Yer üzünün keçib gəldiyi siyasi , iqtisadi , mədəni
tənəzzül və tərəqqi dolu 2014 - cü il tarixə qovuşdu . Sonsuz arzularla ,
tükənməz ümidlərlə , daha qətiyyətli məqsəd və addımlarla 2015 - ci ilə qədəm
qoyuruq. Ömrümüzün yepyeni səhifəsi açılır . Uğurlu nəticələr mətin addım
və qərarlara bağlıdır . Nənəm axıska türkü idi . Axıska ədəbiyyatından dönə -
dönə işlətdiyi bir sözü heç vaxt unutmaram : - " ZAMAN sənin həyatında deyil ,
sən ZAMANDA iz sala biləsən ! "
31 dekabr Azərbaycan tarixində Yeni il bayramıyla yanaşı , Dünya
Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur . 1991 - ci ilin dekabr
ayının 16 - da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər
Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın zəruri olduğunu nəzərə
alaraq , 31 dekabrı HƏMRƏYLİK GÜNÜ elan etdi . Və o gündən Həmrəylik
Günü çoxmilyonluq Azərbaycan Diasporunun əziz bayramlarından biri
olaraq , dünyanın hər bir ölkəsində yaşayan azərbaycanlıların birlik rəmzinə
çevrildi . Ümummilli Liderin bu tarixi anı yaratmasında əsas ideya , önəmli
məqam , məhz ilin son gününü " GÜCÜMÜZ HƏMRƏYLİKDƏDİR ! " söyləyib ,
yeni ilə də bu amalla addımlayaraq , işğal altında olan yurd yerlərimizdə üç
rəngli bayrağımızı dalğalandırmalıyıq çağırışıdı !
YAQUT HÜSEYNOVA
QƏDRİYYƏ QULİYEVA : - " Göstərilən etimadı doğruldacağam ! "
Artıq bələdiyyə seçkilərinin nəticələri müəyyənləşdi . Şirvan şəhər
bələdiyyəsi üzvlüyünə namizədliyi qeydə alınan 55 nəfərdən 17 - si səs
çoxluğuyla qalib gəldi . Demokratik , şəffaf və azad şəraitdə keçirilən
seçkilərdə qələbəni qazananlardan biri də Quliyeva Qədriyyə Ramiz qızıdır .
Şəhərimizin fəal gənclərindən olan Qədriyyə Quliyeva 1988 - ci il iyulun
22 - də Əli Bayramlı ( Şirvan ) şəhərində dünyaya göz açıb . 2006 - cı ildə
Mübariz İsrailov adına 18 nömrəli tam orta məktəbi uğurla bitirərək ,
Lənkəran Dövlət Universitetində tarix və ictimaiyyət ixtisası üzrə qiyabi
təhsil alıb . 2008 - ci ildən 2014 - cü ilin sentyabr ayına qədər Şirvan şəhər
Tarix - Diyarşünaslıq Muzeyində böyük elmi işçi kimi çalışıb . O , şəhərimizin
ictimai həyatında fəal iştirakıyla hər zaman fərqlənib . Tarix muzeyində
keçirdiyi tarix dərsləri şəhər məktəblilərinin tariximizin daha dərindən
öyrənməsinə daima yardımçı olub . 2014 - cü ildə müəllimlərin işə qəbulu
üzrə imtahana qatılaraq müvəffəqiyyət qazanıb .
Hal - hazırda Qədriyyə Quliyeva Sabirabad rayonu Çöl Beşdəli kənd
orta məktəbində müəllim işləyir . Qədriyyə xanım ona bu seçkilərdə etimad
göstərən hər kəsə təşəkkürünü bildirərək qeyd edir ki , bələdiyyə üzvü kimi
əsas məqsədim mənə göstərilən etimadı layiqincə doğruldaraq müstəqil
Azərbaycanın milli mənafeyi naminə suverenliyimizin inkişaf və
möhkəmlənməsinə bütün qüvvəmlə çalışacağam !
YAQUT HÜSEYNOVA
Monday, December 15, 2014
SƏADƏT QULİYEVA : - " Daha bir uğura imza atdıq ! "
- " Artıq 2014 - cü ilin son günlərini yaşayırıq . Yaşanan hər il , hər gün ,
hər an həyatımızdakı iziylə yaddaşımıza köçür . Amma bu günlərdə
qazandığımız nailiyyət varlığımızı bir daha sübut etdi . " İLİN ƏN YAXŞI
MƏKTƏBİ " müsabiqəsinin qalibi olduq . Sevincimizin həddi - hüdudu yoxdur .
Çünki bu müvəffəqiyyət bütün kollektivimizin gərgin zəhmətinin və müəllimlik
adına duyduqları məsuliyyətin nəticəsidir . " Səadət Quliyeva gözlərindəki fəxr
hissini , sözlərinə köçürdüyü sevinci müsahibədə bir daha dilə gətirdi :
- Məktəbimizin nailiyyətləri mənə imkan verdi ki , bu müsabiqəyə qatılaq .
Müsabiqə üç mərhələdən ibarət idi . 91 məktəb iştirak edirdi . Şirvan
şəhərindən biri bizim məktəb olmaqla iki məktəb qatılmışdı müsabiqəyə .
Bəhruz Aslanov adına 16 nömrəli tam orta məktəb və biz " İLİN ƏN
YAXŞI MƏKTƏBİ " müsabiqəsinin qalibi olduq . Bu şəhərimizin təhsil
sistemində qazandığı növbəti tarixi uğurdu . I mərhələ Təhsil Nazirliyinə
məktəbin göstəriciləri , yəni cari ildə əldə etdiyi nailiyyətlər haqqında
sənədlərin təqdimatından ibarət idi . Qürurla qeyd etmək istəyirəm ki ,
rəhbəri olduğum 21 nömrəli tam orta məktəbin tələbə qəbulu üzrə bu ilki
nəticələri şəhər məktəbləri arasında birinci yerdədir .
II turda məktəblərin hansı layihələrdə iştirak etməsi ilə əlaqədar seçim
qarşıya qoyulmuşdur . 61 məktəbin mübarizə apardığı bu turda , İNEPO - da
bürünc medal qazanmağımız , ingilis dilinin intensiv tədrisi ilə bağlı " XXI əsr
üçün müəllim " layihəsindəki artıq iki ilə yaxın olan qazandıqlarımız daha bir
sevinci yaşatdı bizə .
Eyni zamanda Təhsil Nazirliyində müəyyən olunmuş komissiya qarşısında
on dəqiqəlik məruzə etməliydik . 9 və 11- ci siniflərin buraxılış imtahanlarının
nəticələrinə görə qiymətləndirilən sonuncu həlledici məqamda, nəhayət , bütün
səd və pillələri inamla keçərək " İLİN ƏN YAXŞI MƏKTƏBİ " adını
qazandıq ! " Ümumulikdə 50 ümumtəhsil məktəb bu ada layiq görülüb .
Daha böyük qələbələr arzusuyla ,
YAQUT VAFİQQIZI .

Sunday, December 14, 2014
Saturday, December 13, 2014
KÖLGƏ
Diqqətlə yanaş ki , hər bir sözünə ,
Nahaqdan kimsəni incitməyəsən .
İnan zəhmətinə , güvən özünə ,
Özgə kölgələrdə sən itməyəsən !
Kimliyin , mənliyin , ruhun , əqidən ,
Dəyişkən olmasın fəsillər kimi !
Köklənsə , Vətənə hər bir məqsədin ,
Tarixə iz salar , əsrlər kimi .
Çalış ki , özün ol , təqlid eləmə ,
Varlığın puç olar təqlidlərində !
Əyrini - doğrunu tanıt qələmə ,
Həqiqət çözülsün tənqidlərində !
YAQUT HÜSEYNOVA
Nahaqdan kimsəni incitməyəsən .
İnan zəhmətinə , güvən özünə ,
Özgə kölgələrdə sən itməyəsən !
Kimliyin , mənliyin , ruhun , əqidən ,
Dəyişkən olmasın fəsillər kimi !
Köklənsə , Vətənə hər bir məqsədin ,
Tarixə iz salar , əsrlər kimi .
Çalış ki , özün ol , təqlid eləmə ,
Varlığın puç olar təqlidlərində !
Əyrini - doğrunu tanıt qələmə ,
Həqiqət çözülsün tənqidlərində !
YAQUT HÜSEYNOVA
Thursday, December 11, 2014
TURAN CAVİD : - " O MƏHV OLMUŞ AZƏRBAYCANI YENİDƏN YARATDI ! "
" Dövlətin başçısı onun taleyidir . " Bu bir həqiqətdir . Çünki hər bir dövlətin
idarə olunması , milli rifahı , suverenliyi ona rəhbərlik edənin şəxsiyyətindən
çox asılıdır . Heydər Əliyev də belə öndər idi . Dövlətimizin gələcəyini atdığı
hər addımda düşünən , torpağını sevən , müstəqil Azərbaycanı bütün
dünyaya tanıdan , xalqımızın haqq səsini beynəlxalq aləmə qətiyyətilə
çatdıran vətənpərvər idi o .
O ulu dahinin , sirli qalanın ,
Ömrü əsrləri ötən boydadır .
Özü AZƏRBAYCAN boyda olanın ,
İtkisi ağırdır - VƏTƏN boydadır !
( Vaqif Məmmədov )
Ümummilli Liderin anım günü ərəfəsində , vaxtilə onunla görüşən
həmyerlimiz Şirvan şəhər COL - un Əməyin mühafizəsi və təhlükəsizliyi
şöbəsinin mühəndisi Zemfira Məmmədova ilə həmsöhbət olduq .
Şəhərimizin ictimai həyatında əməyi ilə öz sözünü deyən qadınlarımızdan
olan Zemfira xanım söhbətə bu misralarla başladı :
- Gəldi əbədilik ömür qazandı ,
Getdi əbədiyyət dünyasına o !
Vətənim demək azdır , Vətənin olmaq gərək - deyimini ömrünün , fəaliyyətinin
başlıca məqsədinə çevirdi Ümummilli lider . Onunla iki dəfə görüşmüşəm .
1978 - ci ildə Heydər Əliyev Əli Bayramlıya ( indiki Şirvan şəhərinə ) gələndə
mən " Günəş " uşaq bağçasında tərbiyəçi işləyirdim . Ümummilli Lider və
onunla Bakıdan gələn qonaqları qarşılamaq üçün mənə rəhbərlikdən tapşırıq
verildi . Qrup uşaqlarımla birinci biz qarşılamalı idik . Həmin gün Əli Bayramlı
şəhər dəmiryol vağzalında izdiham vardı . Heydər Əliyevi böyük ehtiramla
qarşıladıq . Uşaqlar gül dəstələrini qonaqlara təqdim etdi . Mehribanlıq və
nəvazışlə uşaqlarla bir qədər söhbət etdikdən sonra , o bu uşaqların
müəlllimi kimdir , deyə səsləndi .
- Mənəm , dedim .
- Çox gözəl . Sənin adın , familiyan nədir ?
- İsgəndərova Zemfira Təhlət qızı .
... O görüş həyatımın ən gözəl xatirəsidir . Çünki bir gənc kadr kimi onunla
görüşə nail olmuşdum , eyni zamanda Ulu öndərlə etdiyim qısa söhbətin
qazandığım bütün uğurlarda izi var .
İllər sonra yenidən Heydər Əliyevlə görüşmək qismət oldu mənə . 1992 - ci
ilin yayı idi . Bakıda idim .Azərbaycanın çətin günləri idi . Birdən bir neçə
adamla Heydər Əliyevin bizə sarı gəldiyini gördüm . Mən yaxınlaşıb salam
verdim . Salamlaşdıqdan sonra o soruşdu :
- Nə işlə məşğulsan , hardansan ?
Mən 1978 - ci ildə olan görüşümüzü xatırlatdım . O isə təmkinlə , yadımdadır ,
dedi . Onunla bir qədər söhbət edə - edə Əliağa Vahidin büstünün yanında
dayandıq . O məndən soruşdu :
- Bu kimin büstüdür ?
- Əliağa Vahidindir .
- Familiyasını , adını tam de .
- İsgəndərov Əliağa - Vahid təxəllüsüdür .
- Bəli , İsgəndərova . Mən sizi xatırlayıram .
Sonra söhbət dəyişdi . Bu büstün yeri bura deyil . Bakıya gəlsəm bunun yerini dəyişəcəm...
Bu iki görüş həyatımın unudulmaz anlarıdı . Bir daha onun xatirəsi önündə
dərin ehtiramla baş əyirəm !
Yazımı Turan Cavidin bir sözüylə bitirmək istəyirəm . Çünki bu fikir
Ümummilli Liderin ucalığının ən gözəl ifadəsidir : - " O məhv olmuş
AZƏRBAYCANI yenidən yaratdı ! "
( Yazı Şirvan şəhər Heydər Əliyev Mərkəzinin Tədqiqat qrupunun fonduna
daxil edilib . )

" QƏLBLƏRDƏ YAŞAYAN DAHİ "
" Ən böyük şəxsiyyətlər özündən çox , mənsub olduğu cəmiyyəti düşünən ,
onun varlığının və xoşbəxtliyinin qorunması üçün həyatını qurban verən
insanlardır . " Mustafa Kamal Atatürkün bu kəlamı türk dünyasının nadir şəxsiyyətlərindən olan Heydər Əliyevin həyat yolunu aydın şəkildə
təcəssüm etdirir . Ulu öndər XX əsrdə Azərbaycan xalqının yetirdiyi ən parlaq
sima olaraq , nəinki millətimiz , habelə bütün dünya tərəfindən qəbul edilir
və qiymətləndirilir . O , həyatını Azərbaycanın tərəqqisinə , beynəlxalq aləmdə tanınmasına , dövlətçiliyimizin möhkəmləndirilməsinə və demokratik dövlət
quruculuğuna həsr etmişdir .
Ulu öndərin anım günü Şirvan şəhər Heydər Əliyev Mərkəzində qeyd
olundu . Dövlət himni səsləndikdən sonra mərkəzin böyük elmi işçısı
Aynur Fərzəliyevanın çıxışı dinlənildi . " Qəlblərdə yaşayan dahi "
mövzusundakı nitqində Ümummilli liderin parlaq dühasının müstəqil
Azərbaycan dövlətinin hər bir sahəsində izi olduğunu qeyd etdi . Natiq
vurğuladı ki , məqsəd və amalı Azərbaycanı hərtərəfli inkişaf etmiş
müstəqil , dünya birliyində tanınan bir dövlət kimi görmək idi . Siyasətə
qədəm qoyduğu ilk gündən VƏTƏN üçün addımladı . İmzalar içində
imzası , bayraqlar içində bayrağı olan Azərbaycanı yaratdı .
" Azərbaycanda qadın siyasəti " mövzusunda mərkəzin direktoru Samirə
Abışovanın çıxışı da maraqla qarşılandı . " Azərbaycan qadını tarix boyu
zəkası , namusu , isməti , fədakarlığı , vətənpərvərliyi ilə , vətəninə , torpağına
olan hədsiz məhəbbəti və gözəlliyi ilə tanınmışdır . " Ulu öndərin bu sözləri
Azərbaycan qadınına verilən ən layiqli qiymətdir , söyləyən Samirə xanım
ölkəmizdə həyata keçirilən qadın siyasətinin bütün məqamlarına diqqəti
yönəltdi . Vurğuladı ki , tariximizə şərəfli adıyla , sənətiylə , gördüyü işlərlə
iz qoyan qadınlarımız arasında həmyerlilərimiz də var . Onlardan ilk
maarifpərvər qadınlarımızdan olan Sona Babayeva , tanınmış həkim Lidiya
Gerogiyevna Kurdikova , fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə , Şirvan
şəhər musiqi məktəbinin şöbə müdiri Şəfaqət Hacıyeva , Şirvan şəhər Tarix - Diyarşünaslıq muzeyinin direktoru Gülşən Vəliyeva və Şirvan şəhər Mərkəzi
Mədəniyyət evinin direktoru Elmira Həsənova haqqında məlumat verdi .
Tədbirdə Şirvan şəhər Mərkəzi Kitabxananın uşaqlarla iş üzrə direktor
müavini Vəzifə Xudiyeva , Regional özəl məktəbəqədər MMC və " Ziya "
kurslarının direktoru Təranə Əhməd və fəal gənc Talib Nuriyev çıxış etdi .
Anım günündə Sadıq Hüseynov adına 1 nömrəli məktəb - liseyin təşkilatçısı ,
tarix müəllimi Elnur Novruzovun rəhbərliyi ilə hazırlanmış bədii kompozisiya məktəblilərin ifasında təqdim olundu .
( P.S. Yazıda istifadə olunmuş şəkillər facebook.com sosial şəbəkəsində
olan Şirvan şəhəri səhifəsindən götürülüb . Fotoların müəllifi : İsmayıl Abbas )

Wednesday, December 3, 2014
MÜƏLLİFİNİ YARATMADAN YARANAN " KİTABLAR " .
Bircə anını belə kitabxana rəflərindən kitab götürüb oxumaqla keçməyən
həyat həyat həyat deyil , sadəcə üst - üstə gələn illər yığınıdır . Çünki kitab,
mütailə ən gözəl mənəvi qidadır . Kitabxanaların birində şahidi olduğum bir
hadisə mənə çox qəribə göründü . Nə düşünəcəyimi bilmədim . İzlədiyim

bu olay Azərbaycan ədəbiyyatı tarixində uca məqama qovuşmuş və hər
bir zamanın güzgüsü olan " Molla Nəsrəddin " jurnalının sətirlərində
canlandırılan obrazları xatırlatdı mənə . İçimdən bir sızıltı keçdi :
- " ALLAH rəhmət eləsin MİRZƏ CƏLİLƏ ! " Görəsən , gördüyüm
mənzərəni izləsəydi yazacağı növbəti fleytonunun adı necə olardı ...

Bəxtiyar Vahabzadənin kitabın vərəqləyirdim . İçəri yaşı əllidən çox olan
bir nəfər daxil oldu . Əvvəlcə kitab istədi və ktab gətirilənə qədər
kiatabxananın sərgi bölməsində qoyulan kitablara nəzər saldı . Birdən :
- Bəs mənim kitabxanaya hədiyyə etdiyim yeni kitabım niyə bu sərgiyə
qoyulmayıb ? Burdakı kitablardan daha yaxşı görünür , deməsi hər kəsi təəccübləndirdi . Kitabxana işçiləri yüksək mədəniyyət və səbrlə məsələyə
aydılıq gətirdilər . Bildirildi ki , hər bir işin öz prinsipləri olduğu kimi ,
kitabxana sisteminin də özünəməxsus qayda və qanunları mövcuddur .
Sərgi bölməsində hər hansı kitabın yerləşdirilməməsi fonda həmin kitabın
daxil edilmədiyi anlamına gəlmir !
Həmin müəllifi ilk dəfəydi görürdüm . İsrarla sərgidə yerləşdirilməlidir ,
dediyi kitab hansıdır deyə , maraqlandım . Məğzi , məramı , bədii - estetik
tutumu olmayan nəşri əlimdə tutmuşdum . Sadəcə itirilmiş zamanın
dırnaqarası bəhrəsi idi , bu korlanmış vərəqlər . Ustad şair və
yazıçılarımızın mənəvi əzəmətinin , poeziya və nəsr dünyasının ucalığının ,
cəmiyyətə aşıladıqları bəşəri duyğularının , illər , əsrlər ötsə belə qəlblərdəki əbədiyyətinin qarşısında dönə - dönə baş əydim . Doğrudan da gözəl kitab
gözəl cəmiyyət kimi duyğuları və əxlaqı tərbiyələndirir , nəcibləşdirir ,
müəllifini isə yaddaşlarda daim ucaldaraq yenilməz edir . Danılmaz fakt
budur ki , hər bir kitabın , əsərin ömrü onun xalq tərəfindən bəyənilməsindən asılıdır . Bir şeirdə deyildiyi kimi :
Hər sözü bir ulduz , bir şəffaf almaz ,
Mənalar dünyası qaranlıq deyil .
Bax , böyük kitablar yaranır tək - tək ,
Çünki ömürlükdür , bir anlıq deyil !
Hər gün dünyada milyonlarla kitab çap edilir , satılır , müzakirə olunur .
Amma tarixə və yaddaşlara çox az nəşrlər həkk olunur . Bunun üçün də
hər bir müəllif sözə ehtiramla , əlindəki qələmə məsuliyyətlə yanaşmalıdır .
Yazdığı yazılarda , nəşr etdirdiyi kitablarda kəmiyyəti deyil , keyfiyyəti əsas
prinsip kimi izləməli , əsrlərin yol yoldaşı ola biləcək əsərləri yazmağı
məqsədinə çevirməlidir . Məhz , qələmin gücü , müəllifin qüdrəti bu zaman
bəlli olur .
Yazımı böyük fransız yazıçısı Michel De Montaignenin gözəl bir fikri
tamamlaya bilər . O deyirdi : - " Mən kitablarımı yaratmadan əvvəl , kitablarım
məni yaratdı ! "

Tuesday, December 2, 2014
" GÖZLƏRDİR - ÜRƏYİN DANIŞAN DİLİ! "
( Mus : Sahib Mustafayev )
Nə acı , nə şirin sözə inanma ,
Gözlərdir - ürəyin danışan dili !
Saxtakar dünyanın halına yanma ,
Gözlərdir - ürəyin danışan dili !
Gözlər var , namərdi önündə əyər ,
Gözlər var , acizdir , ancaq göynəyər ,
İnsanın iç üzün açıb söyləyər ,
Gözlərdir - ürəyin danışan dili !
Qəmi unudanın sevinci olmaz ,
Bu dünya nə mənə , nə sənə qalmaz ,
Ürəkdən su içir , səbəbsiz dolmaz ,
Gözlərdir - ürəyin danışan dili !
Gözlərdir - ürəyin danışan dili !
2000 .
YAQUT HÜSEYNOVA
Gözlərdir - ürəyin danışan dili !
Saxtakar dünyanın halına yanma ,
Gözlərdir - ürəyin danışan dili !
Gözlər var , namərdi önündə əyər ,
Gözlər var , acizdir , ancaq göynəyər ,
İnsanın iç üzün açıb söyləyər ,
Gözlərdir - ürəyin danışan dili !
Qəmi unudanın sevinci olmaz ,
Bu dünya nə mənə , nə sənə qalmaz ,
Ürəkdən su içir , səbəbsiz dolmaz ,
Gözlərdir - ürəyin danışan dili !
Gözlərdir - ürəyin danışan dili !
2000 .
YAQUT HÜSEYNOVA
Subscribe to:
Posts (Atom)