Diqqətlə yanaş ki , hər bir sözünə ,
Nahaqdan kimsəni incitməyəsən .
İnan zəhmətinə , güvən özünə ,
Özgə kölgələrdə sən itməyəsən !
Kimliyin , mənliyin , ruhun , əqidən ,
Dəyişkən olmasın fəsillər kimi !
Köklənsə , Vətənə hər bir məqsədin ,
Tarixə iz salar , əsrlər kimi .
Çalış ki , özün ol , təqlid eləmə ,
Varlığın puç olar təqlidlərində !
Əyrini - doğrunu tanıt qələmə ,
Həqiqət çözülsün tənqidlərində !
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment