hər an həyatımızdakı iziylə yaddaşımıza köçür . Amma bu günlərdə
qazandığımız nailiyyət varlığımızı bir daha sübut etdi . " İLİN ƏN YAXŞI
MƏKTƏBİ " müsabiqəsinin qalibi olduq . Sevincimizin həddi - hüdudu yoxdur .
Çünki bu müvəffəqiyyət bütün kollektivimizin gərgin zəhmətinin və müəllimlik
adına duyduqları məsuliyyətin nəticəsidir . " Səadət Quliyeva gözlərindəki fəxr
hissini , sözlərinə köçürdüyü sevinci müsahibədə bir daha dilə gətirdi :
- Məktəbimizin nailiyyətləri mənə imkan verdi ki , bu müsabiqəyə qatılaq .
Müsabiqə üç mərhələdən ibarət idi . 91 məktəb iştirak edirdi . Şirvan
şəhərindən biri bizim məktəb olmaqla iki məktəb qatılmışdı müsabiqəyə .
Bəhruz Aslanov adına 16 nömrəli tam orta məktəb və biz " İLİN ƏN
YAXŞI MƏKTƏBİ " müsabiqəsinin qalibi olduq . Bu şəhərimizin təhsil
sistemində qazandığı növbəti tarixi uğurdu . I mərhələ Təhsil Nazirliyinə
məktəbin göstəriciləri , yəni cari ildə əldə etdiyi nailiyyətlər haqqında
sənədlərin təqdimatından ibarət idi . Qürurla qeyd etmək istəyirəm ki ,
rəhbəri olduğum 21 nömrəli tam orta məktəbin tələbə qəbulu üzrə bu ilki
nəticələri şəhər məktəbləri arasında birinci yerdədir .
qarşıya qoyulmuşdur . 61 məktəbin mübarizə apardığı bu turda , İNEPO - da
bürünc medal qazanmağımız , ingilis dilinin intensiv tədrisi ilə bağlı " XXI əsr
üçün müəllim " layihəsindəki artıq iki ilə yaxın olan qazandıqlarımız daha bir
sevinci yaşatdı bizə .
Eyni zamanda Təhsil Nazirliyində müəyyən olunmuş komissiya qarşısında
on dəqiqəlik məruzə etməliydik . 9 və 11- ci siniflərin buraxılış imtahanlarının
nəticələrinə görə qiymətləndirilən sonuncu həlledici məqamda, nəhayət , bütün
səd və pillələri inamla keçərək " İLİN ƏN YAXŞI MƏKTƏBİ " adını
qazandıq ! " Ümumulikdə 50 ümumtəhsil məktəb bu ada layiq görülüb .
Daha böyük qələbələr arzusuyla ,
YAQUT VAFİQQIZI .
No comments:
Post a Comment