" Narkomaniya əsrin bəlasıdır " mövzusunda Şirvan şəhərində şəhər Təhsil şöbəsi və şəhər Polis idarəsinin birgə təşkilatçılığıyla tədbir keçirildi . Məktəblilərin , müəllimlərin , hüquq - mühafizə orqanlarının və media nümayəndələrinin qatıldığı tədbiri Təhsil şöbəsinin müdiri Paşa Nəbiyev açdı . O qeyd etdi ki , bu gün bəşəriyyəti düşündürən və ən ağrılı problemlərdən biri də cəmiyyətin bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyadı . Narkotizmlə mübarizə uzunmüddətli , çoxşaxəli , böyük maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir . Bu mübarizədə əldə olunan müsbət nəticələrin miqyasını genişləndirmək üçün maarifləndirici tədbirlərə xüsusi diqqət yetirilməlidir .
Narkotizmlə mübarizə , bu problemin milli və beynəlxalq qanunvericilikdə tənzimlənməsi haqqında polis şöbəsinin rəisi polkovnik Şahin Mirzəyev çıxış etdi . Polis rəisi vurğuladı ki , bu gün Şirvan şəhər narkoloji kabinetində 800 - dən çox narkotik vasitələrdən asılığı olan şəhər sakini qeydiyyatdadır. O cümlədən,2014-cü ildə şəhər polis şöbəsi tərəfindən narkomaniyaya qarşı mübarizə əməliyyat - tədbirlərində 55 fakt aşkarlanıb və 4 kq narkotik
vasitə dövriyyədən çixarılıb. Narkotik maddələrin gənc nəsillər arasında yayılması təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə, həmçinin respublikamızda " Narkotiksiz gələcək naminə " milli proqramlar qəbul edilib. Buraya təhsil ocaqlarında, hüquq mühafizə orqanlarında , təşkilatlarda narkomaniyanın ziyanı haqqında maarifləndirilmə kampaniyaları daxildir. Bu
kampaniyalar kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitəsilə aparılır. Şəhər narkoloji kabinetin həkimi Dilavər Qurbanov narkotikin insan orqanizminə vurduğu təhlükəli zərərləri və fəsadları barəsində məktəbliləri məlumatlandırdı .
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırıldı .
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment