heç məzarlıqların da çox xislətləri durultmağa gücü yetmir . Bu günlərdə
qəbiristanlıqda ziyarət zamanı seyr etdiyim bir mənzərə məni elə susdurdu
ki , rəhmətlik nənəm demiş , lap nitqim qurudu . İçimi dəhşət bürüdü .
Burdadamı fərqlər , özü də heç bir çərçivəyə sığmayan düşüncəsiz ,
dərrakəsiz fərqlər qoyulur ?! Çox vaxt qiyamətin necə olacağını öyrənməyə
çalışırıq , amma etməli olduqlarımızı unuduruq ! Dini kitabları , hədisləri
vərəqləyirik . Din xadimlərinin moizələrini dinləyirik . Bir nəticəyə gəlmək
üçün. Bəlkə də səmavi kitabların hər birində qeyd olunan qiyamət günü və
onun haqda söylənilənlərin insan xislətindəki eybəcərliklərdən başlayır yolu .
Əsrlər ötsə də , yaşayanlardı var olanlar . Məsələn , " MOLLA NƏSRƏDDİN "
və bu cərəyanın yolçuları kimi . Gördüyüm mənzərə Molla Nəsrəddinçilərin
zamanla yorulmadan birgə addımlayan ayaq səslərini bir daha eşitdirdi
mənə . Çünki bu addımlar böyük bir zaman kəsiyi keçsə də , cəmiyyətdəki
həqiqətlərin daxilinə elə nüfuz edib ki , zaman belə onu susdurmağa acizdir .
Zamanı zamandan öncə görən , çözən və anladan cığırlardı onların getdiyi
yollar . Bəlkə də düşünəcəksiniz ki , mövzudan çox uzaqlaşdım . Amma bu
belə deyil . Ona görə ki , şahidi olduqlarım " MOLLA NƏSRƏDDİN "
jurnalının səhifələrinin hələ də bitmədiyini hər birimizə anladır . Bu jurnalın
hər son səhifəsinə gəldiyimiz anda , oxuyub bitirdiyimizi düşünərkən ,
yenidən vərəqlənir çözümləri , yanaşmaları , hədəfi ifşa və tənqidləri ...
Qısa girişimlə mövzuma həm körpü salmaq istədim , həm də qarışıq
fikirlərimi aydınlatmağa çalışdım ...
Əzizlərimizi ziyarət edərkən qarşı məzarın yanında iki qadının etdiyi söhbəti
eşitdim . Biri digərinə məzarlardakı fərqi göstərib söyləyirdi ki , " gör necə
bəxtəvər ölüdür , qəbri saray kimi düzəldilib , halal olsun övladlarına . O
birisinin torpağı belə aşınıb ... " Həqiqətən qəribə dünyadı . HƏYAT
amansızlığıyla belə çox başlara ağlı hələ də gətirə bilməyib . Hər şeydə , hər
yanaşmada zahir axtarılır . Düşünmürük ki , görüntülərin hamısı səmimi olmur , insanların özü kimi . Gördüklərimiz çox vaxt gözümüzü torlayan pərdələrdən
ibarətdir . O pərdənin arxasındakı doğrunu görmək isə hər vicdana məxsus
deyil ! Bəlkə də qibtə etdiyimiz o dəbdəbə hansısa nankor övladların əməlini
gizlətmək üçün son acizyanə çarədir . Yaxud da qocalar evinin divarlarına
vəsiyyətini edən valideynlərin müqəddəs çiyinlərinə övladları tərəfindən
qoyulan daha bir çəkilməz dərd və ağır yükdür . Bəlkə də fərqinə
varmadığımız ikinci məzarın aşınmış torpağı , ona axıdılan göz
yaşlarının sonsuzluğunun təzahürüdür ...
Qibtə etməkdən uzaqlaşaq ! Uzaqlaşaq ki , həqiqəti görə bilək . Zahiri
aldanışlarda itməyək . Taleyimizin iz saldığı ömür yollarımızı " mənəvi
itgin " damğasıyla qaranlıqlara qərq etməyək . Yaşadığımız cəmiyyətin
əyriliklərini görməyi bacaraq . Üzvi olsaq da həyatı paylaşdığımız cəmiyyətə
bənzəməyək ! Özümüz olaq ! Cəmiyyətin tərtib etdiyi yeni " sinonimlərini "
kiçik dünyamıza tanıtmayaq . Məsələn , " hörmət " adlandırdığı rüşvətdə ,
" ləyaqət " i əvəz edən yaltaqlıqda və bu kimi sadalamaqla bitməyən
iyrənclikdə payımız olmasın . UCA YARADANIN deyərdim ki , ən günahkar
bəndələri də , məhz bizik . Çünki YALANI HƏQİQƏT sözünə sinonim
seçilən dünyanın sakinləriyik . Daha doğrusu CANLI ÖLÜLƏRİYİK !!!
Yazımı Cibrab Xəlil Cibranın sözləriylə bitirmək istəyirəm . O söyləyirdi : - " İçimizdə iki şəxs var - biri qaranlıqda ayıqdır , o biri işıqdaykən yatıb ! "
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment