Yazıçı, şərqşünas
Əli Rzazadənin “SƏMAYA QAYIDAN YAZI”
romanı haqda düşüncələrim
Deyirlər,
yazıçı əsərləri ilə qəlblərdə və beynlərdə öz tarixini yaradır. Məhz əlindəki qələmin
gücü və səmimiyyəti ilə yaddaşlarda iz salır. Bəli, qələm böyük qüvvədir.
İsmayıl Bəy Qaspiralı yazırdı ki:-“Hər nə yazacaq isən, qələmi üç qəpiklik qara
mürəkkəbə batırma. ÜRƏYİNƏ batırıb, onun qanı ilə yazı yaz. Sözün ötər,
VİCDANLARA yetər. Əks halda bisəmərə gələr, keçər.” Həsən Bəy Zərdabi isə
deyirdi ki:-“Yaxşı kitab qiymətli xəzinədir.” Həqiqətən, hər bir xalqın ədəbiyyatı
onun səhifələrinə daxil olan belə xəzinələr sayəsində dəyər taparaq, əbədiyyət
qazanır. Yazıçı, şərqşünas Əli Rzazadənin “SƏMAYA QAYIDAN YAZI” adlı yeni
kitabı da, məhz belə nəşrlərdəndir. Kitab yazıçının oxucuları ilə dördüncü
görüşüdür. Ə.Rzazadənin sayca ikinci romanı olan bu əsər dini radikalizm, onun
mənşəyi, tarixi kökləri, dünyanı hörümçək toru kimi saran terrorçu
qruplaşmaların İSLAM dini adı altında törətdiyi faciə və müsibətlərdən bəhs
edir. Romanda dini radikalizmin, İŞİD-in iyrənc mahiyyəti bütün məqamları ilə
oxucuya çatdırılır. Qeyd olunur ki, radikalizm bütün
zamanlarda və toplumlarda fərqli şəkillərdə təzahür edən zehniyyət tərzidir. Radikallıq
əslində dinlərin və ya digər ideologiyaların mahiyyətindən deyil, onların mənsublarının
düşüncəsindən, psixologiyasından və yanaşmasından qaynaqlanır. Romanda
bu bəladan
xilas olmağın yolları, canlandırılan obrazların timsalında açıqlanır.
Vurğulanır ki, dini radikalizmdən qurtulmaq üçün ilk növbədə cəmiyyətdə dini
maarifləndirmə ciddi və məqsədyönlü şəkildə aparılmalıdır. Müqəddəs dinimiz
İSLAM olduğu kimi insanlara təbliğ edilməlidir. Problemin digər çözüm
yolu isə ictimai müzakirələri təşviq edərək, radikal dini ideyaların tədricən məhv
edilməsinə nail olmaqdır.
Əsərin baş qəhrəmanı Qədir ixtisasca adlı-sanlı cərrahdır.
O eyni zamanda gözəl bir ailə başçısıdır. Atası dünyasını dəyişdikdən sonra,
anası Güşvər xanım uşaqlarını min bir zəhmətlə böyüdüb, boya-başa çatdırmışdı.
Qədir ailənin qürur duyulacaq övladı idi. Kiçik qardaşı Orxan şəhərə işləmək məqsədilə
gəlsə də, çox keçmir ki, dini radikal qruplaşmalardan birinin “beyn yuma” siyasətinin
qurbanına çevrilərək, onun ən fəal üzvi kimi tanınır... Və kafirlərə qarşı
aparılan “müqəddəs cihad” a qoşulmaq üçün “ALLAHIN HAKİM KƏSİLDİYİ ÖLKƏ” yə
yollanır. Qardaşını axtarıb tapana qədər, Qədirin keçdiyi məşəqqətli yol əsərdə
o qədər gözəl və təsirli təsvir edilib ki, oxucu kitabı vərəqlədikcə, sanki
özünü o hadisələrin içində hiss edir.
Romanda
Qədirin ailəsinə yazdığı məktub oxucunun qəlbində silinməz iz salır. O, HƏZRƏTİ
ZEYNƏBİN uyuduğu müqəddəs torpaqda qələmə aldı, ailəsinə sevgi, ümid və etiraf
dolu məktubunu. Elə bu məktubdaca:-“Görüşənədək...” - deyib, anasına və əzizlərinə
qardaşı Orxanla birlikdə Bakıya dönəcəyinə bir daha söz verdi. Məktubu həyat
yoldaşı, çox sevdiyi Aytənə yazsa da, anası Güşvərin qabarlı əllərində son
damla sevincə dönən bu balaca zərf hər kəsin
ürəyində sönməyən bir ümid idi. Qədir bu vərəqlərdə qardaşını tapmaq üçün
çıxdığı yolda başına gələn əhvalatları, şahidi olduğu ağrı-acıları və arzularını
dilə gətirir. Və övladlarını, məhz bu məktubun sətirlərində sonuncu dəfə
bağrına basır...
Ə.Rzazadənin bir yazıçı kimi daha bir uğuru ondan ibarətdir ki, romanda işıqlandırdığı əsas mövzu və ideyanın fonunda cəmiyyətimizdə mövcud olan neçə-neçə problemə toxunaraq, onların həlli istiqamətinə də oxucunun diqqətini yönəltməyə nail olmuşdur. Əsərin bədii gücünü daha da mükəmməl etmək üçün romanın bir neçə yerində yazıçı düşüncə və duyğularını, məhz nəzmlə dilə gətirib.
Yazıçının
bəyaz vərəqlərin köksünə köçürdüyü sətirlər kitablarını vərəqləyən oxucu ilə həmsöhbət
olaraq, ruhunu dindirə bilir. Onun həyata baxışlarına yaxın bir dost kimi
çözümləri ilə aydınlıq gətirərək, beynindəki sualların cavabına çevrilir. Ən əsası,
qələmə aldığı əsərlərindən bəhrələnilir.
Məhz budur, ƏSL YAZIÇI qələminin, Əli Rzazadə yaradıcılığının ucalığı...
Romanın
kuliminasiya nöqtəsini İŞİD terror qruplaşmalarından birinə rəhbərlik edən Əbu
Həmzə adlı erməni ilə Qədir arasında olan dialoq təşkil edir. Bu dialoqdan
kiçik bir hissəni xüsusilə vurğulamaq istəyirəm. Terrorçular tərəfindən İSA
Peyğəmbər kimi çarmıxa çəkilən Qədir, Tanrının ona bəxş etdiyi belə uca ölümü
yaşayacağına görə çox sevinir. Bunu görən erməni dığası onu “axmaq” adlandırır.
Və TÜRK OĞLUNUN bu sevincinin səbəbini soruşanda, Qədirin murdar erməniyə
cavabı belə olur:-“...Axmaq sənsən ki, bunu anlamırsan. Həmişə
düşünürdüm ki, mən bu torpaqlarda ölsəm, bu mənim üçün ucuz ölüm olacaq. Amma
indi sevinirəm. Sevinirəm ki, məni şərəfsiz erməni öldürəcək. Özümü Qarabağda
öldürülən şəhidlərimizin sırasında görürəm. Və inanıram ki, ölümdən sonrakı həyatda
mənim ruhum erməni şərəfsizliyi ilə öldürülən şəhidlərimizin ruhlarının
qatarına qoşulacaq...”
Əsərdə dönə-dönə vurğulanır ki, ilahi sevgidən, ilahi nurdan yarandı Yerin, Göyün hər
damlası. Tükənməz mərhəmət və ilahi ədalət sətirləndi, təbiətin naxışlarında.
Uca Yaradan həyatın mahiyyətini, həqiqətin nəfəsini bütün yaradılana son mənzilimiz
olan qara torpağın ətrində daddırdı. O ətirdə anlatdı, HAQQA gedən yolun yönünü.
ALLAHA qovuşmağın, ONA tapınmağın, ONU tanımağın sərhədlərini qəlblərə və beynlərə,
məhz o ətirlə qətrə-qətrə köçürdü. Əlimizə götürdüyümüz BİR OVUC TORPAQDAN
başlar, İLAHİ EŞQƏ gedən yolun ilk addımı. Bu bir ovuc torpağın zərrələrinə dönən
VƏTƏNİN müqəddəsliyini, yalnız ruhuyla duyanlar aləmlərin RƏBBİNƏ qovuşa bilər...
Bizi YARADANA ruhumuzla, qəlbimizlə qovuşa bilək ki, müqəddəs kitabımız “QURANİ
KƏRİM” sonda “SƏMAYA QAYIDAN YAZI” ya çevrilməsin!!! “ALLAHIN hakim kəsildiyi nə
bir ölkə, nə də bir şəhər” var!...
İnanıram
ki, bütün dünyada aktual mövzu və fəlakət olan İŞİD-in iyrənc mahiyyətindən,
tarixindən bəhs edən ƏLİ RZAZADƏNİN bu mükəmməl romanı əsasında yaxın gələcəkdə
gözəl bir bədii film ekranlaşdırılacaq.
“ALLAHIN VƏTƏNİ”
Axtarma, YARADAN hardadır deyə,
ONUN nə ölkəsi, nə VƏTƏNİ var!
“Müqəddəs cihada” yollanan cahil,
ONUN nə ölkəsi, nə VƏTƏNİ var!
Vərəqlə,
“QURAN” I... Budur, həqiqət,
TANRI nə görünər, nə BÜTLƏŞƏR “O”!
Asiman nurunu
yaysa da, fəqət,
HAQQ olub, ÜRƏKDƏ
VƏTƏNLƏŞƏR “O”!!!
Aldanma, iblisin yalanlarına,
SALAMDAN aşılar, SÜLHÜ DİNİMİZ!
Yem olma, dünyanın ilanlarına,
SALAMDAN aşılar, SÜLHÜ DİNİMİZ!
Yaqut VAFIQQIZI