Friday, May 6, 2016

“DƏSTƏMAZ”



   AZAN artıq bitmək üzrəydi. Molla Nəsrəddin öz otağında yazı masasının üstünə yığdığı kitabları qarşısına qoyub, həmişəki kimi qeydlərini edirdi. Mavi səmada qürub edən GÜNƏŞİN sonuncu işığı AYIN simasında öz əksini tapırdı.Təbiət, sanki gözoxşayan sirli ilmələrlə naxışlanan bir nağıla bənzəyirdi. Otağın pəncərəsinin önündə bitən salxım söyüdlərin budaqlarının əsən yaz küləyinin təsirindən həzin-həzin tərpənişi Molla Nəsrəddinin ruhunu hüzura qərq edirdi.  Bir qədər bu əsrarəngiz gözəlliyi seyr etdikdən sonra, əlindəki qələmi dəftərin üstünə qoyub, ayağa qalxdı. Və:-“Artıq axşam namazının vaxtıdır. Qeydlərimi namazdan sonra tamamlayaram. Həm də yarımçıq qalmış yazılarımdan birinin üzərində də işləyərəm.”- Deyib, otağın qapısını örtərək, həyətə düşdü. Arxın başına gəlib, dəstəmaz almaq üçün ovcunu suyun altına tutdu. Mollanın arvadı yenə də onun ovcunun içindəki suda qəzəb və kədər dolu baxışlarının əks etdiyinin şahidi oldu. O, Molla Nəsrəddinin bu halını artıq uzun zaman idi ki, müşahidə edirdi. Molladan narahatlığının səbəbini öyrənmək üçün soruşdu:

  
    -Ay Molla, niyə yenə üzündəki kədərlə nifrət ovcunun içindəki dəstəmaz suyunda dilə gəlib?
   Molla Nəsrəddin dəstəmazını bitirib, bir az bağda gəzişəndən sonra, həyətdə sərilmiş kilimin üstündəki nalçada əyləşdi. Uzun-uzadı səmada sayrışan ulduzlara nəzər saldı. Köks ötürərək, sözə başladı:
-İSLAM mənəvi dünyamızı, mənəvi birliyimizi aydınladan əbədi bir GÜNƏŞDİR. Hər dəfə dəstəmaz alanda içimdəki əzabdan doğan qəhər gözlərimdən damla-damla axaraq, ovcumda dualarla ləpələnən suya qarışır... 1918-ci ildə mənfur düşmənlərimiz ermənilərin AZƏRBAYCANDA törətdiyi SOYQIRIM zamanı həyata keçirdiyi bir vəhşəti xatırladır mənə, dəstəmaz. Tarixin səhifələrindən oxuduğum həmin misligörünməmiş vəhşəti dilə gətirmək belə ağrılıdır...
   Qeyd etdiyim qətliamda TÜRK qanına susayan ermənilər əliyalın camaata divan tutaraq, körpələrin, qocaların, uşaqların, qadınların kəsilmiş başları və xıncım-xıncım edilmiş cəsədləri ilə doldurduqları “Qan gölü” nü xatırladan hovuzdan sağ qalanlara əzab verə-verə dəstəmaz aldıraraq, namaz qıldırmışdır. Azğınlaşmış ermənilər bu vəhşəti sağ qalanlara yaşatdıqdan sonra, onları da məsciddə diri-diri yandırmışdır!!! İbadətində, dəstəmazında tarixi faciəsi yaşayan, məscidlərinin divarına-daşına ŞƏHİD QANLARININ çiləndiyi bir millətin düşməndən alacağı İNTİQAM QİYAMƏTƏ bərabərdir!!!” - Söyləyən Molla Nəsrəddinin düşmənə olan nifrəti daha sonrakı xitablarında birər-birər alov saçdı:
   -Bax, ey murdar çaqqal, bu bizim BAYRAĞIMIZDIR! Bu, AZƏRBAYCAN millətinin kimliyinin bütün Yer üzünə verdiyi mesajın başı üzərində dalğalanan ilk və son nidasıdır! Bu, bizim TORPAĞIMIZDIR! XOCALIDAN TƏBRİZƏ, BORÇALIDAN QƏRBİ AZƏRBAYCANA qədər, məhz bizim əzəli və əbədi qədim yurd yerlərimizdir! Üstündə ilk addımlarımızı atdığımız ODLAR YURDUNUN “ATƏŞGAH” ının alovundan od götürüb, VƏTƏN, TORPAQ, DİL və BAYRAQ SEVGİMİZ! 

   
   Bax, bu bizim BAYRAĞIMIZDIR! “ŞƏHİDLƏR XİYABANINDA” dalğalandıqca, çırpıntısının ŞUŞADAN, XOCALIDAN, FÜZULİDƏN, LAÇINDAN, ZƏNGİLANDAN, AĞDAMDAN və QUBADLIDAN gələn əks-sədasını ruhumuzla, qəlbimizlə duyuruq. Çünki o müqəddəs yurd yerlərimiz, məhz ŞƏHİDLƏRİN axan qanlarıyla VƏTƏNLƏŞİB! Bax, budur, milli kimliyimizin atributu, imzası olan ULU BAYRAĞIMIZIN vətən ətirli, səngər qoxulu qəlbimizdəki əbədi ucalığı!
   Başımız üstündə bir asiman var... Üç rəngli bayrağımızın rənglərindən, ay-ulduzundan şəfəqlənərək, vahid amal naminə bizi bir yumruq kimi birləşdirən masmavi səma... Bu səmanın nuruna boyanıb, ana torpaq. KİMLİYİMİZİ ÖZÜMÜZ YARATDIQ, ÖZÜMÜZ YAZDIQ, yalnız ÖZÜMÜZ! NƏ YAZDIRDIQ, NƏ DƏ OĞURLADIQ!!! Çünki BİZ bütün tarixi gerçəkliyimizlə VARIQ!
   Hər zaman KÖKÜ OLMAYAN SOYSUZLAR atributlarına qədər oğurlayaraq, özünü bütün dünyaya varmış kimi göstərməyə çalışar. Amma bunu unutma, BAŞI ÜZƏRİNDƏ BAŞQA BİR MİLLƏTİN MİLLİ ATRİBUTUNUN RƏNGLƏRİNİ TƏRSİNƏ ÇEVİRƏRƏK bayraq edən toplum nə MİLLƏT OLA BİLƏR, nə də DÖVLƏT!!!

   Bir gün yağı tapdağı altında olan torpaqlarımızın məscidlərində alınan dəstəmaz və qılınan namazın göylərə yansıyan nurunda yenidən dilə gələcək, “ŞƏHİDLƏR XİYABANI” nda uyuyan XOCALIDAN olan beş yaşlı qızcığazın müharibənin amansızlığında məhv olmuş gülüşləri... O GÜN UZAQDA DEYİL! ”

                                               
                                      
                 
                                        Yaqut Hüseynova




No comments:

Post a Comment