Thursday, May 29, 2014
"GÜLÜMSƏ..."
Gülümsə! Gülümsə ki, sənə verilən ömür payını yaşaya biləsən. Aldığın
hər nəfəsdə mənəvi rahatlığını yenidən və daim hiss edəsən! Gülümsə ki,
çəkdiyin ağrıların, acıların sevdiklərinin qəlbini iztirablarla kölgələməsin.
Təbəssümünlə hər əməlində, hər kəlməndə yazıl könüllərə. Yaddaşlara
hopan gülüşlərində unudulsun cismani yoxluğun. Ölümün belə, çöhrəndə
əks olan təbəssümünün ənginliyində özünə əbədiyyət tapsın. Qəlbin
gözlərindəki gülüşlərin sevgi dolu parıltısında dilə gəlsin. Arzuların,
düşüncələrin, ümidlərin səmimiyyətinin və daxili aləminin sərhədlərini
anlatsın! Gülümsə! Gülümsə ki, kin, küdurət, yalan sarmasın baxışlarını!
Qoy, məhəbbətin, sevgin və gülüşlərin hər zaman sevdiklərinin dünyasını
GÜNƏŞ tək aydınlatsın!
YAQUT HÜSEYNOVA
Wednesday, May 14, 2014
Məktublarını oxuduqca... (Həqiqi sevgi ayrılıq tanımaz!)
Məktublarını vərəqləyirəm. Sətirlərində mənə daha yaxınsan. Nəfəs qədər
yaxın. Gülüşünü, övkəni, arzularını, çəkib getmələrini, sevgini daha çox
duyuram bu məktublarda. Yazdığın hər kəlmə, hər söz qəlbindəki
saflığın və məhəbbətin tərcümanıdı mənimçin. SEVDİM... SEVDİM SƏNİ...
Elə bir sevgi yaşatdın ki, səadəti gözlərimin nurunda dilə gəldi!
duyuram bu məktublarda. Yazdığın hər kəlmə, hər söz qəlbindəki
saflığın və məhəbbətin tərcümanıdı mənimçin. SEVDİM... SEVDİM SƏNİ...
Elə bir sevgi yaşatdın ki, səadəti gözlərimin nurunda dilə gəldi!
Dualarımda var oldun. Bəzən acı sözlərinlə incitdiyin qəlbimin gileylərində
səni unutmağa çalışdıqca daha da dərinləşdi sevgim. Bir ömür boyu yanında
olmaq istədim. Səninlə yaşlanıb, gözlərində yuva quran baxışlarımın
gözlərindəcə əbədi uyumasını dilədim TANRIDAN. Çox vaxt qürurumuzu
bir-birimizə inad sevgimizdən üstün tutduq. Sevdiyimizi danmağa çalışdıq,
amma gücümüz yetmədi buna!..
YAQUT HÜSEYNOVA
Friday, May 2, 2014
"Böyük Qələbə" dən keçən ömür.
Ömrünün 90-cı baharını yaşayır. Həyatının ötən illərində Böyük Qələbənin
həm ağrısının, həm də sevincinin silinməz izləri var. Musa Quliyev artıq iki
ildir ki, Şirvan şəhər Böyük Vətən Müharıbəsi Əlilləri və Veteranları
şurasına rəhbərlik edir. Rəhbəri olduğu qurum bu gün şəhərimizdə gənc
nəslin vətənpərvərlik ruhunda yetişməsində, onların müstəqilliyimizin
keşiyində əsl vətəndaş kimi dayanmağında mühüm işlər görür.
üçün adıçəkilən təşkilata yollandıq. Müsahibim müharibənin insanlara
gətirdiyi fəlakət və ağrıları, o cümlədən qələbənin sevincini belə dilə
gətirdi:-"Müharibə başlayanda Neftçala rayonunun Böyük Oryat kəndində
orta məktəbdə oxuyurdum. O zaman mənim 16 yaşım vardı. Böyük qardaşım
gətirdiyi fəlakət və ağrıları, o cümlədən qələbənin sevincini belə dilə
gətirdi:-"Müharibə başlayanda Neftçala rayonunun Böyük Oryat kəndində
orta məktəbdə oxuyurdum. O zaman mənim 16 yaşım vardı. Böyük qardaşım
İsabala artıq cəbhədə idi. Atam 1942-ci ilin fevralında rəhmətə getmışdı.
Anamla birgə qalırdıq. Çox narahat idim. Çünki anam evdə tək və köməksiz
qalacaqdı. Həm də qardaşımdan uzun müddət idi ki, xəbər gəlmirdi. Bu
qalacaqdı. Həm də qardaşımdan uzun müddət idi ki, xəbər gəlmirdi. Bu
qeyri-müəyyənlik anamı da, məni də çox ağrıdırdı...
Nəhayət, 1942-ci ildə hərbi xidmətə çağrıldım. Əvvəlcə Bakıda 29-cu Dairə
Hərbi məktəbində altı aylıq kurs keçdim. Bundan sonra Bryansk cəbhəsinə,
260-cı Atıcı diviziyasının 1030-cu alayına göndərildim. 1943-cü ilin iyul ayında
bizi ön cəbhəyə yola saldılar. Belarusiyaya gəldik. Qomeldə bizi Bryansk
istiqamətinə buraxmadılar. Axşam saat səkkizədək Qomel stansiyasında
qaldıq. Gecə almanların messer-təyyarələrinin vahiməli səsləri eşidilirdi.
Həmyerlimiz Dünyamalı Məlikovla bir yerdə idik. Həmin gecə itgi və
tələfat çox oldu. Cəbhədə qanlı döyüşlər gedirdi. Bryanskinin azad
olunmasında ağır yaralandım. 1944-cü ilin mart ayına qədər hospitalda
müalicə aldım. Sağaldıqdan sonra 17-ci Xüsusi Rabitə polkunda üç ay
xidmət etdikdən sonra I Pribaltika cəbhəsində yerləşən 51-ci Artileriya
ordusunda müharibənin sonuna qədər döyüşlərdə iştirak etdim. Qələbənin
sevincini yaşamağı Tanrı mənə də nəsib etdi. Döyüşdəki xidmətlərimə görə
müxtəlif orden və medallarla təltif olunmuşam. Vətənə qayıtdıqdan sonra
Nazlı xanımla ailə qurdum. Müxtəlif vəzifələrdə çalışdım və əməyim
dəfələrlə dövlət tərəfindən yüksək qiymətləndirilib. İndi ömrümün ən gözəl
anlarını yaşayıram. Dörd övladım, səkkiz nəvəm, doqquz nəticəm var.
anlarını yaşayıram. Dörd övladım, səkkiz nəvəm, doqquz nəticəm var.
Şərəfli və xoşbəxt bir ömrün yolçusuyam. Çünki həyatımı paylaşdığım Nazlı
xanımın sevgi və sədaqəti, övladlarımın, nəvə və nəticələrimin varlığı
90 illik ömrümün əvəzolunmaz hədiyyəsidir!"
90 illik ömrümün əvəzolunmaz hədiyyəsidir!"
YAQUT HÜSEYNOVA
Subscribe to:
Posts (Atom)