Elə mövzular var ki , nə qədər müzakirə olunsa da , daha doğrusu ən çox
müzakirə olunan mövzu və problemlər olsa da nə bir konkret nəticəsi var ,
nə də bir cavabı . Məhz yazacağım mövzu kimi ...
Bu günlərdə sosial şəbəkələrin birində şəkil paylaşılmışdı . Çox maraqlı və
düşündürücü mənzərə əks olunmuşdu . Cəmiyyətin acı gerçəkliyi
vurğulanırdı . Şəkildə qəribə mağaza təsvir edilmişdi . Mağazanın vitrin və
rəflərində müxtəlif simanı əks etdirən çoxlu sayda başlar düzülmüşdür . Alıcı
isə rəflərdəki başlardan hansını seçəcəyini bilməyən başsız bədən idi .
Şəkildəki mənzərə mənə çox təsir etdi . Eyni zamanda düşüncələrimə çözüm
tapmağa çalışdım . Hətta bir atalar sözümüzü də xatırlatdı mənə : - " Axtaran
tapar . " Amma özümə də gülməli göründü bu xatırlatmam . Çünki yanaşma
və məğzlər tamam fərqli idi . Başsız bədənin əlindəki səbəti dolduracaq
qədər rəflərdən baş axtarması , seçməsi çirkli xislətini gizlətmək , var
olmayan " varlığını " xarici vizuallıqla yaratmaq istəməsindən başqa bir şey
deyildi . Xarici vizuallıq heç vaxt insana cəmiyyətdə həqiqi ehtiram , sevgi
və hörmət gətirə bilməz . Əksinə bunu edənlərin iç dünyasının bataqlıqdan
ibarət olduğunu anladır hər kəsə . Bir də xarici vizuallıq mənəviyyatı zəif ,
yaxud da mənəviyyatı olmayan gözləri aldada bilər !!! Cəmiyyət təəssüflər
olsun ki , xarici vizuallığı önəmsəyir . Bəşəriyyətin ümumi bəlası da budur .
Bəlkə də həqiqətləri susdurmaq üçün dırnaqarası cəmiyyətin
" yükşəlişlərinin " təminatıdır belə yaşam. Hər addımda şəxsi mənfəətlər
önə çəkilir , ümumi mənafelər tapdanaraq yox edilir .
KİMLİK ... Var olmanı sübut edən önəmli məqam və atributdu ! Məişətdə
işlətdiyimiz əşyaların çoxunun belə sənədi olur . Aldığımız zaman orijinalı
saxtadan seçməyə çalışırıq . Ağrılı və təzadlı məqama yol açır qələmim .
Belə mövzuda yazdıqca qəribə bir vahimə duyuram . Bəlkə də ALLAH
eləməmiş elə bir zaman gələcək ki , Yer üzünün əşrəfi adlandırılan və
bütün mənəvi gözəlliyi ilə təcəssüm edən İNSAN sözünə lüğətlərdə rast
gələcəyik . Dünyada , cəmiyyətlərdəki bu günkü hadisə və proseslərə nəzər
salsaq bu bəlanın qaçılmaz olduğunu görərik . Əşyaların belə sənədləri
olduğu halda , insanların çoxu kimliklərini müəyyənləşdirə bilməyib , yaxud
da geyindiyi maskalar məhv edib varlıqlarını !
MASKALANMAQ ... CİLDDƏN CİLDƏ GİRMƏK ... Məncə öz yolu və
düşüncəsi olmayanlar belə edir həmişə . TƏQLİD edərək yaşayırlar . Çünki
özləri mövcud deyil , yaxud da özlərini yarada bilməyirlər . Problemdən
doğan faciə isə budur ki , artıq belələri daşıdıqları maskaların öldürdüyü kimliklərini, əvvəllər kim olduqlarını , ən əsası dünyaya hansı cilddə gəldiklərini xatırlaya bilməyir !!!
Tarixin səhifələrinə diqqət yetirsək , heç vaxt mövcud olmayan vətənini ,
kimliyini axtaran " toplum " və " xalqlar " ı da görmək olar . Qondarma
" həqiqətlərində " , başqa dövlətlərin qulu , köləsi olaraq murdar varlığını
sübut etməyə çalışan mənfur düşmənlərimiz ermənilər kimi !..
KİMLİYİMİZİ unutmayaq , XİSLƏTİMİZİ dəyişməyək ! Bizi izah edəcək
iç dünyamızı olduğu kimi yansıdaq , bir simamız olsun ! Saysız - hesabsız
taxdığımız maska və üzlərimizlə çaşdırmayaq özümüzü ! İNSAN kimi
yaşayaq . Son nəfəsdə , kəfənə büküləndə yadımıza düşməsin RƏBBİMİZİN
buyurduqları ! Əməllərimizlə adına fani dedirtdiyimiz dünyadan müttəhimlər
tək ayrılmayaq !..
CİBRAN XƏLİL CİBRANIN Tanrı sevgisi və insanlıq haqda söylədiyi
bir kəlamın nuruyla bitirmək istəyirəm yazımı . O deyirdi : - " TANRI - ağıl
dünyasının vicdanıdır ! "
YAQUT HÜSEYNOVA
Dərc olunub :
kultur.az link : http://kultur.az/?p=7879
Avromedia.az link : http://avromedia.az/yaqut-huseynova-kimliyini-
axtaranlar/
blogustan.com link : http://blogustan.com/kimliyini-axtaranlar/#
No comments:
Post a Comment