Wednesday, April 29, 2015

HÜQUQLARIMIZI BİLƏK Kİ , QURBANA ÇEVRİLMƏYƏK !

   İnsan alveri xüsusilə qadın və uşaq alveri bütün ölkələrin qarşılaşdığı qlobal problemdir . Hər il milyonlarla insan aldadılaraq , satın - alınaraq , digər şəkildə məcbur edilərək , istismara məzruz qalır . Bu insanlar cinayətkar " biznes " üçün gəlir mənbəyi rolu oynayır və insan alverindən əldə olunan gəlir milyardlarla ölçülür . Geniş yayılmış bərabərsizlik problemi , iş imkanlarının azlığı , münaqişələr, ayrı - seçkilik və yoxsulluq ucbatından hər il dünyada insan alverinin potensial qurbanlarının sayı artır .


Şirvan şəhər 11 nömrəli tam orta məktəbdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsinin sədri Ülviyyə Balayeva bəşəriyyətin qlobal problemi olan " İnsan alveri " mövzusunda keçirilən tədbirdə uşaqlara münasibətdə insan alverinin formaları , insanın istismarı nədir , bu və digər məqamlar haqqında geniş məruzə etdi . Natiq onu da qeyd etdi ki , əsası 1920 - ci il  mart ayının 10 - da Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri əvəzi , general - leytenant Əliağa Şıxlınskı tərəfindən qoyulan Azərbaycan Qızıl Aypara Cəmiyyəti 95 illik zəngin tarixə malikdir . Ötən bu zaman ərzində cəmiyyətin həyata keçirdiyi məqsədyönlü siyasəti qlobal problemlərin həllində mühüm rol oynamış , müxtəlif səpkili maarifləndirici təbliğat layihələri uğurla reallaşdırıb . İnsan alveri probleminin maarifləndirmə və hüquqi yardım təşəbbüslərində effektiv nəticələrə imza atıb . İnsan alveri bu gün öz aktuallığıyla bütün dünyanı narahat edən bəlalardan biridir.Maarifləndirmə və təbliğat layihələrimizin daha çox ümumtəhsil məktəblərində aparılması ümdə vəzifələrimizdəndir . Çünki insan alveri qurbanlarının yüksək faizini yeniyetmə və gənclər təşkil edir .


Ülviyyə Balayeva " Mən miqrantam " mmövzusunda da fikirlərini bölüşdü. O vurğuladı ki , Beynəlxalq Miqrasiya Təşkilatının ( BMqT ) və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ( Az QAC ) birgə əməkdaşlığının nəticəsi olaraq Az QAC - ın 7 Regional Mərkəzi və Miqrasiya İnformasiya Məntəqələri yaradılıb ki , hər kəs bu məntəqələrin fəaliyyətindən bəhrələnməlidir . Unutmamalıyıq ki , miqrasiya yeni imkanlar gətirdiyi halda , hüquqlarımızı bilmədiyimiz zaman böyük problemlərə də yol açır . Ona görə də tənzimlənən miqrasiya barəsində ətraflı bilgiyə malik olmalıyıq . Özümüzü tənzimlənməyən miqrasiyanın gətirəcəyi bütün bəlalardan qorumağa çalışaq ki , insan alverinin qurbanına çevrilməyək .
 Tədbirdə mövzuyla əlaqədar video - çarx izləndi . Şagirdləri maraqlandıran suallar cavablandırıldı . Sonda məktəbin direktoru Kamandar müəllim tədbirin təşkilatçılarına minnətdarlığını bildirərək , bu missiyanın silsilə xarakteri almasının vacibliyini qeyd etdi .


Şirvan QAC - nin eyni adlı tədbiri Şirvan şəhər 21 nömrəli tam orta məktəbdə də keçirildi . Məktəbin direktoru Səadət Quliyeva qonaqları salamladıqdan sonra mövzuyla bağlı çıxış edərək real faktlardan danışdı . Müasir dünyanın insan alveri və digər bu kimi bəlalarından gələcəyimizi qorumaq üçün aparılan təbliğatların , görülən işlərin vurğulayaraq , hər kəsi gözəl gələcək naminə səfərbərliyə çağırdı . 
    Məktəblilər insan alverindən necə qorunmaq olar layihəsini əhatə edən video - çarxı izlədikdən sonra qonaqlar şagirdlərlə  geniş fikir mübadiləsi apardı . 


                                                                     YAQUT   HÜSEYNOVA 

Saturday, April 25, 2015

HƏDİYYƏM ...


Sən    gəldin     ömrümə     sevgi    payım    tək ,
Qaranlıq     gecəmə    nurlu    Ayım     tək ,
Sən     gəldin     dünyama    günüm , ayım    tək ,
Hədiyyəm ,  sevgimdi     doğum    gününə !



                         Baxışlar     dəyişmir ,  zaman    ötsə   də ,
                         İlk    sevgi    əbədi     hicran    yetsə   də ,
                         Sənsizlik     içimdə     tufan     etsə   də ,
                         Hədiyyəm ,   sevgimdi     doğum    gününə !

                                                    
                                                               

                                                     YAQUT     HÜSEYNOVA   

GÖZLƏRDİR - ÜRƏYİN DANIŞAN DİLİ!

SÖZ : YAQUT HÜSEYNOVA
MUS : SAHİB MUSTAFAYEV 

Mahnının yaxın günlərdə təqdimatı olacaq , İNŞƏALLAH ! 



Nə   acı ,  nə    şirin     sözə    inanma ,
Gözlərdir - ürəyin   danışan   dili !
Saxtakar    dünyanın    halına   yanma ,
Gözlərdir - ürəyin    danışan   dili !  

                          
                   Gözlər    var ,   namərdi    önündə    əyər ,
                   Gözlər     var ,  acizdir ,   ancaq   göynəyər ,
                   İnsanın    iç    üzün   açıb    söyləyər ,
                   Gözlərdir - ürəyin    danışan    dili !

      
Qəmi     unudanın     sevinci    olmaz ,
Bu     dünya   nə    mənə ,  nə   sənə    qalmaz ,
Ürəkdən    su    içir ,   səbəbsiz      dolmaz ,
Gözlərdir - ürəyin     danışan   dili !
Gözlərdir - ürəyin    danışan    dili !  



     

                                                           YAQUT  HÜSEYNOVA       

http://www.mercekhabergazetesi.com/

" ... CANLI ÖLÜLƏRİYİK ... "  yazım 

link : http://www.mercekhabergazetesi.com/canli-olul%C9%99riyik/


Tuesday, April 21, 2015

" Tanıdığım səmimiyyət : SƏN və ŞEİRLƏR ! "


   SƏMİMİYYƏT , kimliyimizi çözərək ətrafımıza bütün məqamlarıyla ifadə edər bizi . Olduğu kimi çatdırar düşüncələrimizi , yanaşma və addımlarımızı . Gizlətməyə çalışsaq da , çox vaxt XİSLƏTİMİZİ ! SƏMİMİYYƏT gözlərimizdən oxunar . SƏSİMİZDƏ duyular , qəlbimizin soyuqluğu və hərarəti .
   Sadə və səmimi olmaq , ən gözəl xüsusiyyətlərdi . Hər insanın sahib ola bilməyəcəyi mənəvi xəzinə . Amma bunları düzgün qiymətləndirə bilsə , yəni layiq olana münasibətdə göstərsə , heç vaxt üzülməz insan . Barmaqla sayılası qədər insan var , buna layiq tanıdıqlarımız içində . Ətrafımızda da , məhz belələri olmalıdır . O zaman sadə və səmimi olmaq , hüzur dolu rahatlığımıza çevrilər .
   DÜZGÜN DƏYƏRLƏNDİRMƏYİ BACARMAQ ... Problemin kökündə də , məhz bu dayanır . Çox çətindir bunu bacarmaq . Çünki min xislətli dünyanın sakinləri də özü kimidir dünyanın ! Həyatda nə mühakimə edənlərdən ol , nə də mühakimə olunanlardan . HƏYATI MÜŞAHİDƏLƏRLƏ SEV Kİ , düzgün nəticə çıxardanlardan ol ! Cibran Xəlil Cibran yazırdı : - “ HƏYAT bir dənizdir ; yüngül olanı batırmır , ağır olanı dibinə çəkir . “

                                                 1 aprel 2015 – ci il .


                           HÜSEYNOVA YAQUT VAFİQQIZI

“ MƏNİ NİYƏ BELƏ YARATDIN ?! “

        ( Dünya şöhrətli mitivasiya mütəxəssisi NİCHOLAC VUJİCİCİYƏ ittihaf olunub)

   FƏRQLİ yaratdı , TANRI məni . Fiziki cəhətdən normal insanlardan fərqli . Amansız dünyaya əlsiz – ayaqsız gəldim . Yazılmış taleyimin acısından xəbərsiz gülüşlərim , böyüyüdükcə dərin düşüncələrdə yox oldu . Özümü belə idarə edə bilməyəcəyimi bilə - bilə yaşamağa verilən ömür payı tərəfindən məcbur edilməyin dəhşətin duymaq çətin . Çox çətindir . Bəlkə də qəlbimdə iz salan bu ağrım , valideynlərimin məni ilk dəfə görəndə kədərini gizlədərək şükranlıq və sevgiylə qucaqlarına alanda çəkdikləri əzabın yanında heç bir şeydir . Bəli , onların ağrısı daha dərin idi . Mənimlə necə rəftar edəcəklərini , məni həyata necə bağlayacaqlarını , dünyaya gəldiyim gündən mənə düşmən kəsilən taleyin oyununda kimin qalib gələcəyini düşündüklərini , fiziki məhdudiyyətin ürəyimdə və gözlərimdə ümid , inam adlı səadətin necə bərq vuracağını dərk etdiklərini fikirləşdikcə sadəcə susurdum . Amma bütün bu söylədiklərimi , əvvəllər bizə əzab kimi görünən hər səddi birlikdə aşa bildik . Valideynlərim sevgiylə sardım dünyamı . İnamı gözlərimdə nura çevirdilər . Dilimi taleyin amansızlığından kirlənmış gileyindən uzaq etdilər . ŞÜKRANLIQ duyuldu hər kəlməmizdə . TƏBİƏTİN , TANRININ , yerin , göyün mahiyyətindəki çözümlərdə aradım , yazılan fərqli tale payımı . Aradıqca dərinləşdi , özümə gedən yolçuluğum . Yollar uzandıqca TANRININ mərhəmətli əllərindən bərk – bərk tutan əzəldən olmayan əllərimi duydum . Sanki bütövləşdi varlığım . Çox vaxt ağ kağızlara yazmaq istədiyim , amma kğçürə bilmədiyim – TANRIMA sevgimi , valideynlərimə minnətdarlıq hisslərimi , nə olursa olsun yaşamaq , yaratmaq , həyat eşqimi bu bütövlükdə həkk edə bildim bəyaz vərəqlərə ...
   
   
   Bir duam oldu , bütün varlığıma hakim kəsilən , mənliyimi , arzularımı saran . ZƏHMƏT adlı bir duam . Məhz bu duanın işığıyla var etdim özümü , yaranandan yox olan əllərimi , ayaqlarımı . Əbəs deyilməyib ki , ZƏHMƏT – qəbul olunmuş yeganə duadır !
   RƏBBİM , məni əlsiz – ayaqsız yaratdı . Möhtaclıq kabusu içimi sızlatsa da , qəbul olmuş duamla taleyin amansız sınağından QALİB kimi çıxdım . İNSANIN hər şeyə qadir olduğunu bir daha anladım . Ən əsası onu da dönə - dönə dərk etdim ki , TANRIDAN başqa sığınacağımız , güvənəcəyimiz bir ümid yeri yoxdur .
   Bir zamanlar TANRIYA , “ MƏNİ NİYƏ BELƏ YARATDIN ?! “ deyə , etdiyim üsyanım , çox sonralar qəlbimdə , dilimdə bütün səmimiyyətiylə səslənən ŞÜKRANLIĞIMA çevrildi !


                                                  31 mart 2015 – ci il .


                                      HÜSEYNOVA YAQUT VAFİQQIZI

“ LƏNƏT SƏNƏ KOR ŞEYTAN ! “

   
   Vurub birinin gözünü çıxardırıq , sonra özümüzü acınacaqlı təsəlliyə boyayaraq, “ lənət kor şeytana “ deyirik . Birinə quyu qazırıq . Yenə hesab zamanı “ sənə lənət kor şeytan “ deyə , haqq qazandırmağa çalışırıq özümüzə . Pislik və ədalətsizliyə səbəb oluruq , təəssüf ki , onda da “ şeytana uydum “ söyləyirik ... Hər etdiyimiz pisliklərdə şeytanı yada salırıq . Törətdiyimiz əməlləri onun adına yazırıq , onu günahlandırırıq . Amma təmizə çıxmaq istədiyimiz halda özümüzü gülünc vəziyyətə saldığımızı dərk etmirik . Düzünü desəm , daha şeytana yazığım gəlir, az qala yanında xəcalət çəkəm . Əməlləri edən biz , adı hallanan , lənəti qazanan o . Yazıq şeytan bəlkə bu ittihamlardan daha bezib . Bəlkə də dəb halını almış , körpüdə intihar edənlərdən biri də , bu minvalla getsə şeytan olacaq . Lap ağlamağım gəldi halına .
Şeytanı gecə - gündüz hər yanda görməyə çalışdım , axtarmağa başladım , sanki əzizimi axtarırmış kimi . Nə zamandı ürəyimdə qalan , beynimdə sarmaşıq tək uzandıqca uzanan qarışıq fikirlərimə , bəlkə o özü aydınlıq gətirə . Bu , nə məsələdi , hamı ona lənət yağdırır . Günlərlə , aylarla , illərlə aradım . Axtarışlarımda bütün cinayətlərin , günahların , pisliklərin adamlar tərəfindən törədildiyinin şahidi oldum , həmişəki kimi !.. Başa düşməyə çalışdıqca , adamların yazıqlaşan acizliyini gördüm , “ lənət kor şeytana , ona uydum “ söyləməsində . TÖRƏDƏN BİZ , EDƏN BİZ , DAĞIDAN BİZ , MƏHV EDƏN BİZ , müttəhim tək adı çəkilən şeytan ! Lap şeytana “ can “ deməyim gəldi . Rəhmətlik nənəm demişkən , anan ölsün nələr çəkirsən adamların əlindən ! Deyirəm , bəlkə mən də bir pislik edim , başqa yol yoxdur . Ancaq bu cür şeytana rast gələ bilərəm ... Bir narazılığa yol açdım . Amma yenə onu görmədim . ÖZÜMÜ və SƏBƏB OLDUĞUM inciklikdən yaranan vəziyyətin ağrısını duydum . Arzum yenə gözümdə qaldı !
Onu görmək mümkün deyil . Çünki o yoxdur . Bütün cinayətlər , günahlar və ədalətsizlikləri özümüz çox vaxt bilərəkdən həyata və ətrafımızdakılara məsulliyyətsizlikdən törədirik . ŞEYTAN adlandırdığımız , uydurduğumuz vahiməli hesab etdiyimiz varlıq yoxdur ! Bu sadəcə özümüzə haqq qazandırmaq üçün əl atdığımız acizyanə YOXLUĞUMUZDUR !!!
Dərin fikirlərə dalan , əsrlər yorğunu olan MOLLA NƏSRƏDDİN ulağının səsinə , sanki yuxudan ayıldı . yoluna davam edə - edə dodağının altında mızıldandı :
- “Adamlar hər şeytana lənət oxuduğu qədər ALLAHA tapınsaydı , ALLAHI tanısaydı , ALLAHA güvənsəydi , yəqin ki , İNSAN olardılar !!!


                                                         31 mart 2015 – ci il .



                                                  HÜSEYNOVA YAQUT VAFİQQIZI
  
                                                             

YOLLAR VƏ ADDIMLAR ...

   Yol salmaq müqəddəs əməl kimi dəyərləndirilir . Savabı da böyükdür . bunu dinimiz də təsdiqləyir . Hədislərdə də bu haqda saysız məqamlara rast gəlmək mümkündür . Yol salmaq çəkilən əziyyətlərdən qurtuluşa , rahatlığa vəsilədir . Dünyada günəşin al şəfəqlərinin işıqlandırdığı , ay – ulduzlu gecələrin nurunun hopduğu daha bir yol var . O , TANRI tərəfindən müəyyənləşdirilmiş zamana sığdırılan müxtəlif taleyin iz saldığı ömür yollarıdı . UCA YARADANIN bizləri yolçu seçdiyi cığırlar ... Tale yollarına yolçu seçilsək də , onu müəyyənləşdirmək öz əllərimizdədir . Bəli , öz əllərimizdə ! Necə ki , torpaq üstündə salınmış yolları biganəlik , tufanlar , qasırğalar dağıda bilirsə , kiçik zamanla çərçivələnən , hərəmiz üçün ayrılan tale yollarımızın da aqibəti də əməllərimizdən , məqsədlərimizdən , həyata yanaşmamızdan asılıdır .

  Çox zaman həyatı bəmbəyaz qarla örtülmüş ucsuz – bucaqsız aləmə bənzədirəm . Kimi bu qarın üstündə öz cığırını açaraq irəliləyir . Kimi isə izlərin açdığı yollarda addımlayır . Fərq isə ondadır ki , yolların birinin sonu olur . Heç vaxt unutmamalıyıq ki , salınmış izlərlə gedilən yol çox qısadı , tez bitir . Digər yolçuların qısaltdığı yol isə doğru ünvana işarədir . Öz addımlarıyla müəyyənləşdirilən yollar zəhmət və əziyyətlərdən keçdiyi üçün insanda özünə inamı daha da gücləndirir . İZİNİ salaraq irəliləməyi , yalnız və yalnız məqsədi olanlar , özünü yaratmaq istəyənlər bacarır .
Həyat örnəkdi , bəhrələnməkdi . ÖRNƏK və BƏHRƏLƏNMƏK başlıca xüsusiyyətlərimizdən birinə çevrilməlidir . Amma onu təqlidlə zəhərləməməliyik. Bu iki xüsusiyyətdən qaynaqlanan addımlarımızda özümüzü yaratmağı bacaraq ! Ürəyimizdən və beynimizdən əməllərimizə qədər yol keçən məqsədlərimiz fayda verməkdən , müsbət nəticələrə səbəb olmaqdan ibarət olsun !
İnsan xisləti yollara bənzər . Gah dolanbac , gah enişli – yoxuşlu , gah uçurumlu, gah da dərəli – təpəli ... Getdiyimiz yollara fərli anlamı , məhz ATILAN ADDIMLAR GƏTİRİR . Fərqlər dünyasının yolları da təzadlıdır . Minlərlə misal göstərmək olar bu təzada . Odlu silahlardan ölümsaçan güllələrin belə qət etdiyi məsafə fərqlidi . Çoxu günahsız körpələri , insanlığın məhvini hədəf seçərəq soyqırım və faciələrin baş verməsinə səbəbdirsə , bəzisi də haqsızlığın , ədalətsizliyin , hökmranlıq iddiasından doğan amansız müharibələrin susdurulmasına açılan atəşlərin haqq səsidir .


 Yaxud da böyük bir alim etdiyi kəşfdə elmin inkişafına xidməti məqsəd seçsə də , bəşəriyyət həmin kəşfi kainatın məhvinə yönəldərək “ atom bombası “ adlı qiyaməti reallaşdırdı . azğınlaşmış xislətiylə YARADANA belə üz çevirdi YARADILAN ! ALLAHLIQ iddiasına düşən YER KÜRƏSİ TANRIYA əsl qiyamətin nə demək olduğunu göstərdi ALLAHSIZLIĞIYLA !!! Hər addımda azğınlığa sürüdük YERİ , GÖYÜ ! Hər
addımda ...
     BƏLKƏ DƏ TANRI BİZİ YARATDIĞINA BELƏ UTANDI ?!

                                        
                                                       9 mart 2015 – ci il .


                                          HÜSEYNOVA YAQUT VAFİQQIZI

SARI ÇİÇƏKLƏR .


Mən eşqi aradım baxışlarında ,
Bəzədi qəlbimi SARI ÇİÇƏKLƏR !
“ BİZ “ adlı səhnənin alqışlarında ,
Çevrildi dostuma SARI ÇİÇƏKLƏR !

                               3 aprel 2015 – ci il .

                             YAQUT HÜSEYNOVA