Vurub birinin gözünü çıxardırıq , sonra özümüzü acınacaqlı təsəlliyə boyayaraq, “ lənət kor şeytana “ deyirik . Birinə quyu qazırıq . Yenə hesab zamanı “ sənə lənət kor şeytan “ deyə , haqq qazandırmağa çalışırıq özümüzə . Pislik və ədalətsizliyə səbəb oluruq , təəssüf ki , onda da “ şeytana uydum “ söyləyirik ... Hər etdiyimiz pisliklərdə şeytanı yada salırıq . Törətdiyimiz əməlləri onun adına yazırıq , onu günahlandırırıq . Amma təmizə çıxmaq istədiyimiz halda özümüzü gülünc vəziyyətə saldığımızı dərk etmirik . Düzünü desəm , daha şeytana yazığım gəlir, az qala yanında xəcalət çəkəm . Əməlləri edən biz , adı hallanan , lənəti qazanan o . Yazıq şeytan bəlkə bu ittihamlardan daha bezib . Bəlkə də dəb halını almış , körpüdə intihar edənlərdən biri də , bu minvalla getsə şeytan olacaq . Lap ağlamağım gəldi halına .
Şeytanı gecə - gündüz hər yanda görməyə çalışdım , axtarmağa başladım , sanki əzizimi axtarırmış kimi . Nə zamandı ürəyimdə qalan , beynimdə sarmaşıq tək uzandıqca uzanan qarışıq fikirlərimə , bəlkə o özü aydınlıq gətirə . Bu , nə məsələdi , hamı ona lənət yağdırır . Günlərlə , aylarla , illərlə aradım . Axtarışlarımda bütün cinayətlərin , günahların , pisliklərin adamlar tərəfindən törədildiyinin şahidi oldum , həmişəki kimi !.. Başa düşməyə çalışdıqca , adamların yazıqlaşan acizliyini gördüm , “ lənət kor şeytana , ona uydum “ söyləməsində . TÖRƏDƏN BİZ , EDƏN BİZ , DAĞIDAN BİZ , MƏHV EDƏN BİZ , müttəhim tək adı çəkilən şeytan ! Lap şeytana “ can “ deməyim gəldi . Rəhmətlik nənəm demişkən , anan ölsün nələr çəkirsən adamların əlindən ! Deyirəm , bəlkə mən də bir pislik edim , başqa yol yoxdur . Ancaq bu cür şeytana rast gələ bilərəm ... Bir narazılığa yol açdım . Amma yenə onu görmədim . ÖZÜMÜ və SƏBƏB OLDUĞUM inciklikdən yaranan vəziyyətin ağrısını duydum . Arzum yenə gözümdə qaldı !
Onu görmək mümkün deyil . Çünki o yoxdur . Bütün cinayətlər , günahlar və ədalətsizlikləri özümüz çox vaxt bilərəkdən həyata və ətrafımızdakılara məsulliyyətsizlikdən törədirik . ŞEYTAN adlandırdığımız , uydurduğumuz vahiməli hesab etdiyimiz varlıq yoxdur ! Bu sadəcə özümüzə haqq qazandırmaq üçün əl atdığımız acizyanə YOXLUĞUMUZDUR !!!
Dərin fikirlərə dalan , əsrlər yorğunu olan MOLLA NƏSRƏDDİN ulağının səsinə , sanki yuxudan ayıldı . yoluna davam edə - edə dodağının altında mızıldandı :
- “Adamlar hər şeytana lənət oxuduğu qədər ALLAHA tapınsaydı , ALLAHI tanısaydı , ALLAHA güvənsəydi , yəqin ki , İNSAN olardılar !!!

31 mart 2015 – ci il .
HÜSEYNOVA YAQUT VAFİQQIZI
No comments:
Post a Comment