SƏMİMİYYƏT , kimliyimizi çözərək ətrafımıza bütün məqamlarıyla
ifadə edər bizi . Olduğu kimi çatdırar düşüncələrimizi , yanaşma və
addımlarımızı . Gizlətməyə çalışsaq da , çox vaxt XİSLƏTİMİZİ ! SƏMİMİYYƏT gözlərimizdən
oxunar . SƏSİMİZDƏ duyular , qəlbimizin soyuqluğu və hərarəti .
Sadə və səmimi
olmaq , ən gözəl xüsusiyyətlərdi . Hər insanın sahib ola bilməyəcəyi mənəvi xəzinə
. Amma bunları düzgün qiymətləndirə bilsə , yəni layiq olana münasibətdə göstərsə
, heç vaxt üzülməz insan . Barmaqla sayılası qədər insan var , buna layiq
tanıdıqlarımız içində . Ətrafımızda da , məhz belələri olmalıdır . O zaman sadə
və səmimi olmaq , hüzur dolu rahatlığımıza çevrilər .
DÜZGÜN
DƏYƏRLƏNDİRMƏYİ BACARMAQ ... Problemin kökündə də , məhz bu dayanır . Çox çətindir
bunu bacarmaq . Çünki min xislətli dünyanın sakinləri də özü kimidir dünyanın !
Həyatda nə mühakimə edənlərdən ol , nə də mühakimə olunanlardan . HƏYATI
MÜŞAHİDƏLƏRLƏ SEV Kİ , düzgün nəticə çıxardanlardan ol ! Cibran Xəlil Cibran
yazırdı : - “ HƏYAT bir dənizdir ; yüngül olanı batırmır , ağır olanı dibinə çəkir
. “
1 aprel 2015 – ci il .
HÜSEYNOVA YAQUT VAFİQQIZI
No comments:
Post a Comment