( Dünya şöhrətli mitivasiya mütəxəssisi NİCHOLAC VUJİCİCİYƏ ittihaf olunub)
FƏRQLİ yaratdı , TANRI məni . Fiziki cəhətdən normal insanlardan fərqli . Amansız dünyaya əlsiz – ayaqsız gəldim . Yazılmış taleyimin acısından xəbərsiz gülüşlərim , böyüyüdükcə dərin düşüncələrdə yox oldu . Özümü belə idarə edə bilməyəcəyimi bilə - bilə yaşamağa verilən ömür payı tərəfindən məcbur edilməyin dəhşətin duymaq çətin . Çox çətindir . Bəlkə də qəlbimdə iz salan bu ağrım , valideynlərimin məni ilk dəfə görəndə kədərini gizlədərək şükranlıq və sevgiylə qucaqlarına alanda çəkdikləri əzabın yanında heç bir şeydir . Bəli , onların ağrısı daha dərin idi . Mənimlə necə rəftar edəcəklərini , məni həyata necə bağlayacaqlarını , dünyaya gəldiyim gündən mənə düşmən kəsilən taleyin oyununda kimin qalib gələcəyini düşündüklərini , fiziki məhdudiyyətin ürəyimdə və gözlərimdə ümid , inam adlı səadətin necə bərq vuracağını dərk etdiklərini fikirləşdikcə sadəcə susurdum . Amma bütün bu söylədiklərimi , əvvəllər bizə əzab kimi görünən hər səddi birlikdə aşa bildik . Valideynlərim sevgiylə sardım dünyamı . İnamı gözlərimdə nura çevirdilər . Dilimi taleyin amansızlığından kirlənmış gileyindən uzaq etdilər . ŞÜKRANLIQ duyuldu hər kəlməmizdə . TƏBİƏTİN , TANRININ , yerin , göyün mahiyyətindəki çözümlərdə aradım , yazılan fərqli tale payımı . Aradıqca dərinləşdi , özümə gedən yolçuluğum . Yollar uzandıqca TANRININ mərhəmətli əllərindən bərk – bərk tutan əzəldən olmayan əllərimi duydum . Sanki bütövləşdi varlığım . Çox vaxt ağ kağızlara yazmaq istədiyim , amma kğçürə bilmədiyim – TANRIMA sevgimi , valideynlərimə minnətdarlıq hisslərimi , nə olursa olsun yaşamaq , yaratmaq , həyat eşqimi bu bütövlükdə həkk edə bildim bəyaz vərəqlərə ...
Bir duam oldu , bütün varlığıma hakim kəsilən , mənliyimi , arzularımı saran . ZƏHMƏT adlı bir duam . Məhz bu duanın işığıyla var etdim özümü , yaranandan yox olan əllərimi , ayaqlarımı . Əbəs deyilməyib ki , ZƏHMƏT – qəbul olunmuş yeganə duadır !
RƏBBİM , məni əlsiz – ayaqsız yaratdı . Möhtaclıq kabusu içimi sızlatsa da , qəbul olmuş duamla taleyin amansız sınağından QALİB kimi çıxdım . İNSANIN hər şeyə qadir olduğunu bir daha anladım . Ən əsası onu da dönə - dönə dərk etdim ki , TANRIDAN başqa sığınacağımız , güvənəcəyimiz bir ümid yeri yoxdur .
Bir zamanlar TANRIYA , “ MƏNİ NİYƏ BELƏ YARATDIN ?! “ deyə , etdiyim üsyanım , çox sonralar qəlbimdə , dilimdə bütün səmimiyyətiylə səslənən ŞÜKRANLIĞIMA çevrildi !

31 mart 2015 – ci il .
HÜSEYNOVA YAQUT VAFİQQIZI
No comments:
Post a Comment