Tablolara
və əl işlərinə köçürdüyü düşüncələrinin, duyğularının, sevgi və arzularının
coğrafiyasına səyahət etdikcə əllərinin sehri qarşısında sadəcə susur insan .
Sanki huzur dolu bir asimanda bərq vuran ulduzların işıltısında danışır
söyləmək istədikləri . Müraciət etdiyi mövzuları da rənglər tək müxtəlif və
fərqlidi . Gənc olmasına baxmayaraq , fərqli yanaşmalarıyla tətbiqi – sənət
işində artıq öz sözünü deyib . Rəsm çəkməklə başlayıb yaradıcılığa . Dəniz
əsrarəngizli və dini səpkili əsərlərlə ilk qədəmlərini atan Samirə Lətifova
artıq bir usta kimi daha böyük işlərə imza atıb . Yaradıcılığı dəfələrlə mavi
ekranda və mətbuat səhifələrində işıqlandırılıb .
O, 1977 – ci ildə Əli Bayramlı ( indiki Şirvan ) şəhərində dünyaya göz açıb. E. İmanov adına 10 nömrəli tam orta məktəbi bitirərək , universitetə daxil olub. Bu istedadlı gənclə görüşüb sehrli dünyasının , yaradıcılığının qonağı olduq . Müsahibəyə əsərləriylə bir daha tanış olmaqla başladım . Həmin sənət əsərlərinin içindən balaca bir işi götürüb gülərək söhbətə belə başladı Samirə xanım:
-Bu dovşan
mənim ilk işimdi . Rəsmlər çəkməklə başlasam da , 1994-cü ildən Tanrı məni daha
geniş şəkildə yaradıcılıqla məşğul olmağa bağladı . Çox xoşbəxtəm . Çünki Uca
Rəbbim bu istedadı verib əllərimə . Yaradıcılıq insanın sahib olacağı ən gözəl
və əvəzsiz varidatıdı . İnsan bütünlüklə ona həsr edir qəlbini , beynini və
zəhmətini . Bu zəhmətin sevinci isə ondan ibarətdir ki , ortaya çıxan əsərlər
könülləri oxşamağa , gözlərə huzur gətirməyə qadirdi. Bütün bu əsərlər böyük
zəhmət və göz nuru tələb edir . Bəzən çox yoruluram . Amma son nəticə çəkdiyim
bütün əziyyətləri unutdurur mənə , bir anda sevincə çevirir yuxusuz keçən
gecələrimi . Onu da qeyd edim ki , anam İNCİ xanım mənə hər zaman dəstək olur.
Düzəldəcəyim əsərləri onunla birlikdə müzakirə edirəm, fikirlərindən
yararlanıram. 2000- ci ildən ən çox kağızla , həsir qabla
şkatulkalar toxuyurdum . 2005 – ci ildən muncuqlarla , daha sonra isə keramika
ilə işləməyə başladım . Əsas müraciət etdiyim dini , dəniz və təbiət
mövzularıdı . Ən böyük arzum İMAM HÜSEYNİN , ƏBƏLFƏZ ABBASIN hərəmlərinin
maketini , bir də QARABAĞDA çalacağımız böyük QƏLƏBƏMİZİ əks etdirən əsəri
yaratmaqdı !
“ YARAT SEVİNCLƏ “
( şeir gənc tətbiqi – sənət ustası SAMİRƏ LƏTİFOVAYA həsr olunub )
Əllərin
sanki bir sehrli aləm ,
Köçürür qəlbini
əsərlərinə !
Rənglərdə
olaraq duyğuların cəm ,
Həkk edir
sevgini hər bir işinə !
Hisslərin
danışır tablolarında ,
Seyr edən
hər kəsi düşündürərək .
Tanrının
lütfü var istedadında ,
Ovsunlar hamını
, inan huzur tək !
Tablolar rəngarəng
arzuların tək ,
Əks edir
ömrünün üfiqlərini .
Saldığın
naxışdan , ilmələrədək ,
Bəxş etdin
SEVGİNİN şəfəqlərini !
Yaqut Hüseynova
No comments:
Post a Comment