-Rəhmətlik nənəmdən xatirimdə o qədər gözəl
bayatılar və hekayətlər qalıb ki, saymaqla bitməz. Onları nəql etdikcə
yorulmaram, əksinə ruhum dinclik tapar sətirlərində. Fərqlər dünyası da, həyat
da, məhz bu hekayət və bayatılarda hərf-hərf sözlər şəklində cümlələşərək, gizlin
anlamını bir daha özü öz dilində ifadə
edir bizlərə. Bu gün yenə də həmin hekayətlərdən birini xatırladım. Çox maraqlı
və ibrətamiz olan bu kiçik hekayənin sonluğuna düşüncələrimin gətirdiyi fərqli
yanaşma dünyanın manqurdlaşan simasını yenidən sərgilədi, gözlərimin önünüdə. Bəli,
MANQURDLAŞAN SİMASINI!...
Molla Nəsrəddin ürəyinə yanar odlar sancan
haqqında danışdığı hekayənin və onun sonluğuna gətirdiyi fərqli yanaşmasının
ağrısına azacıq da olsa tab gətirmək üçün fikirli-fikirli həyətə düşdü. Gecənin
sükutu həzin yağmur damlalarının, sanki sehrində dilə gəlirdi. O, narın yağan yağışın
nurunda daha da ülviləşən torpağın qoxusunu bütün qəlbiylə ruhuna çəkdi. Amma
bu hüzurverici an saysız-hesabsız tikana çevrilərək, ağrısıyla onun ürəyini dəlik-deşik
etdi. Molla salxım söyüdlərin əhatə etdiyi nohurun bir kənarında əyləşdi. Əlini
köksünə qoyaraq, söhbətə başladı:
-Yağışdan sonra torpağın ətri insana elə
rahatlıq gətirir ki, o gözəlliyi ifadə etməyə sözlər belə acizdir. Amma bu gün
torpağın ətri ürəyimə tikan-tikan batdı. Çünki o müqəddəs qoxuda şəhidlərimizin,
ələlxüsus, beş yaşlı şəhid XOCALININ qana boyanmış uşaqlığının iniltisini
duydum. Danışdıqca bitməz, yaddaşımızın qan qoxulu səhifələri... Keçim hekayəmə...
Nənəm
nəql edirdi ki, bir gün bir ata əlindəki qəzetin bir səhifəsini çox kiçik hissələrə
parçalayaraq, oğluna verir. Və ona cırılmış qəzet parçasında olan dünya xəritəsinin
rəsmini düzəltməyi tapşırır. Ata onu da özü üçün qətiləşdirir ki, oğlu qəzet səhifəsini
neçə gün keçsə də, əvvəlki vəziyyətinə gətirə bilməyəcək.
Aradan bir neçə saat ötməmiş oğlu əlində bərpa
edilmiş, kiçik hissələri bir-birinə dəqiqliklə yapışdırılmış qəzet səhifəsini
atasına uzadaraq, sevinclə deyir:
Atası qəzet
parçasına diqqətlə baxır.Və nə deyəcəyini bilmir. Kiçik parçalara ayırdığı qəzet
səhifəsindəki xəritənin rəsmi düzgün yığılmışdı. Qəzetin cırıldığı belə hiss
olunmurdu. Bir qədər sükuta daldıqdan sonra oğlundan belə bir çətin işin öhdəsindən
necə asanlıqla gəldiyini soruşur. Oğlu yenidən gülümsəyərək, cavab verir:
-Ata, bir
bax. Xəritənin çəkildiyi səhifənin arxa üzündə DÜŞÜNƏN İNSAN şəkli var. Həmin
insan şəklinin hissələrini bir-birinə uyğunlaşdırmaqla, DÜNYANIN XƏRİTƏSİNİ düzəltdim...
-Ay Molla, hekayəyə söz ola bilməz. Çox
duyğulandım. Sətirləri yatmış vicdanlara vurulan sillə kimi göründü mənə. Mükəmməl
anlam daşıyır. Amma mənim üçün sənin hekayəyə bu günün prizmasından edəcəyin
özünəməxsus yanaşman çox maraqlıdır. Səbrimi tükətmə, di danış görək, rəhmətlik
nənənin vaxtilə söylədiyi belə gözəl hekayəyə sənin gətirəcəyin sonluq necə
olacaq? - deyərək, Molla Nəsrəddinin arvadı səbrsizliklə onun nəqlinin davamını
gözləməyə başladı.
-Həəə, elə mənim üçün də maraqlıdır, deyəcəklərim.
Əslində, bu hekayətin sonluğunu mən yox, günümüzün beynəlxalq siyasi durumu dəyişib.
Hekayətin müasir variantı, təəssüf ki, bax, belədir. Deməli, DÜNYA XƏRİTƏSİ
yenidən kiçik hissələrə ayrıldı. Bu dəfə onun kiçik parçaları manqurdların əliylə
toplandı. Bəli, manqurdlaşan ölkələrin və həmin dövlətlərin andranikin murdar
törəmələrinə himayədarlıq edən parlamentləri tərəfindən düzəldildi. Xəritə yenə
də eyni qayda ilə bərpa edildi. Fəqət, bu dəfə həmin xəritənin arxa üzündə heç
bir şəkil yox idi. Yalnız bir söz yazılmışdı:-“ERMƏNİ SOYQIRIMI”... Məhz bu
sözlə sərgiləndi, YER KÜRƏSİNİN MANQURDLAŞAN SİMASI!!!
Amma bir həqiqətə bütün varlığımla inanıram.
Bir gün bu xəritə bir daha, özü də sonuncu dəfə yığılacaq. BƏLİ, SONUNCU DƏFƏ!
Və bu xəritənin arxa üzündə yalnız bir rəsm –
AZƏRBAYCAN OĞLUNUN, TÜRK ÖVLADININ qədim yurd yerimiz olan İRƏVAN QALASINDA
dalğalandıracağı ÜÇ RƏNGLİ MÜQƏDDƏS BAYRAĞIMIZIN UCA ƏKSİ OLACAQ!
O GÜN UZAQDA
DEYİL!!!
YAQUT HÜSEYNOVA
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment