Wednesday, December 8, 2010

" HƏR ŞEY VƏTƏN ÜÇÜN !.. "

 
 
   Azərbaycanin  Milli  Qəhrəmanı  Mübariz  Ağakərim  oğlu  İbrahimovun  son  
sözləri , məhz ,  bu  kəlmələr  oldu . Onun  qəlbi  Vətənlə  bir  döyünürdü .
O , Vətənini , elini ,  obasını  çox  sevirdi . Və  bu  sevgiylə  müqəddəs
şəhidlik  zirvəsinin  fatehinə  çevrildi . Mübariz  bütün  nəsillərə , ələxüsus ,
gənclərə  böyük  örnək  oldu .O ,  bizlərə  qəlbimizdəki  Vətən  sevgisinin ,
isriqlal  şərəfinin  sərhədsiz  olduğunu  bir  daha  anlatdı . İgid  qəhrəmanımız
sübut  etdi  ki , Türkün  oğlu  yenilməzdir , Torpaq  üçün  doğulsq  da , Vətən 
üçün  ölməliyik !..
     Bu  günlərdə  Şirvan  şəhər  '' SEVIL ''  Qadınlar  cəmiyyətinin  xəttilə 
şəhərimizin  ziyalı   qadınları  cəmiyyətin  sədri  Əzizə  Məmmədovanın
rıhbırliyilə  Milli  Qəhrəman  Mübariz  İbrahimovun  dünyaya  göz 
açdığı   Beləsuvar  rayonunun   Əliabad  kəndində  oldu . Nümayəndə
heyəti  şəhidin  ailəsiylə  görüşüb  onlara  dərin  hüznlə  baş   sağlığı
verdi .
      Qadınlar  cəmiyyətinin  sədri  Əzizə  xanım  Məmmədova  şəhidin  
valideynlərinə  baş  sağlığı  verərək  bildirdi  ki , Mübariz  təkcə  sizin  
oğlunuz  deyil , o , bütün  Azərbaycanın  qəhrəman  övladıdır . O ,
" HƏR  ŞEY  VƏTƏN  ÜŞÜN ! "  deyib , öz  şirin  canından  keçərək  
ömrünü  Vətənin  ömrünə  qatdı . Şəhidlik  Uca  Yaradanın  yanında 
ali  bir  məqamdır . Tanrı  Mübarizi  bu  mükafatla  şərəfləndirdi .
Övlad  itkisi  ağır  olsa  da  unutmayın  ki , şəhidlər  öəmür . Onlar
daim  qəlblərdə , Vətən  tarixinin  şanlı  səhifələrində  yaşayacaqlar .
Əzizə  xanım , çıxışının  sonunda  şəhidin  atasına ,  anasına  Allahdan  
səbr  dilədi .
    Şəhidin  atası  Ağakərim  İbrahimov  nümayəndə  heyyətinə  təşəkkür
etdi . Və vurğuladı  ki , hörmətli  prezidentimiz  İlham  Əliyev  və  xanımı
Mehriban   Əliyevanın  hər  an  dəstək  və  qayğısını  duyuruq . 
Prezidentimizin  və  xalqımızın  oğluma  verdiyi  qiymət  bizim  üçün  ən
böyük  təsəllidir . Biz , bir  valideyn  kimi  Mübarizlə  fəxr  edirik .
Şəhidin  anası  göz  yaşlarını  gizlədə  bilmədi . Mübarizlə  bağlı  xatirələrini
dilə  gətirdi . Şamama  ana  qeyd  etdi  ki , Vətən  onun  üçün  hər  şey  idi .
Həmişə  mənə  deyirdi  ki , "  ANA , məscidlərimiz  azansız  qalıb , mən  buna
dözə  bilmirəm !.. "
Sonda  Mehriban  Həsənli , Yaqut  Vafiqqızı  və  Fatma  Məmmədova  şəhidə
həsr  etdikləri  şeirləri  onun  valideynlərinə  təqdim  etdilər . Xatirə   şəkli  
çəkdirildi .
    Nümayəndə  heyəti  şəhid  Fərid  Güloğlan  oğlu Əhmədovun  ailəsiylə
də  görüşdü . Heyəti  Fəridin  bibisi  Tohidə  Şahbazova  və   nənəsi  
qarşıladı .Fərid  Əhmədovun  duyğulu  qəlbinin    hayqırtılarını  onun  yazdığı  
şeirlərdə    və    çəkdiyi    rəsmlərdə  eşitdik .

      ALLAH  BÜTÜN  ŞƏHİDLƏRİMİZƏ  RƏHMƏT  ELƏSİN !




                                                             YAQUT    HÜSEYNOVA
    































































































Tuesday, December 7, 2010

ÇƏMBƏRƏKƏND HƏQİQƏTİ .

Yaddaşımın   harayıdı ,
Çəmbərəkənd   həqiqəti !
Yurd  eşqinin  sarayıdı ,
Çəmbərəkənd   həqiqəti !


                              Ömür    bənzər    fəsillərə ,
                              Tarix   dönür   əsrlərə ,
                              Yetir   gələn   nəsillərə ,
                              Çəmbərəkənd   həqiqətin !


Çevrilib   biz   unutqana ,
Aldıq   cəza   yana - yana ,
Döndü   yenə  Xiyabana ,
Çəmbərəkənd   həqiqəti !


                           İstədilər   məhv   etsinlər ,
                           - " TÜRK   milləti  yox ! " -  desinlər ,
                           Yaşayacaq, qoy ,  bilsinlər ,
                           Çəmbərəkənd    həqiqəti !
                           Yaşayacaq , qoy ,  bilsinlər ,
                            TURAN  elli   TÜRK MİLLƏTİ !





                                          YAQUT     HÜSEYNOVA 

DÜNYADA QALACAQ ...

Var - dövlət   yığmağa  çalışma   heç   vaxt ,   
Dünyada  qalacaq    dünyanın   malı !
Babıki   itirib   inləmədi   taxt ,
Dünyada  qalacaq    dünyanın   malı !


                 İnsanın   qədrini   sağlığında   bil ,
                 Öləndə   hüzurla   gözlərini   sil ,
                 Kainat   qocalır , ötüşəndə  il ,
                 Dünyada  qalacaq    dünyanın   malı !

Gedən   nə  apardı ,  biz  də   aparaq ,
Ömrümüz   yol   gedir ,   atın   çaparaq ,
Həyatdan   ayrılaq   hörmət   taparaq ,
Dünyada  qalacaq    dünyanın   malı !


                İnsanlıq    bağında  gənckən   ağac  ək ,
                Nə  qədər   ömrün   var ,  zəhmətini   çək ,
                Narahat   dünyadan ,  kaş  rahat   köçək ,
                Dünyada  qalacaq    dünyanın   malı !



                                             YAQUT    HÜSEYNOVA 

Thursday, December 2, 2010

DÜŞÜNMƏYƏ DƏYƏR...

"Hansısa  Afrika  ölkəsinə  qonaqlar  gəlir. Onlara böyük  hörmət göstərilir. Ziyafətlər, hədiyyələr verilir. Amma  ayrılıq  günü  gəmilərə  minməzdən  əvvəl  bütün  qonaqların  ayaqqabılarının  altını  silməyə başlayırlar. Qonaqlar  pərt  olur. Ayyaqqabı  silmə  mərasimi  başa çatandan  sonra  yerli  əyanlardan  biri  qonaqlara deyir:-“ Bizim  sizə böyük  hörmətimiz  var. Ziyafətlər  və  hədiyyələr  sizə  olan  hörmətimizi  göstərdi. Biz  doğma  torpağımızı  çox  sevirik, qoynarıq  ki, onun  bircə  zərrəsi belə  sizin ayaqlarınıza  ilişib  getsin!..”                                                                                   
Bir  anlığa  tarixi  səhifələdim.Və...
...Xocalı, Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Zəngilan, Qubadlı!..
Məncə  DÜŞÜNMƏYƏ  DƏYƏR!..

                                    
                                     YAQUT   HÜSEYNOVA  

KÖNÜL VERDİM ...

                          NAXÇIVANA  İTTİHAF  OLUNUR .


Xatirələr  gəlir  dilə ,
Günlər ,  aylar    dönür   ilə ,
Ayrılığı   bilə - bilə ,
Könül    verdim   bu   torpağa !


                               Düşdüm   Cavid   dünyasına ,
                               Baxdım   haqqın   aynasına ,
                               Qonaq    oldum    toy - yasına ,
                               Könül   verdim   bu   torpağa !




                                                          YAQUT    HÜSEYNOVA 

TURANIN TORPAĞI KİRLƏTMƏZ ƏLİ !..

Atatürk   dayanıb   bir   gün   limanda ,
İngilis   kralın   gözləyirdi   o .
Gəmilər   sahilə   yaxınlaşanda ,
Qonağa , " mərhəba "  söyləyirdi   o .



                            İngilis   sahilə   əlin   dayayıb ,
                            Qoydu   Türk    yurduna   tez   qədəmini .
                            Sonrasa  cibindən   dəsmal   çıxarıb ,
                            Cəld   sildi    torpağa   dəyən   əlini .


Atatürk   görəndə   bu    mənzərəni ,
Göynətdi   qəlbini   onun   əməli .
Söylədi ,  qonağa   bircə   kəlməni :
- " Turanın   torpağı   kirlətməz   əli ! "  
- " Turanın   torpağı   kirlətməz   əli ! "  



                                                       YAQUT    HÜSEYNOVA