Azərbaycanin Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun son
sözləri , məhz , bu kəlmələr oldu . Onun qəlbi Vətənlə bir döyünürdü .
O , Vətənini , elini , obasını çox sevirdi . Və bu sevgiylə müqəddəs
şəhidlik zirvəsinin fatehinə çevrildi . Mübariz bütün nəsillərə , ələxüsus ,
gənclərə böyük örnək oldu .O , bizlərə qəlbimizdəki Vətən sevgisinin ,
isriqlal şərəfinin sərhədsiz olduğunu bir daha anlatdı . İgid qəhrəmanımız
sübut etdi ki , Türkün oğlu yenilməzdir , Torpaq üçün doğulsq da , Vətən
üçün ölməliyik !..
Bu günlərdə Şirvan şəhər '' SEVIL '' Qadınlar cəmiyyətinin xəttilə
şəhərimizin ziyalı qadınları cəmiyyətin sədri Əzizə Məmmədovanın
rıhbırliyilə Milli Qəhrəman Mübariz İbrahimovun dünyaya göz
açdığı Beləsuvar rayonunun Əliabad kəndində oldu . Nümayəndə
heyəti şəhidin ailəsiylə görüşüb onlara dərin hüznlə baş sağlığı
verdi .
Qadınlar cəmiyyətinin sədri Əzizə xanım Məmmədova şəhidin
valideynlərinə baş sağlığı verərək bildirdi ki , Mübariz təkcə sizin
oğlunuz deyil , o , bütün Azərbaycanın qəhrəman övladıdır . O ,
" HƏR ŞEY VƏTƏN ÜŞÜN ! " deyib , öz şirin canından keçərək
ömrünü Vətənin ömrünə qatdı . Şəhidlik Uca Yaradanın yanında
ali bir məqamdır . Tanrı Mübarizi bu mükafatla şərəfləndirdi .
Övlad itkisi ağır olsa da unutmayın ki , şəhidlər öəmür . Onlar
daim qəlblərdə , Vətən tarixinin şanlı səhifələrində yaşayacaqlar .
Əzizə xanım , çıxışının sonunda şəhidin atasına , anasına Allahdan
səbr dilədi .
Şəhidin atası Ağakərim İbrahimov nümayəndə heyyətinə təşəkkür
etdi . Və vurğuladı ki , hörmətli prezidentimiz İlham Əliyev və xanımı
Mehriban Əliyevanın hər an dəstək və qayğısını duyuruq .
Prezidentimizin və xalqımızın oğluma verdiyi qiymət bizim üçün ən
böyük təsəllidir . Biz , bir valideyn kimi Mübarizlə fəxr edirik .
Şəhidin anası göz yaşlarını gizlədə bilmədi . Mübarizlə bağlı xatirələrini
dilə gətirdi . Şamama ana qeyd etdi ki , Vətən onun üçün hər şey idi .
Həmişə mənə deyirdi ki , " ANA , məscidlərimiz azansız qalıb , mən buna
dözə bilmirəm !.. "
Sonda Mehriban Həsənli , Yaqut Vafiqqızı və Fatma Məmmədova şəhidə
həsr etdikləri şeirləri onun valideynlərinə təqdim etdilər . Xatirə şəkli
çəkdirildi .
Nümayəndə heyəti şəhid Fərid Güloğlan oğlu Əhmədovun ailəsiylə
də görüşdü . Heyəti Fəridin bibisi Tohidə Şahbazova və nənəsi
qarşıladı .Fərid Əhmədovun duyğulu qəlbinin hayqırtılarını onun yazdığı
şeirlərdə və çəkdiyi rəsmlərdə eşitdik .
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN !
YAQUT HÜSEYNOVA

No comments:
Post a Comment