Thursday, December 2, 2010

DÜŞÜNMƏYƏ DƏYƏR...

"Hansısa  Afrika  ölkəsinə  qonaqlar  gəlir. Onlara böyük  hörmət göstərilir. Ziyafətlər, hədiyyələr verilir. Amma  ayrılıq  günü  gəmilərə  minməzdən  əvvəl  bütün  qonaqların  ayaqqabılarının  altını  silməyə başlayırlar. Qonaqlar  pərt  olur. Ayyaqqabı  silmə  mərasimi  başa çatandan  sonra  yerli  əyanlardan  biri  qonaqlara deyir:-“ Bizim  sizə böyük  hörmətimiz  var. Ziyafətlər  və  hədiyyələr  sizə  olan  hörmətimizi  göstərdi. Biz  doğma  torpağımızı  çox  sevirik, qoynarıq  ki, onun  bircə  zərrəsi belə  sizin ayaqlarınıza  ilişib  getsin!..”                                                                                   
Bir  anlığa  tarixi  səhifələdim.Və...
...Xocalı, Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Zəngilan, Qubadlı!..
Məncə  DÜŞÜNMƏYƏ  DƏYƏR!..

                                    
                                     YAQUT   HÜSEYNOVA  

No comments:

Post a Comment