Yaddaşımın harayıdı ,
Çəmbərəkənd həqiqəti !
Yurd eşqinin sarayıdı ,
Çəmbərəkənd həqiqəti !
Ömür bənzər fəsillərə ,
Tarix dönür əsrlərə ,
Yetir gələn nəsillərə ,
Çəmbərəkənd həqiqətin !
Çevrilib biz unutqana ,
Aldıq cəza yana - yana ,
Döndü yenə Xiyabana ,
Çəmbərəkənd həqiqəti !
İstədilər məhv etsinlər ,
- " TÜRK milləti yox ! " - desinlər ,
Yaşayacaq, qoy , bilsinlər ,
Çəmbərəkənd həqiqəti !
Yaşayacaq , qoy , bilsinlər ,
TURAN elli TÜRK MİLLƏTİ !
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment