NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ 1967-Cİ İLDƏ YARADILMIŞDIR .
Naxçıvan Dövlət Universitetinin əsas korpusu . Xarakterinə görə Naxçıvan Dövlət Universiteti möhkəm milli bünövrəyə malik olan, dövlətçilik təmayüllü, dünyaya inteqrasiya olunmuş müasir tipli ali təhsil ocağıdır. Naxçıvan Dövlət Universitetinin gerbi . Dünyanın dörd qitəsində əllidən çox universitetlə əməkdaşlıq müqavilələri imzalamış Naxçıvan Dövlət Universitetinin beynəlxalq aləmdə geniş əlaqələri, etibarlı tərəfdaşları və səmimi dostları vardır. Universitetdə TEMPUS proqramı üzrə üç qrant layihəsi həyata keçirilməkdədir. Üzvü olduğu Avropa Universitetlər Assosiasiyası, Avropa Rektorlar Klubu, Asiya Universitetlər Assosiasiyası, Qaradəniz Universitetlər Birliyi, Qafqaz Universitetlər Assosiasiyası, İpək Yolu Universitetləri Rektorlarının Birliyi Naxçıvan Dövlət Universitetinin əlaqələrinin genişlənməsində və birgə layihələrin, beynəlxalq simpoziumların təşkilində mühüm rol oynayır. Naxçıvan Dövlət Universitetinin elektron kitabxanası . Naxçıvan Dövlət Universitetindəki teatr studiyası, rəqs və vokal qrupları, xor kollektivləri burada mədəni mühitin inkişafına xidmət edir. Universitetdə tələbə idmançılar üçün ən müasir imkanlar yaradılmışdır. Bir sözlə, Naxçıvan Dövlət Universitetində yüksək səviyyədə ali təhsil almaq, geniş bilik və dünyagörüşü qazanmaq, bacarıqları və qabiliyyətləri inkişaf etdirmək, asudə vaxtı maraqlı və mənalı keçirmək üçün hər cür şərait və böyük imkanlar vardır. Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsi . Naxçıvan Dövlət Universiteti XXI əsrin universitetidir. |
Veb Səhifə : |
---|
No comments:
Post a Comment