Dərd gül oldu baharıma ,
Niyə , dünya , vəfasızsan ?!
Sən cavab ver , sualıma :
- " Niyə , dünya , vəfasızsan ?! "
Təslim etdi yalan düzü ,
Oxa döndü mərdin sözü ,
Nələr gördü , bu Yer üzü ,
Niyə , dünya , vəfasızsan ?!
Nahaq haqqı talan etdi ,
Məzlum ahı ərşə yetdi ,
Pis yaşadı , yaxşı getdi ,
Niyə , dünya , vəfasızsan ?!
Bir kitabsan oxunmamış ,
Qəlb yanmaz söz toxunmamış ,
Qərib səndən yurd ummamış ,
Niyə , dünya , vəfasızsan ?!
Ürəyimə çəkdin sitəm ,
Az qalmışam dərddə itəm ,
Dəftərində bir beytəm ,
Niyə , dünya , vəfasızsan ?!
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment