cəmiyyəti düşünən , onun varlığının və xoşbəxtliyinin
qorunması üçün həyatını qurban verən insanlardı " , böyük
öndər Mustafa Kamal Atatürkün bu kəlamı dövlət
müstəqilliyimizi tarixə qızıl hərflərlə yazan vətən
fədailərinin həyat amalını aydın şəkildə təcəssüm etdirir .
Xalqımız 1991 - ci il oktyabrın 18 - də böyük dövlətlərin
maraqlarının kəsişdiyi bir regionda müstəqil , öz taleyini
özü müəyyənləşdirən suveren dövlətini yaratdı və onu
inkişaf etdirərək beynəlxalq aləmdə lider mövqelərə sahib
oldu .
Dövlət müstəqilliyimizin 20 illiyi ərəfəsində Şirvan şəhər
Heydər Əliyev Mərkəzində " Dövlət müstəqilliyimiz - qürur
mənbəyimizdir " mövzusunda elmi - praktik konfrans keçirildi .
Samirə Abışova giriş nitqiylə çıxış etdi . O qeyd etdi ki ,
" Müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin şah
əsəridir " . Dövlət müstəqilliyimizin qorunub saxlanmasında
Ümummilli liderin rolu danılmazdır . 20 il bundan əvvəl
xalqımız milli dövlətçilik tarixində ikinci dəfə öz
müstəqilliyinə qovuşdu . Müstəqilliyi əldə etmək nə qədər
şərəflidirsə , onu qoruyub saxlamaq qazanmaqdan
qat - qat məsuliyyətlidir , söyləyən natiq bildirdi ki ,
H . Əliyevin böyük siyasi təcrübəsi , zəngin idarəçilik və
dövlətçilik səriştəsi sayəsində respublikamızda
daxili - siyasi sabitlik əldə edildi . Milli dövlətçilik
ənənələri gücləndirildi .
Konfransda " Müstəqillik və gənclər siyasəti "
mövzusunda çıxış edən Şirvan şəhər Gənclər və
İdman idaəsinin aparıcı - məsləhətçisi Əfqan Həsənov
vurğuladı ki , Ümummilli liderimizin dərin zəkası ,
müdrikliyi və uzaqgörənliyi müstəqil dövlət quruculuğu
prosesini uğurla həyata keçirməyə və Azərbaycanın
tarixi istiqlaliyyətini möhkəmləndirməyə imkan verdi .
Onun hakimiyyətə qayıdışından sonra respublikada
ictimai - siyasi sabitliyin bərqərar edilməsi gələcəyə olan
inamı daha da artırdı .
gəncləriylə görüşündəki çıxışının bəzi məqamlarını diqqətə
çatdıran Əfqan Həsənov bildirdi ki , H . Əliyev gənc
nəslin hərtərəfli inkişafına xüsusi önəm verərək gəncləri
həyatda fəal mövqe tutmağa , sağlam həyat tərzi
keçirməyə , hər zaman vətəndaş həmrəyliyin nümayiş
etdirməyə və milli - mənəvi dünyamıza söykənərək ümumbəşəri
dəyərlərdən istifadə etməyə çağırırdı . Bu günədək
gənclər siyasəti istiqamətində dövlətimizin uğurla
reallaşdırdığı praqmatik fəaliyyət planı tarixi nailiyyətlərə
zəmin yaradıb . Belə ki , 2002 - ci ildə " Dövlət gənclər
siyasəti " haqqında qanunun qüvvəyə minməsi ,
" Azərbaycan Gəncliyi " adlı dövlət proqramlarının icrası
və digər islahatların həyata keçirilməsi gənclərimizin
hər bir sahədə özünü təsdiq etməsi üçün əlverişli
şərait formalaşdırıb .
Tədbirdə H . Əliyev mərkəzinin elmi işçiləri Aynur
Fərzəliyeva və Günel Əkbər qızı , o cümlədən Şirvan
şəhər Müalicə - Diaqnostika Mərkəzinin nümayəndəsi Coşqun
Səfərov məruzə etdi . Sonda müstəqilliyimizi tərənnüm
edən poeziya çələngi " Gənc Heydərçilər " qrupunun
ifasında qonaqlara təqdim olundu .
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment