Thursday, December 15, 2011

QADINLARIN VƏ QIZLARIN TƏHSİLİ .

        " Qadınların   və   qızların    təhsili    yalnız     gender    bərabərliyinin   
təbliğində    deyil ,   həm   də     XXI    əsrin    bir    sıra     mühüm   
problemlərinin    həllində    vacib     rol    oynayır .   Tədqiqatlar    sübut
edir   ki ,  təhsilin     maliyyələşdirilməsi    bir    ölkənin    inkişafa   
qoyduğu   ən    effektiv    və    yüksək    gəlirli    sərmayə    növüdür , "   
fikirləri   Şirvan   şəhər    mərkəzi     kitabxanasında    Amerika    
səfirliyinin   və   İREX - in    ( Beynəlxalq    Tədqiqatlar    və    
Mübadilə   Şurası )  birgə   təşkilatçılığıyla     reallaşan    tədbirdə    çıxış   
edən   səfirliyin    nümayəndəsi    Kristofer   Consun  nitqində  səsləndi .  
Natiq    qeyd    etdi    ki ,  qızların   təhsili   həm   onların    hüquqları , 
həm   də    inkişafa   təkan   vermək    baxımından    vacıbdir .  Onların   
təhsilinə    dəstək    verilməsi     özü   ilə    bir    sıra   müsbət    nəticələr 
gətirir .
   
 

        Tədbirdə    Kaliforniyalı    sahibkar    Alisia    Morqa     mövzuyla   
bağlı   məruzə    etdi .  O   bildirdi    ki ,   qızların    və   qadınların    
təhsil    alması , adətən    təhsilin     onlara ,  onların     uşaqlarına    və    
cəmiyyətə    verdiyi   faydalar    baxımından    qiymətləndirilir .   Ancaq    
bu      düzgün    yanaşma  deyil .  Qızların    və    qadınların    təhsil    
alması    onların    ailələrinə   və   ya   cəmiyyətə    verə    biləcəkləri     
faydalara   görə   yox ,  ilk    növbədə   insan   hüquqları    tələbi   kimi   
qəbul    edilməlidir .  Alisia   Morqa   eyni    zamanda   qadın   və  biznes   
haqqında      düşüncələrini    iştirakçılarla     bölüşdü .

     
      Sonda     İREX - in     nümayəndəsi     Sara    Hennesi     ABŞ - ın    
Azərbaycanda ,   o    cümlədən    dünyanın    bir    çox    ölkələrində   
həyata  keçirdiyi    təhsil    proqramları    və   təhsil     imkanları     
barəsində    məlumat     verdi .




                                                     YAQUT       HÜSEYNOVA

HEYDƏR ƏLİYEV MƏRKƏZİNİN SƏFƏRLƏRİ .

      Əməkdaşlıq    və     iş    təcrübəsinin    artırılması    məqsədilə   Şirvan
Şirvan   şəhər   Heydər   Əliyev   mərkəzinin    kollektivi ,  o   cümlədən
mərkəzin    nəzdində    fəaliyyət   göstərən   " Heydərsevərlər "   klubunun
üzvləri     bu    günlərdə    Sabirabad   və   Saatlı    rayonunda   səfərdə  oldu .





Öncə    Sabirabad    rayonunda    yerləşən    H. Əliyev    mərkəzində
qonaq     olan    kolllektivi    mərkəzin    direktoru    Rəna   xanım
salamladıqdan     sonra    mərkəzlə    yaxından    tanış   edərək ,  Ulu
Öndərimizin     Sabirabad    rayonuna    olan    14   səfəri     haqqında
danışdı .


       
         Kollektivin    Saatlı    rayonuna   səfəri   də   yaddaqalan    oldu .
Belə   ki ,   rayonun     Heydər    Əliyev    Mərkəzində    səmimiyyətlə
qarşılanan    kollektivə    Ümummilli    Liderin    Saatlı      rayonunun
inkişaf    tarixindəki     rolu    bələdçinin    təqdimatında    işıqlandırıldı .
Mərkəzin     direktoru    Əzizağa    müəllim   qonaqlara    " Saatlı "   adlı
disk    hədiyyə    etdi ,  xatirə   şəkli   çəkdirildi .




      Görüş     Yeni     Azərbaycan    Partiyasının    Saatlı    rayon  
təşkilatında    dəyirmi    masa    ətrafında     davam     etdirildi . Mərkəzlər
arasında    əməkdaşlıq    münasibətlərinin    qurulması    və    iş
təcrübəsinin    paylaşılması   yüksək    dəyərləndirildi .



                                                 YAQUT         HÜSEYNOVA

Monday, October 31, 2011

" QARABAĞIN QARA BƏXTİ " ( ıı )

     Yazıma    şərqin   böyük   filosofu ,  şairi ,  rəssamı   Cibran    Xəlil   
Cibranın   sözləriylə   başlamaq    istəyirəm . O    deyirdi : - " Alimlə
şair    arasında    bir    yaşıl    zolaq    uzanıb    gedir ;  onu   adlayan
alim    müdrik   olur ,   ona    adlayan    şairsə - peyğəmbər . "
Ədəbiyyat ,  poeziya ,  ümumiyyətlə ,  söz    sənəti    bəşəriyyətə    Ulu
Yaradanın    bəxş    etdiyi    ən    uca    nemətdir .  Ömrünü    
ədəbiyyatın   söz    ilmələrində    yaşadan   və    insan    qəlbinin    
coğrafiyasını    öz     qələmiylə    addımbaaddım    çözən    şairlərimizdən
biri    də     Mehriban     Həsənlidi .  O ,  1945 - ci   ildə   Əli   Bayramlı
şəhərində   ziyalı    ailəsində    dünyaya    göz    açıb . Atası    Sadıq  
Baxışov     dostları    Salman    Mümtaz    və    Hüseyn    Cavidin 
dayısıyla     birlikdə    sovet     hakimiyyətinə     qarşı    mübarizədə
fəal   iştirak    etmişdir .  Anası     Mirxanım     xanım    isə    Tanrının
sevimli     bəndələrindən     olan    Mir   Möhsüm    Ağanın     qohumu
olmuşdur .  Bədii     yaradıcılığa    kiçik    yaşlarından    başlayan   
Mehriban    xanımın    çap   olunmuş   ilk    şeiri    " Payız "   dir   ki ,
o    beşinci     sinifdə    oxuyarkən    " Pioner "   qəzetində     işıq   üzü
görüb .  1964 - 1969 - cu    illərdə     o ,  Azərbaycan    Pedaqoji
İnstitutunun    dil - ədəbiyyat       fakültəsini     bitirib .  Şəhərimizin
tanınmış     pedaqoqlarından     olan    Mehriban     Həsənlinin     ilk
şeirlər    kitabı     1996 - cı     ildə     " Qaytar ,    ötən    günlərimi "
adıyla     işıq     üzü     görüb .   Azərbaycan    Jurnalist    Həmkarlar
İttifaqının     " Ziya "     fəxri     diplomuna     layiq     görülmüş    
şairin     daha     sonra      " Bir     payız     axşamı " ,  " Mənim
analı     dünyam "      və     "  Durnalar     qayıdanda  "    adlı
nəşrləri      oxucuların     ixtiyarına     verilib .
      Bu     günlərdə     Mehriban     Həsənlinin    yeni     kitabı   
ədəbiyyatsevərlərə      təqdim    olundu .  Hər    zamanın     öz
sözü ,    hər    sözün     öz     zamanı     var .   Buna    görə    də   söz
zamanın ,    zaman     da    sözün       rənginin      yaradıcısıdır . Beş
bölmədən     ibarət     olan    bu    kitabda     şair     oxuculara     
zaman     və     sözün    qüdrətini     bir     daha     göstərərək  
vurğulayır    ki ,   zaman      söz     qarşısında     acizdir ,   sözün
özü     elə     vaxtdır .
     Kitabı     vərəqləyirəm .   Elə    ilk    sətirlərdən    bütöv
Azərbaycanın      tarixi     reallıqları ,    istiqlaliyyət    uğrunda
" Təki ,   VƏTƏN    sağ   olsun ! "    deyib ,   şəhid     olmuş
igidlərimizin     mübarizliyi ,  işğal       altında     qalan    qədim
yurd     yerlərimizin     hayqırtısı ,    dünənimizlə     gələcəyimiz
arasında     körpü     olan     bu     günümüzün     qələbə    nidalı ,
zəfər     soraqlı     sabahları     oxucuya    bədii    çalarlarla    diktə
olunur .  " Çək ,  əlini    Qarabağdan ! "     söyləyən ,   Mehriban
xanım     bir     daha    Azərbaycan    oğlunun     yenilməzliyini    
bütün     dünyaya     bəyan       edərək     yazır :
               Çək ,   əlini     Qarabağdan ,
               Yatmış    şirdi     Türkün     oğlu ,
               Oyanarsa ,
               Soy - kökünün
              Olacaqdır      onda     sonu !
      Şairin     yaradıcılığında     atılmışlar      və      biganəlik      mövzusu
əsas      qayələrdən     birini     təşkil    edir .  Onun    " Atılmışlar "  
şeirini     oxuduqca    körpələr     evinin    acı     mənzərəsi    bir    lent
kimi    göz     önündə    canlanaraq      ürəkləri     göynədir .  Həyat    bal
ilə      zəhərin    uyuşmasıdır .   Mehriban    Həsənli     bu     şeirində    elə
təsirli     bədii     ifadə     və     təsvir     vasitələrindən     istifadə     edib   
ki ,  körpələr    evinin     acı    görüntüsü     oxucunu      rahat     buraxmır ,
hey       düşündürür :
             Alıb     çənəsini     kiçik     ovcuna ,
             Nisgilli    qəlbiylə    baxır     yollara .
             Bir     ana     laylası ,   ana     nəfəsi ,
             Yad     olub ,    yad     olub     atılmışlara .
      Onun     " Bir     ananın    acı     taleyi "     poeması      da      bu   
mövzunun     davamıdır .   Çünki      bu     sətirlərdə     qocalar    evinə
atılmış    valideynlərin    iztirablı    taleyi      əks     olunub :
             Ananı      qocalar     evinə     qoyub ,
             Geriyə     dönəndə    çalış ,   unutma .
             Qayıt ,   özünə    də    sən   bir    otaq    seç ,
             Övladın     gətirəndə    otaqsız   qalma .
     " Qarabağın    qara     bəxti "  ni     oxuduqca    insan    ruhən    
dincəlir .   Kitab    insan     adının    ucalığını    dərk    etməyə    
səsləyir    hər     kəsi .   Müxtəlif     janrlarda     şairin     qələmə
aldığı      əsərlərdə     ilahi    eşq ,  Tanrı    məhəbbəti ,   dini
ibadətlərə     çağırış ,   milli - mənəvi    dünyamıza    hörmət   və
sadiqlik ,   sevgi     və    xəyanət ,   ailə   dəyərləri ,   ailə    
məsulliyyəti ,   qısqanclıq ,   unutqanlıq    və    günümüzün    digər
aktual    problemləri    işıqlandırılıb .
        Mehriban    xanımı ,  bu    münasibətlə    təbrik     edir   və
ona     yeni     yaradıcılıq    uğurları     arzulayıram .  Yazımı  
şairin    bu    misralarıyla     bitirmək    istəyirəm :
            Tanrı    insanları     yaratmayıb   ki ,
            Dünya     boş    qalmasın ,   insanla    dolsun .
            Tanrı     yaratdı      ki ,    yarananların
            QƏLBİNDƏ      ÜNSİYYƏT  ,   MƏHƏBBƏT     olsun !


                                                               YAQUT      HÜSEYNOVA 

Sunday, October 30, 2011

" QARABAĞIN QARA BƏXTİ "

     Bu     kitab     şəhərimizin     tanınmış      şairi     Mehriban     Həsənlinin
oxucularıyla     beşinci      görüşüdür .   Azərbaycan     Jurnalist     
Həmkarlar     İttifaqının     "  Ziya  "       fəxri      diplomuna     layiq     
görülmüş    şairin     sözügedən      kitabının      İcma     Məlumat     
Mərkəzində     Alma    Cəfərovanın     rəhbərliyilə     təqdimatı     keçirildi .  
Mərasimdə     şəhərimizin   müxtəlif     idarə      və     təşkilatlarının      
nümayəndələri      iştirak      edirdi .


     Şairin     həyat      və     yaradıcılığının      qısa     arayışıyla     başlayan 
tədbirdə      Şirvan     OYL      şirkətinin     sosial      məsələlər      üzrə     
mühəndisi      Zemfira     Məmmədova     kitabla     bağlı      rəy    və
düşüncələrini     dilə     gətirdi .   Natiq      söylədi     ki ,    Vətən    sevgisi ,
azadlıq     hayqırtısı ,   dünənimiz ,   bu     günümüz      və    qələbəyə
olan      inam     hissi      beş     bölmədən     ibarət      olan     bu      nəşrin
ana      xəttini       təşkil     edir .   Onun      şəhidlərimizə , 
qəhrəmanlarımıza   etdiyi     ittihaflar      gənc     nəslin  
vətənpərvərlik   ruhunda   tərbiyəsində önəmli      məqamdır ,   deyən ,  
Zemfira     xanım    bildirdi   ki ,    şairin    Milli     Qəhrəman     
Mübariz      İbrahimovun  əziz     xatirəsinə    həsr   etdiyi     poeması      
qəhrəmanın     təhsil   aldığı    Beləsuvar   rayonunun     Əliabad     kənd     
orta     məktəbində    ictimaiyyətə    təqdim     olunmuş     və    bu    
layihə    hər     kəs   tərəfindən    yüksək      dəyərləndirilmişdir .   
Şirvan      şəhər     " Sevil "      qadınlar      cəmiyyətinin     xəttiylə    
reallaşdırılan    layihə     daha      sonra     " N "     saylı     hərbi   
hissədə    göstərilmişdir .

   
     Yeni      kitabının     işıq     üzü     görməsi     münasıbətilə      şairi     
təbrik       edən     Şirvan    şəhər     Gənclər     və     İdman     idarəsinin
aparıcı - məsləhətçısı       Əfqan      Həsənov     vurğuladı     ki ,    mayası
vətənpərvərlik      olan       Mehriban     Həsənli     yaradıcılığında     
həyatın       bütün      reallıqları       mükəmməl      şəkildə     yaradıcı
təxəyyülündən      süzülüb     gələn     rəngarəng       bədii     çalarların
fonunda      oxucuya     təqdim      olunub .  Kitabda    milli - mənəvi 
dəyərlərimizə      bağlılıq ,   ailə - məişət      problemləri ,    ailə
məsulliyyəti ,    biganəlik ,   günümüzün     aktual     ağrısı     olan
qocalar     evinə     sakin     edilmiş     valideynlərin      acı      taleyi ,
şəhid      analarının      qəlbinin    göynərtisi      və     digər     
mövzular      o     qədər     təsirli      qələmə      alınıb    ki ,    insanı
düşünməyə      vadar     edir .


     Mərasimdə       gənc      şair      İbrahim      Həssasın     və     
Mərkəzi     kitabxananın     direktor     müavini     Vəzifə     Xudiyevanın
da     çıxışları      da      dinlənildi .   Şairin     şeirləri       və     şeirlərinə
yazılmış      mahnılar      qonaqlara    təqdim     olundu .




                                             YAQUT      HÜSEYNOVA

Thursday, October 20, 2011

SON ZƏNG

   Yetişib     zamanı       sonuncu       zəngin ,
   Əlvida       deyirəm ,   sənə ,    məktəbim !
   Qoynunda       yaşanan      şirin    günlərə ,
    Əlvida       deyirəm  ,   sənə ,    məktəbim !



                       Ümid      nəğməsiylə      çalınır      bu      zəng,
                       Xatirə       içində     kövrəlib      ürək ,
                       Səcdənə       tələbə      adıyla      gələk ,
                       Əlvida       deyirəm ,   sənə ,  məktəbim ! 



                                                          YAQUT        HÜSEYNOVA

ANAM ...

   Sığmaz       sözə      ürək      varın ,
   Üzü     nurlu       gözəl       anam !
   Sən -   Kəbəsən ,   biz -  zəvvarın ,
   Üzü      nurlu      gözəl      anam !



                                            Tanrı     sevər      ibadəti ,
                                            Haqq      eşqinə     itaəti ,
                                            Ey ,    ömrümün        hidayəti ,
                                            Üzü      nurlu     gözəl     anam !



  Həyat        sənlə     nəfəs     alır ,
  Hey      düşünüb ,   fikrə    dalır ,
  Sənli      dünyam    qanad     çalır ,
  Üzü      nurlu       gözəl     anam !




                                                  YAQUT         HÜSEYNOVA

Wednesday, October 19, 2011

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ .

         NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ 1967-Cİ İLDƏ YARADILMIŞDIR .



Naxçıvan    Dövlət     Universitetinin     əsas     korpusu .

Naxçıvan Dövlət Universiteti Azərbaycan Respublikasının qabaqcıl universitetlərindən biridir. Universitetimizin 108 hektarlıq ərazisindəki müasir tipli ali məktəb korpusunda hər cür imkanlara malik müasir tipli tədris korpusları qurulmuşdur. Burada yeni informasiya texnologiyaları ilə, müasir avadanlıqlarla təchiz edilmiş elektron siniflər, laboratoriyalar, internet mərkəzləri, e...lektron kitabxana tələbələrə xidmət edir. Universitetdə bütün ərazini əhatə edən Wi-Fi (simsiz) internet sistemi mövcuddur.
Xarakterinə görə Naxçıvan Dövlət Universiteti möhkəm milli bünövrəyə malik olan, dövlətçilik təmayüllü, dünyaya inteqrasiya olunmuş müasir tipli ali təhsil ocağıdır.



Naxçıvan      Dövlət    Universitetinin     gerbi . 


Dünyanın dörd qitəsində əllidən çox universitetlə əməkdaşlıq müqavilələri imzalamış Naxçıvan Dövlət Universitetinin beynəlxalq aləmdə geniş əlaqələri, etibarlı tərəfdaşları və səmimi dostları vardır. Universitetdə TEMPUS proqramı üzrə üç qrant layihəsi həyata keçirilməkdədir. Üzvü olduğu  Avropa Universitetlər Assosiasiyası, Avropa Rektorlar Klubu, Asiya Universitetlər Assosiasiyası, Qaradəniz Universitetlər Birliyi, Qafqaz Universitetlər Assosiasiyası, İpək Yolu Universitetləri Rektorlarının Birliyi Naxçıvan Dövlət Universitetinin əlaqələrinin genişlənməsində və birgə layihələrin, beynəlxalq simpoziumların təşkilində mühüm rol oynayır.

                          
             Naxçıvan    Dövlət     Universitetinin      elektron     kitabxanası .


Naxçıvan Dövlət Universitetindəki teatr studiyası, rəqs və vokal qrupları, xor kollektivləri burada mədəni mühitin inkişafına xidmət edir. Universitetdə tələbə idmançılar üçün ən müasir imkanlar yaradılmışdır.
Bir sözlə, Naxçıvan Dövlət Universitetində yüksək səviyyədə ali təhsil almaq, geniş bilik və dünyagörüşü qazanmaq, bacarıqları və qabiliyyətləri inkişaf etdirmək, asudə vaxtı maraqlı və mənalı keçirmək üçün hər cür şərait və böyük imkanlar vardır. 

 Naxçıvan     Dövlət    Universitetinin    Hüquq    fakültəsi .


Naxçıvan Dövlət Universiteti XXI əsrin universitetidir.
Veb Səhifə  :

VƏTƏN , SƏNƏ GÜVƏNİR !

İgid       əsgər  ,    irəli ,
VƏTƏN ,    sənə     güvənir !
Zəfər      bağlı      adınla ,
VƏTƏN ,    sənə      güvənir !


Addımından       od      yağır ,
Gözündə     şımşək     çaxır ,
Şuşa       yoluna       baxır ,
VƏTƏN ,     sənə     güvənir !    


Qır ,    tikanlı      məftili ,
Azad      əssin      sübh     yeli ,
Haydı ,    atlan ,    YA     ƏLİ ,
VƏTƏN ,      sənə     güvənir !




                                                   YAQUT          HÜSEYNOVA         

VƏFASIZ DÜNYA ...

Dərd       gül      oldu      baharıma ,
Niyə ,   dünya ,    vəfasızsan ?!
Sən      cavab     ver ,    sualıma :
 - "  Niyə ,   dünya ,    vəfasızsan ?!  "



Təslim      etdi      yalan       düzü ,
Oxa     döndü     mərdin      sözü ,
Nələr       gördü ,  bu      Yer     üzü ,
Niyə ,   dünya ,    vəfasızsan ?!



Nahaq       haqqı      talan     etdi ,
Məzlum      ahı      ərşə      yetdi ,
Pis      yaşadı ,    yaxşı       getdi ,
Niyə ,   dünya ,    vəfasızsan ?!  



Bir     kitabsan    oxunmamış ,
Qəlb     yanmaz     söz      toxunmamış ,
Qərib      səndən      yurd      ummamış ,
Niyə ,   dünya ,    vəfasızsan ?!   



Ürəyimə       çəkdin     sitəm ,
Az       qalmışam      dərddə     itəm ,
Dəftərində     bir     beytəm ,
Niyə ,    dünya  ,    vəfasızsan ?! 


                                                 

                                                                      YAQUT         HÜSEYNOVA

Sunday, October 2, 2011

MÜSTƏQİLLİK - MİLLİ SƏRVƏTİMİZDİR .

       " Ən     böyük     şəxsiyyətlər    özündən     çox     mənsub    olduğu   
cəmiyyəti     düşünən ,   onun     varlığının     və     xoşbəxtliyinin   
qorunması     üçün     həyatını      qurban     verən     insanlardı  " ,   böyük
öndər     Mustafa      Kamal     Atatürkün     bu      kəlamı      dövlət
müstəqilliyimizi      tarixə      qızıl      hərflərlə      yazan      vətən    
fədailərinin      həyat      amalını     aydın      şəkildə     təcəssüm     etdirir .
Xalqımız      1991 - ci     il      oktyabrın       18 - də     böyük       dövlətlərin
maraqlarının      kəsişdiyi      bir       regionda     müstəqil ,    öz      taleyini
özü      müəyyənləşdirən       suveren      dövlətini      yaratdı    və     onu
inkişaf      etdirərək       beynəlxalq      aləmdə     lider      mövqelərə     sahib
oldu . 
        Dövlət      müstəqilliyimizin     20    illiyi     ərəfəsində     Şirvan    şəhər
Heydər     Əliyev    Mərkəzində      "  Dövlət     müstəqilliyimiz - qürur  
mənbəyimizdir  "      mövzusunda       elmi - praktik      konfrans     keçirildi .


        Dövlət      himni      səsləndikdən     sonra     mərkəzin     direktoru    
Samirə       Abışova      giriş     nitqiylə     çıxış      etdi .   O   qeyd   etdi   ki ,
"  Müstəqil       Azərbaycan      Respublikası       Heydər     Əliyevin   şah     
əsəridir  " .   Dövlət       müstəqilliyimizin      qorunub      saxlanmasında      
Ümummilli      liderin     rolu      danılmazdır .   20     il     bundan     əvvəl
xalqımız      milli       dövlətçilik      tarixində     ikinci       dəfə     öz  
müstəqilliyinə      qovuşdu .   Müstəqilliyi      əldə      etmək     nə     qədər
şərəflidirsə  ,     onu       qoruyub      saxlamaq      qazanmaqdan       
qat - qat   məsuliyyətlidir  ,    söyləyən     natiq      bildirdi     ki ,    
H . Əliyevin     böyük  siyasi     təcrübəsi ,   zəngin      idarəçilik     və    
dövlətçilik      səriştəsi    sayəsində       respublikamızda     
daxili - siyasi    sabitlik      əldə      edildi .  Milli      dövlətçilik       
ənənələri       gücləndirildi .
        Konfransda       " Müstəqillik     və     gənclər      siyasəti  "    
mövzusunda    çıxış      edən      Şirvan       şəhər       Gənclər     və      
İdman       idaəsinin    aparıcı - məsləhətçisi         Əfqan      Həsənov      
vurğuladı      ki  ,    Ümummilli        liderimizin     dərin       zəkası ,    
müdrikliyi     və    uzaqgörənliyi      müstəqil      dövlət      quruculuğu    
prosesini     uğurla    həyata      keçirməyə     və     Azərbaycanın     
tarixi     istiqlaliyyətini      möhkəmləndirməyə      imkan      verdi .     
Onun       hakimiyyətə    qayıdışından       sonra       respublikada       
ictimai - siyasi     sabitliyin     bərqərar    edilməsi     gələcəyə    olan    
inamı   daha   da   artırdı .


      Ulu      öndərimizin      1995 - ci     ilin      martında       Respublika     
gəncləriylə       görüşündəki      çıxışının       bəzi      məqamlarını      diqqətə
çatdıran      Əfqan      Həsənov       bildirdi      ki ,     H . Əliyev      gənc   
nəslin       hərtərəfli       inkişafına      xüsusi      önəm       verərək    gəncləri
həyatda      fəal       mövqe     tutmağa ,   sağlam      həyat      tərzi     
keçirməyə ,    hər      zaman       vətəndaş      həmrəyliyin      nümayiş   
etdirməyə    və    milli - mənəvi     dünyamıza     söykənərək      ümumbəşəri
dəyərlərdən       istifadə      etməyə      çağırırdı .   Bu      günədək     
gənclər    siyasəti      istiqamətində       dövlətimizin      uğurla    
reallaşdırdığı    praqmatik     fəaliyyət      planı      tarixi      nailiyyətlərə     
zəmin        yaradıb . Belə      ki ,    2002 - ci       ildə      "  Dövlət     gənclər     
siyasəti   "     haqqında   qanunun       qüvvəyə      minməsi ,     
"  Azərbaycan       Gəncliyi   "     adlı    dövlət      proqramlarının     icrası      
və       digər       islahatların       həyata   keçirilməsi       gənclərimizin      
hər       bir       sahədə       özünü      təsdiq   etməsi      üçün      əlverişli     
şərait      formalaşdırıb .

       
        Tədbirdə       H . Əliyev       mərkəzinin       elmi        işçiləri       Aynur
Fərzəliyeva       və       Günel      Əkbər       qızı ,    o     cümlədən     Şirvan
şəhər       Müalicə - Diaqnostika      Mərkəzinin        nümayəndəsi     Coşqun
Səfərov       məruzə       etdi .     Sonda      müstəqilliyimizi       tərənnüm
edən       poeziya        çələngi       " Gənc      Heydərçilər  "     qrupunun
ifasında       qonaqlara        təqdim       olundu .



                                                       YAQUT         HÜSEYNOVA  

     

Wednesday, September 7, 2011

AYRILIQ MƏQAMINDA

       Yazı ,    Nəsiman      Yaqublunun    "  Məmməd     Əmin      Rəsulzadə  "

          kitabından   (  Bakı ,  " Gənclik  "  ,  1991 -ci   il  .   səh :    305 - 306  )   

                                            olduğu     kimi      götürülüb .




        Ankaradan      çıxan     günü     "  ƏSRİ   "      məzarıstanlığına -
Məmməd     Əmin     Rəsulzadənin    məzarıyla    vidalaşmağa    getdim .
Məzarın     yanında     dolanarkən     qəfildən     bir     qoca     yaxınlaşdı
mənə .   Sorğusuz ,   sualsız     sözə     başladı .   Dedi :
       -   Keçən     il     bu    vaxtlar     idi    (   mən     Ankarada     olanda 
yanvar   ayı    idi  )    məzarıstanlığa    gəlmişdim .   Elə    bu    qəbrin   
yanından     keçəndə     birdən      inilti     səsi    eşitdim  .   Yaxınlaşıb
bir    az    da     diqqətlə    qulaq      asdım .    Yanılmamışdım  .    Səs
bu     qəbirdən    gəlirdi .   Ağrılı  ,   şikayətli     bir    inilti    səsi    idi .
Mən    xoflanıb    tez     bu     qəbirdən     uzaqlaşdım .   Bir     müddət
özümə      gələ     bilmədim .   Əhvalatı      kimə      danışdımsa    
inanmadılar .   Dedilər ,   səni     qara     basıb .   Amma     məni    
qətiyyən      qara      basmırdı .   O    qəbirdən     inilti     səsi      gəlirdi .
        Qəribə      heyrət      içində     qocadan      soruşdum :
        - Siz ,    keçən     il      yanvarın      neçəsində    olmuşdunuz   burda ?
         Qoca      dedi :
        - Ayın     ya     on      doqquzu ,   ya     da     iyirmisi .  Çünki   mən    
belə   vaxt      gəlib      yaxın      adamımın      qəbrini      ziyarət      
edirəm .    Amma   indiki      kimi      yadımdadır .   Qəbirdən      
ağrılı ,     şikayətli      bir     inilti    səsi       eşidilirdi .
        Qoca     bu     sözləri      deyib     çıxıb     getdi .
         Mən      isə     acı     bir     həqiqətin     ağrısına      bürünərək   
Ankaranın     " ƏSRİ  "    məzarıstanlığında ,    onun      qəbri      
yanında    donub    qalmışdım .   Və      dərdli - dərdli      
düşünürdüm :    Demək ,  ayın      20 - si    günü   o   qanlı     
yanvarda    xalqımızın      günahsız   qanı      axıdılanda   qəbirdə     
rahatlıq      tapmamısan .   İgid     oğullarımız   düşmən     gülləsinə      
nahaqdan      hədəf       tutulanda     dözə      bilməyib    soyuq     
məzarda       inildəmisən .   Qeyrətli     cavanlarımız     al     qan    
içində     çırpınanda ,    analar       ağı      deyib      fəryad     
qoparanda   dayana   bilməmisən ,  ağrıyıb  şikayətlənmisən .
         Düşünürəm ,   acı - acı     düşünüb      ağrıyıram :  qəbirdə     
də    rahat     buraxmırlar ,    soyuq      məzarda    da      incidirlər       
səni !  Sən      hələ     sağsan ,   bizimlə      yaşayıb ,    bizimlə   də      
xalqımızın   azadlığı    yolunda ,  istiqlaliyyəti    uğrunda     
mübarızə       aparırsan !



                                                       YAQUT         HÜSEYNOVA 

Sunday, September 4, 2011

VARLIĞIMIZI BÜTÖVLƏŞDİRƏK !..

        VƏTƏN -  sərhəddən    başlayıb ,   sərhəddə    bitir .  Nizamlanmış   bir
çevrə    olan    sərhəd ,   hər     bir     dövlətin    varlığını ,   ərazi    
bütövlüyünü    təsdiqləyən    ümdə    amildir .  Vətənin     tarix     
kitabının    açılıb - bağlandığı    məqam ,   məhz    sərhəddir .  
Göz    işlədikcə   uzanan ,   lal     sükuta    qərq     olmuş    
tikanlı    məftillərdə    tarixin   neçə - neçə    keşməkeşli    izləri    
var .   Sərhəd - tarixə   naxışlanan , yaranandan     bu    günə    
qədər    keçib    gəldiyimiz    yolların   ilmələridir .   Əgər    
yaddaşımızdan    bir    gün     bu    ilmələrin    biri   qaçarsa ,    
varlığımız     fəlakətə     uğrayar .


      
    Qəlbimizlə ,    ruhumuzla     sərhəddən    başlayan     Vətənə     dönək .
Və    bu     dönüşdə    o     taylı ,    bu    taylı - bütöv     Azərbaycanın   
müqəddəs     torpağına     əbədi    düşüb     qalan     əsl     Vətən    daşı
ola     bildikmi ,   deyə    minillərin    düyünlərin     çözməyə    çalışaq .
Məhz     bu      bütövlükdə      varlığımızı      bütövləşdirək ...
        Düşüncələrim     yenə    Cibran     Xəlil     Cibranın      fikirlərində
qərar     tapdı .   O     söyləyirdi :  -  "  MƏHƏBBƏT     və     onun
doğurduğu ,   QİYAM      və     onun     yaratdığı ,   AZADLIQ     və
onun      yer     üzünə     yaydığı  -   bax ,   budur  ,    İLAHİ    VARLIĞIN
ÜÇ    GÖRÜNTÜSÜ !..         



                                              YAQUT       HÜSEYNOVA

Wednesday, August 31, 2011

ELÇİN : EL ÜÇÜN DOĞULAN OĞUL

    Tarix     böyük    müəllimdir .   Qara    Yanvar    təkcə     ağrı - acı  
gətirmədi ,   həm   də    bizə    heç    vaxt    unuda    bilməyəcəyimiz    dərsi
verdi .  Kortalmış    yaddaşımızı     silkələyib    ayağa    qaldırdı .  Elə    bir
unutqanlığı    yadımıza    saldı     ki ,  tarixin    qarşısında    qolu    qandallı
müttəhimlər    tək     dayandıq .  Bir    vaxtlar     yaddaşımızdan     lazımsız
əşya     tək     silib     atdığımız     " ÇƏMBƏRƏKƏND     HƏQİQƏTİ "  nin
fəryadının     kəskin    ittihamlarını    eşitdik .   Gizli      bir    vahimə    basdı
içimizi ,  gizli     bir    sızıltı     keçdi    qəlbimizdən .  Tarix     yenidən   
yaşandı ,    yenidən    təkrarlandı .  Qanlı    Yanvar    gecəsində    bir    daha
" ŞƏHİDLƏR     XİYABANI "   na     dönərək  ,   ikinci    ömrünə    qayıtdı
" ÇƏMBƏRƏKƏND    HƏQİQƏTİ " .
     131    Vətən    övladı    o   gecə ,  "  TƏKİ ,   VƏTƏN   SAĞ   OLSUN ! "
deyərək ,  Vətən     yolunda ,   azadlıq    uğrunda    canından   keçdi .


     Həmyerlimiz    ELÇİN     İMANOV    da    20    Yanvar   faciəsində
sinəsini    düşmən    gülləsinə    sipər     edən    igidlərimizdəndir .  1967 - ci
il    avqustun    12 - də    Əli    Bayramlı     şəhərində    dünyaya    göz    
açan   bu    vətən    oğlu ,  10   saylı    orta    məktəbi    1984 - cü   ildə   
əla  qiymətlərlə    başa     vurur .  Elə    həmin    il     Elçin ,    
N .  Nərimanov    adına    Tibb    İnstitutunun    Stomotologiya    
fakültəsinə    daxil    olaraq , həm     ailəsinə ,   həm   də    
müəllimlərinə    unudulmaz   sevinci     yaşadır . Həkim    olmaq    
onun    ən     böyük    arzusuydu .   O   əsl     vətənpərvər   idi .  
Vətən    sevgisi ,  azadlıq     eşqi    Elçinin   qəlbində    əbədi    məşələ
dönmüşdü .  Onun    həyatda     yalnız    bir     amalı     vardı : - "  Torpaq
üçün    doğulmuşuq ,  Vətən    üçün    ölməliyik ! . . "
      
Onun    xatirəsini    bir    daha    yad    etmək     üçün    şəhidin    
ailəsiylə   görüşmək    qərarına    gəldik .  Və    bu   məqsədlə    
Salyan     şəhərinə    yollandıq .  Onu     da     qeyd    edək   ki ,  
mərhumun     ailəsi     1984 - cü  ildən    ata - baba   yurdu    olan     
Salyanda     yaşayır .   Bizi     böyük   səmimiyyətlə    qarşılayan    
ailə     üzvləriylə     birlikdə     çay     süfrəsi   ətrafında    Elçin    
İmanovun    əziz    xatirəsinin     sönməz    nuruna    yığışdıq .  
Dərin     hüzün ,   kədər ,    eyni    zamanda    iftixar    dolu
söhbətə     şəhidin    atası ,  Salyan    şəhər    Ağsaqqallar    
Şurasının  sədri     Hacı    Beydulla     İmanov     giriş    etdi :
      -  Gələcək     qaranlıqdır ,   onu    ümid    və     fədakarlıq    
işıqlandırır . Məhz ,   tarixə    öz   qəhrəmanlıqlarıyla   adını     
yazan    Vətən   mücaidləri    də    bu    yola    ümid     məşəli     
ilə     çıxdılar .  Onları   bu   yoldakı   nə    tufanlar     qorxutdu ,   
nə    də   firtinalar .   Onlar    üçün  zülmət    mövcud     deyildi ,   
çünki    qəlblərində    azadlıq    adlı     ümid   məşəli    alovlanırdı . 
Şəhidlər    Azərbaycan    uğrunda     azadlıq    ümidiylə    irəlilədilər   
və    məqsədlərinə    nail     oldular .  Elçin    ikinci   kursu  bitirdikdən    
sonra      Volqaqrada    hərbi     xidmətə    yola    düşdü . 6     aydan     
sonra     hərbi     xidmətini     davam       etdirmək     üçün   Almaniyaya     
göndərildi .   Xidməti      bitirib     Vətənə     qayıtdığı    gündən
Bakını     bürüyən    meydan     hərəkatına      qoşuldu    və    bu      
hərəkatın  ön      sıralarında      irəlilədi .   Bir     valideyn    kimi    
onun      üçün  narahat      olurduq .   Və      bu     yoldan    
dönməyini     istəyirdik .  Onun   son     cavabı    bizə     bu     
oldu : - "  BİZ ,  FƏRARİ    DEYİLİK ,  QAÇIB    EVDƏ    
GİZLƏNƏK !.. "
        Şəhidin     anası     Zemfira    xanım    qəlbindəki    övlad    
ağrısını   kövrək      xatirələrlə     ovutmağa     çalışdı : 
- "  Elçin     uşaqlıqdan    qeyri - adi     xarakterə     malik    
idi .   Vətənpərvər ,   sadə ,    sakit   təbiətliydi .   Amma     
böyüyəndən     sonra     çox    çılğın     oldu .   Rus   dili     
müəllimi     Sara    müəllim    həmişə   deyirdi    ki ,  Elçin    
bir   anın    içində   ətrafını   ələ    alıb ,   dağıda      bilər ... "
       Zemfira     xanım    qəhərləndi ,    bir    qədər    sükut     
etdikdən   sonra     yenidən    söhbətə    başladı :  
- "  Onunla     son    görüşümüz   yanvarın    7 - si    oldu .  
Qardaşı     Fuad    da     tələbəydi .  Hər     həftə    sonu      
evə     biri    gəlirdi .   Yanvarın     19 - zu    Elçinin    növbəsiydi , 
amma     gözümüz      yollarda      qaldı .   Elçinin      yerinə    
qapımızı   onun      ölüm     xəbəri     döydü .    Artıq  ,    
21    ildir  ki ,   Elçin    aramızda      yoxdur .   Yeganə     
təsəllim    oğlum    Fuad    və    oğlumun   adını    daşıyan     
balaca     nəvəmdir . "
      Fuad     qardaşı    Elçinlə     keçirdiyi     son      günü     
belə     xatırladı : - " Yanvarın     19 - zuydu .  Elçin     son     
imtahandan       5     almışdı .   Çox    sevincliydi .   Evə     
gəlib     özünü     səliqəyə     saldı     və     dedi    ki ,   bu
günümü     VƏTƏNƏ     həsr     edəcəyəm !  Bir       qədər     
dincəldikdən    sonra     küçəyə      çıxdı .   Onu    da      qeyd      
edim     ki ,    bundan     əvvəlki    gün     bütün      qohumlarla     
görüşmüşdü .   Çox     qohumcanlı    və     diqqətcil   idi .    
Küçələr     güllə    yağışına      tutulmuşdu .    O    güllələrdən     
biri     E . İmanova      tuşlandı .    Sinəsi    al     qana    boyanan    
qardaşım     dostlarının       köməyi     ilə    əvvəl   təcili    yardıma ,    
sonra     isə     təcrübə     keçdiyi     4    saylı    klinik   xəstəxanaya   
çatdırılsa     da       onu      həyata      qaytarmaq     mümkün
olmadı .  Elçin     tək     həmin     gününü     deyil ,    ömrünü     
VƏTƏNƏ   fəda     etdi .  Vətən      sevgisi     dilimizdə     deyil ,   
qəlbimizdə    bitsin . Bir    şeirdə     deyildiyi     kimi :

              Çoxunun     dilində    VƏTƏN    bitsə    də ,
              Ürəyi     VƏTƏNDƏN ,   ELDƏN    xəbərsiz !        
 
     Elçin    İmanova     Azərbaycan     Respublikası      Prezidentinin     
17    yanvar     2000 - ci      il     tarixli     259     saylı    fərmanı     ilə
" 20    Yanvar    şəhidi "   fəxri     adı     verilib .   Salyan    şəhərindəki
yaşadığı      küçə    və      təhsil    aldığı     Şirvan    şəhər     10    saylı     orta
məktəb   onun     adını      daşıyır .   Salyan     Tarix - diyarşünaslıq
muzeyində      " ELÇİN   guşəsi "     açılıb .   1996 - cı     il    yanvarın    
16 - da  Tibb     Universitetinin     əsas     korpusunun     qarşısında    
"   Şəhidlər   bulağı "    kompleksi       açılıb .    Bununla     altı     
şəhidin     xatirəsini    əbədiləşdirən     Tibb    Universiteti   Elçinin      
şəklini      birinci    yerdə   asıb .   Müsahibə      zamanı     o    da     
məlum    oldu    ki ,   Elçinin     qısa ,  lakin     şərəfli     ömrü     
Rafiq     Səməndərin    " Şəhidlər "   kitabında    öz  əksini    tapıb .  
Şair     Oktay     Rza    " Elçin -   türbəsi "  ,   Ağacavad  
Əlizadə     " Mənim    əvəzimə "  ,   Malik     Qədimov     
" Ağı -  bayatılar "   adlı    şeirlərini   onun   xatirəsinə   ittihaf   edib .  
        
      ALLAH     cəmi     ŞƏHİDLƏRİMİZƏ    RƏHMƏT     ELƏSİN ,  AMİN !


                                            
                                                  YAQUT      HÜSEYNOVA