gətirmədi , həm də bizə heç vaxt unuda bilməyəcəyimiz dərsi
verdi . Kortalmış yaddaşımızı silkələyib ayağa qaldırdı . Elə bir
unutqanlığı yadımıza saldı ki , tarixin qarşısında qolu qandallı
müttəhimlər tək dayandıq . Bir vaxtlar yaddaşımızdan lazımsız
əşya tək silib atdığımız " ÇƏMBƏRƏKƏND HƏQİQƏTİ " nin
fəryadının kəskin ittihamlarını eşitdik . Gizli bir vahimə basdı
içimizi , gizli bir sızıltı keçdi qəlbimizdən . Tarix yenidən
yaşandı , yenidən təkrarlandı . Qanlı Yanvar gecəsində bir daha
" ŞƏHİDLƏR XİYABANI " na dönərək , ikinci ömrünə qayıtdı
" ÇƏMBƏRƏKƏND HƏQİQƏTİ " .
131 Vətən övladı o gecə , " TƏKİ , VƏTƏN SAĞ OLSUN ! "
deyərək , Vətən yolunda , azadlıq uğrunda canından keçdi .
sinəsini düşmən gülləsinə sipər edən igidlərimizdəndir . 1967 - ci
il avqustun 12 - də Əli Bayramlı şəhərində dünyaya göz
açan bu vətən oğlu , 10 saylı orta məktəbi 1984 - cü ildə
əla qiymətlərlə başa vurur . Elə həmin il Elçin ,
N . Nərimanov adına Tibb İnstitutunun Stomotologiya
fakültəsinə daxil olaraq , həm ailəsinə , həm də
müəllimlərinə unudulmaz sevinci yaşadır . Həkim olmaq
onun ən böyük arzusuydu . O əsl vətənpərvər idi .
Vətən sevgisi , azadlıq eşqi Elçinin qəlbində əbədi məşələ
dönmüşdü . Onun həyatda yalnız bir amalı vardı : - " Torpaq
üçün doğulmuşuq , Vətən üçün ölməliyik ! . . "
Onun xatirəsini bir daha yad etmək üçün şəhidin
ailəsiylə görüşmək qərarına gəldik . Və bu məqsədlə
Salyan şəhərinə yollandıq . Onu da qeyd edək ki ,
mərhumun ailəsi 1984 - cü ildən ata - baba yurdu olan
Salyanda yaşayır . Bizi böyük səmimiyyətlə qarşılayan
ailə üzvləriylə birlikdə çay süfrəsi ətrafında Elçin
İmanovun əziz xatirəsinin sönməz nuruna yığışdıq .
Dərin hüzün , kədər , eyni zamanda iftixar dolu
söhbətə şəhidin atası , Salyan şəhər Ağsaqqallar
Şurasının sədri Hacı Beydulla İmanov giriş etdi :
- Gələcək qaranlıqdır , onu ümid və fədakarlıq
işıqlandırır . Məhz , tarixə öz qəhrəmanlıqlarıyla adını
yazan Vətən mücaidləri də bu yola ümid məşəli
ilə çıxdılar . Onları bu yoldakı nə tufanlar qorxutdu ,
nə də firtinalar . Onlar üçün zülmət mövcud deyildi ,
çünki qəlblərində azadlıq adlı ümid məşəli alovlanırdı .
Şəhidlər Azərbaycan uğrunda azadlıq ümidiylə irəlilədilər
və məqsədlərinə nail oldular . Elçin ikinci kursu bitirdikdən
sonra Volqaqrada hərbi xidmətə yola düşdü . 6 aydan
sonra hərbi xidmətini davam etdirmək üçün Almaniyaya
göndərildi . Xidməti bitirib Vətənə qayıtdığı gündən
Bakını bürüyən meydan hərəkatına qoşuldu və bu
hərəkatın ön sıralarında irəlilədi . Bir valideyn kimi
onun üçün narahat olurduq . Və bu yoldan
dönməyini istəyirdik . Onun son cavabı bizə bu
oldu : - " BİZ , FƏRARİ DEYİLİK , QAÇIB EVDƏ
GİZLƏNƏK !.. "
Şəhidin anası Zemfira xanım qəlbindəki övlad
ağrısını kövrək xatirələrlə ovutmağa çalışdı :
- " Elçin uşaqlıqdan qeyri - adi xarakterə malik
idi . Vətənpərvər , sadə , sakit təbiətliydi . Amma
böyüyəndən sonra çox çılğın oldu . Rus dili
müəllimi Sara müəllim həmişə deyirdi ki , Elçin
bir anın içində ətrafını ələ alıb , dağıda bilər ... "
Zemfira xanım qəhərləndi , bir qədər sükut
etdikdən sonra yenidən söhbətə başladı :
- " Onunla son görüşümüz yanvarın 7 - si oldu .
Qardaşı Fuad da tələbəydi . Hər həftə sonu
evə biri gəlirdi . Yanvarın 19 - zu Elçinin növbəsiydi ,
amma gözümüz yollarda qaldı . Elçinin yerinə
qapımızı onun ölüm xəbəri döydü . Artıq ,
21 ildir ki , Elçin aramızda yoxdur . Yeganə
təsəllim oğlum Fuad və oğlumun adını daşıyan
balaca nəvəmdir . "
Fuad qardaşı Elçinlə keçirdiyi son günü
belə xatırladı : - " Yanvarın 19 - zuydu . Elçin son
imtahandan 5 almışdı . Çox sevincliydi . Evə
gəlib özünü səliqəyə saldı və dedi ki , bu
günümü VƏTƏNƏ həsr edəcəyəm ! Bir qədər
dincəldikdən sonra küçəyə çıxdı . Onu da qeyd
edim ki , bundan əvvəlki gün bütün qohumlarla
görüşmüşdü . Çox qohumcanlı və diqqətcil idi .
Küçələr güllə yağışına tutulmuşdu . O güllələrdən
biri E . İmanova tuşlandı . Sinəsi al qana boyanan
qardaşım dostlarının köməyi ilə əvvəl təcili yardıma ,
sonra isə təcrübə keçdiyi 4 saylı klinik xəstəxanaya
çatdırılsa da onu həyata qaytarmaq mümkün
olmadı . Elçin tək həmin gününü deyil , ömrünü
VƏTƏNƏ fəda etdi . Vətən sevgisi dilimizdə deyil ,
qəlbimizdə bitsin . Bir şeirdə deyildiyi kimi :
Çoxunun dilində VƏTƏN bitsə də ,
Ürəyi VƏTƏNDƏN , ELDƏN xəbərsiz !
Elçin İmanova Azərbaycan Respublikası Prezidentinin
17 yanvar 2000 - ci il tarixli 259 saylı fərmanı ilə
" 20 Yanvar şəhidi " fəxri adı verilib . Salyan şəhərindəki
yaşadığı küçə və təhsil aldığı Şirvan şəhər 10 saylı orta
məktəb onun adını daşıyır . Salyan Tarix - diyarşünaslıq
muzeyində " ELÇİN guşəsi " açılıb . 1996 - cı il yanvarın
16 - da Tibb Universitetinin əsas korpusunun qarşısında
" Şəhidlər bulağı " kompleksi açılıb . Bununla altı
şəhidin xatirəsini əbədiləşdirən Tibb Universiteti Elçinin
şəklini birinci yerdə asıb . Müsahibə zamanı o da
məlum oldu ki , Elçinin qısa , lakin şərəfli ömrü
Rafiq Səməndərin " Şəhidlər " kitabında öz əksini tapıb .
Şair Oktay Rza " Elçin - türbəsi " , Ağacavad
Əlizadə " Mənim əvəzimə " , Malik Qədimov
" Ağı - bayatılar " adlı şeirlərini onun xatirəsinə ittihaf edib .
ALLAH cəmi ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN , AMİN !
YAQUT HÜSEYNOVA