hər dəfə bura gələndə ruhuma ilahi rahatlıq , qəlbiməsə əvəzolunmaz
hüzur çökürdü . Bu hüzur içində gözlərimə ülvi bir sevginin nuru
şəfəq saçırdı . Sanki dünyaya yenidən gəlirdim , yenidən doğulurdum .
Çiçək dənizində gözlərimi mavi səmaya dikərək , yenə də özümlə
təkliyə çəkildim . Yaralı qəlbimin səsini , hər atışını divardakı
saatın səsini dinlədiyim tək dinləməyə başladım . Dərin xəyallara
dalaraq xatirələrlə görüşdüm . ƏFSUS !.. Şirin xəyallarımdan acı
gerçəkliyə körpü salındı . Bu körpüdən keçə - keçə həyatın
enişli - yoxuşlu yollarında bir dərvişə dönən gözlərimlə hüzur
bulduğum bu cənnət məkanında sarı çiçəyi aradım . Bir - birindən
gözəl , ətirli gülləri baxışlarıma düzə - düzə sevimli çiçəyimi
harayladım .
Nəhayət , bağçanın ən gözəl yerində bitən Sarı Çiçəyimi
gördüm , tez ona tərəf qaçdım . Və bütün bağçanın çevrəsinə
nəzər saldım . Unudulmaz mənzərəydi ; sanki bağça bu
çiçəyin varlığından şəfəqlənirdi , ülviləşirdi . Onun yanında
oturdum . Titrək əllərimlə ahəstəcə ləçəklərinə toxundum .
Bu toxunuş məni yalanlar dünyasından alıb həqiqət
dənizinə atdı . Yumdum gözlərimi , qəlbim yenə də
kəlmə - kəlmə dilimdə misralandı . Düşüncələrim beynimdə
bir karvan tək yola çıxdı . İllərdən bəri yaddaşıma
həkk etdiyim müsəlman aləminin böyük filosofu
Cibran Xəlil Cibranın bir kəlamı fikirlərimə
aydınlıq gətirdı . O deyirdi : - " Gözəllik , sənin qəlbinin
can atdığıdır . Gözəllik - əldə etmək istədiyin deyil ,
fəda olmaq istədiyindir . O cismin sınağı , ruhun
pərvazıdır . Nəhayət , gözəllik o qüvvətdir ki , sənin
varlığının müqəddəsliyində doğulur və son həddinədək
varır ... "
Məhz , bu gözəl deyimin daxilindəki həqiqət də
budur ; arzular və xəyallar neçə sirri özündə gizlədən
kainat kimi hüdudsuzdur , nə sonu görünür , nə də
əvvəli ...
HÜDUDSUZ GÖZƏLLİKLƏR və ARZULAR diləyilə ,
YAQUT HÜSEYNOVA .
No comments:
Post a Comment