Tuesday, August 23, 2011

TƏLƏBƏLİK ALBOMUMU VƏRƏQLƏYƏRKƏN ...

      Tələbəlik    illərindən    mənə    əbədi    yadigar    qalmış    şəkil  
albomumu     sevinclə   dolu    kövrək    xatirələrlə    vərəqləyirəm .
Gah    gözlərim    dolur ,  gah   da    ki    rəsmlərdə    donub   qalmış
dörd    illik    zaman    kəsiyindən    yenidən    keçirəm .  Ürəyim
gözlərimdə    dillənir .  Ömrümün    əvəzolunmaz    sevincinin   və
şirin    qayğılarının    əks    olunduğu    tələbəlik    illərinin  
sətirlərinə     dönən   xatirələri   pillə - pillə   qalxıram .  Bu
rəsmlər   özündə   həyatımın    bir    parçasını   yaşadır .  Hər
dəfə   albomumu    vərəqləyəndə    bir    rəsmin    xatirəsi   məni
çox    incidir .  Qəribəsi   də    budur   ki ,   həmin   şəkil   
albomumda   yer    almayıb ...
       Naxçıvan    Dövlət   Universitetinin   jurnalistika
ixtisasının     ikinci     kursunda     oxuyurdum .  Eyni    zamanda
Naxçıvan    şəhər   İcra   Hakimiyyətinin   orqanı   olan   
"  NUH   YURDU "   qəzetinin   ştatdankənar   müxbiriydim .
Yazılarım    bu   mətbu   orqanında    müntəzəm   dərc  
olunurdu .  Bir    gün   qərara   aldım   ki ,  şəhərdə   yenicə
fəaliyyətə    başlayan    Gözdən    Əlil   olan    uşaqlar   üçün
xüsusi    ibtidai   məktəbdən    yazı    hazırlayım .  Və   bu   
məqsədlə   adıçəkilən    ünvana  yollandım .   Məktəbin
direktoru     Mətanət    Əhmədova   və    MR - in   Gözdən
Əlillər   Cəmiyyətinin   sədri   Cəmşid    Abdullayevlə  
görüşdüm .  Təhsil   ocağıyla    yaxından   tanış   olub 
lazımi   materialları    topladım .  Ən    unudulmaz    an   isə
mənimçin    bu    məktəbdə    təhsil   alan   ilk    sinfin  
üzvləriylə   görüşməyim    oldu .  Sanki   zaman   həyatın   ən
saf  ,  ən   ülvi     məkanında     dayanmışdı .  Sinif    otağında
əyləşən    körpə    fidanların     təmiz    dünyasında   qəlbim
sözlə    ifadə   edə   bilməyəcəyim    hüzur    və    duyğularla
dolmuşdu .  Özləri   tək   adları  da   gözəl    idi .  Məktəbin
direktoru   müsahibənin    sonunda   bildirdi   ki ,  NDU - nun
tələbələri    könüllü    olaraq    məktəbimizlə    əlaqə    saxlayır 
və    uşaqların    dünyagörüşünün    formalaşmasında   işimizə
yardım    edir . 
        O    gündən    mən     də   bu   nəcib    missiyaya    qoşulmaq
üçün    Mətanət     xanımdan    icazə   aldım .  Beləcə   bu   
təhsil   ocağı    mənə   getdikcə   doğmalaşdı .  Tez   bir   zamanda
uşaqlara    qaynayıb - qarışdım .  Onlara    elə    bağlanmışdım  ki ,
dərsim   olan   günləri   səbrsizliklə   gözləyirdim .  Körpə   
fidanların   dünyası   mənə     çox    şey   öyrətdi .  Onu    da   etiraf
edim  ki ,  bu    balacaların    sirli     yazılarını -  "  BRAYL "  yazı
sistemini    heç    cür    öyrənə    bilmədim .
     Deyirlər ,   hər    kəs   öz    ömür     payını    yaşayır    bu
dünyada .  Onunçun    ayrılmış    tale     yollarını    addımlayır .
Kimi    səadət    günəşinin    al    şəfəqləri ,   kimisə   ümid
çırağının    zərif     şölələri     altında    qət    edir    bu    cığırları .
İşıqlı    sabahlara    inana - inana   yaşayır ,   yaradır    insan .
Bəzən     əbədi    zülmətin    tikanlı     məftillərinə   ömürlük
əsir    düşmüş    gözlərin   sükutunda ,  sevincində ,   giryanında
dillənir    həqiqət .   Onların   da    nuru     uyumuş   gözlərində
acı    gerçək    belə   nəql    edirdi    hər    birinin   hekayətini .
Sinifdəki    uşaqların   bəzilərinin   gözləri   çox   zəif  ,  
bəzilərininki    isə   dünya    nurundan    məhrum   idi .  Amma
bütün    bunlara    baxmayaraq ,   çox    savadlı ,  düşüncəli   və
istedadlı   idilər .  Onların    əl    işlərinə      baxanda   yerimdəcə
donub   qalırdım .  Düşünürdüm   ki ,  ALLAHIM ,  insan   təbiəti ,
gözəllikləri    və   rəngləri   görmədən   bunları   necə   yarada   bilər !.. 
Çox    gözəl   musiqi    duyumları    vardı .  Dərslərimiz    bir - birindən 
maraqlı    keçirdi ,  ürəyimdə   dərin    iz   buraxan    günə   qədər ...   
   Həmin    gün   tələbə   yoldaşlarımla    birlikdə    şəhər   gəzintisinə     
çıxıb     xatirə    şəkilləri    çəkdirdik .  Fotoaparatın   lentində   boş    
kadrlar    qalmışdı .  O    gün   məktəbdə   dərsim   də    vardı .  
Fotoaparatı    götürüb   dərsə    getdim . Uşaqlar  şəkil   çəkdirəcəyimizi    
biləndə   çox   sevindilər .  Sinfin    ən   dəcəli ,  ən   balacası   olan    
Təbriz    məndən    fotoaparata  baxmağı    xahiş    etdi .  Və   balaca   
əlləriylə   ona   toxundu . Şəkil    çəkdirmək   məqamında    Təbrizdən    
fotoaparatı  istədim    və    ona    cərgədə   durmağını     bildirdim .   
Birdən   Təbrizin    sevinc    dolu     səsi ,   sanki    yox   oldu .

     
    - "   Nə    oldu  ,  Təbriz ,   niyə   bikef    oldun ? "  - deyə ,
soruşdum .  O    isə   nuru    əbədi   donmuş    masmavi  
gözlərini    bir   nöqtəyə    dikib ,    dərindən     köks    ötürdü
və    heç    bir    söz    demədi .   Bu    mənzərə    məni    çox 
narahat     etdi .  Onun   gözlərinə    nəzər   saldım ,  giley   dolu
baxışlarını    heç   cür   çözə    bilmədim .  Beləcə    şəkil   çəkdirdik .
Hər    kəs    öz    yerini     aldı .  Dərsi    davam    elədim .   Birdən
Təbrizin   hıçqırtısını    eşidib ,  niyə   ağladığını   yenidən  
öyrənməyə     çalışdım .  Uzun - uzadı     səssizlikdən     sonra   
Təbriz    yalnız    bunları   söyləyə   bildi : - "  Müəllim ,   şəkli
mən   çəkmək    istəyirdim .  Görmədiyimə ,  görəmi   fotoaparatı
məndən    aldınız ?!.   Amma   mən    hər   şeyi    görürəm ,    hər
kəsi     duyuram !.. "


        O     an    dünya   başıma    fırlandı .   Gözlərim    dolsa  da ,
özümü   ələ   aldım .   Və   gülərək    ona    yaxınlaşdım : - "  Təbriz ,
bəs   niyə   demədin   ki ,   şəkli    sən   çəkmək    istəyirsən ?  Bir
də   bunu    unutma ,  kaş   hər    kəs    sizin   tək    bütün   kainatı
saf    hisləriylə    görməyi   bacaraydı .  Al ,  fotoaparatı  istədiyin
qədər   şəkil    çək .  Hə ,   Təbriz ,  götür .  " 
     Bir    qədər   sakit    dayandıqdan   sonra   Təbrizin    gözlərinin
gileyi ,  kədəri    şirin    gülüşlərdə     yox   oldu .
     Aradan    bir   neçə    gün   keçmişdi .  Tələbə   yoldaşlarım
lenti    yandırdığıma   görə   məndən   çox   incidilər .  Lentin
məhv    olduğuna    görə     üzülsəm   də ,   içimdə   hüzur   dolu 
rahatlıq    vardı .  Çünki    DƏNİZDƏN    qopan   bir    cüt  
MASMAVİ     DAMLA    yenidən     ÜMİD    və     SEVİNC
dəryasına   qərq   olmuşdu ...

        Yazılan   taledən  qaçmaq  olmayır ,
        Uyuyub   işığı ,  nuru    gözümün !
        Kədər   də   çiçəkdir ,  lakin   solmayır ,
        Uyuyub   işığı ,  nuru    gözümün !
        

                                       Sönübdür   gözlərim ,  yanan  qor   deyil ,
                                       Giryanım   şərbətdir ,  daha  şor   deyil ,
                                       Gözüm   kor   olsa   da ,  qəlbim  kor   deyil ,
                                       Uyuyub   işığı ,  nuru    gözümün !

    
                            

                              
                                                       YAQUT      HÜSEYNOVA

No comments:

Post a Comment