Ay - ulduzlu dünyamızı ,
Qaraltmasın BİGANƏLİK !
Atanımızı , anamızı ,
Qocaltmasın BİGANƏLİK !
Qoşma üstə dindir tarı ,
Qoy , ərisin qəlbin qarı .
Qaysaq tutmuş yaraları .
Qanatmasın BİGANƏLİK !
Dünya fani , ömür yarı ,
Nüçə sirrin yox açarı ,
Pöhrələnən ağacları ,
Qurutmasın BİGANƏLİK !
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment