Monday, August 22, 2011

UNUTQANLIQ

    " İnsan   üçün   böyük  dərslərdən   birisi      tarixdir . Aç ,  tarixin
səhifələrini .  Əgər    gördün    ki ,  bir   vaxtlar    insanlar   bir   para
işlərdə  səhv   eləyiblər ,  dəxi   sən   həmin   səhvi   etmə . Bu   bir
tarixdir  ki ,  insanlar   üçün   həmişə   dərs   olacaqdır ... "   ALLAH
rəhmət  eləsin ,   MİRZƏ   CƏLİLƏ !  Onun   bizlərə   ünvanladığı
bu   sözlər ,  " DÜNƏNİ   UNUTMA ! "   çağırışıdır .  Zamanın
sınağından   çıxmış   bu   müraciətdə   danılmaz   həqiqət    var .
Nurlu   sabahlara    gedən   yol ,  məhz   dünəndən   başlayır .
Tarixin   səhifələrinə   dönən   dünənləri   yaşatmaq   hər   birimizin
vətəndaşlıq   borcudur . Çünki    o   dünənlərdə   varlığımızı ,
mücadiləmizi       haqq    səsimizi    təsdiqləyən   əzəlı     əbədi
həqiqət    tarixə   qovuşub .  Yaşadaq   tariximizi ! Məhz ,  onun
sətirlərinə   milyon   şəhidin    al   qanıyla   yazılmış    istiqlaliyyət
nəğməsi    işıqlı   gələcəyimizin   al    şəfəqlərinə  dönüb !



       Dünəndən  sabaha  yol   gedirik. Bu   yollarda  gah    kıxıldıq , gah   büdrədik ,  
gah  da  ki   düşünmədən   dayandıq .  Amma   unutduq   ki ,  zaman   dayanmır .  
Durmadan ,  anbaan   irəliləyir .  Və  bizə  meydan  oxuyur . Kainata   hakim  kəsilən  
zamanın girdabından   keçə - keçə , yolçu    yolda   gərək   deyib ,  yürüdük .  Yollar   
uzandıqca   uzandı . Enışlərdən - yoxuşlardan keçən   addımlarımız   sıldırım  qayalara ,  
keçilməz   dağlara   rast   gələndə  içimizdəki   fırtınanı   şərqin   böyük    filosofu   Cibran   
Xəlil   Cibranın   söylədiyi    bir   fikir    yatırdı .  O   deyirdi : - " Bu dünyanın   tikanlı   
yollarıyla   getməkdən   qorxmayın !  Çünki   o   yollar   sizin   dabanlarınızdan   artıq ,  
xarab    olmuş   qanları   çixaracaq !.. "   
     Başımıza    gətirilənin   bir    daha   gəlməsini   istəmiriksə ,  gələni    gətirəni   heç   
vaxt ,  heç   zaman   unutmamalıyıq . TERROR        ETNİK    TƏMİZLƏMƏ ;  budur  
erməni - daşnak   xislətinin        üzü .  Ötən   əsrdə   xalqımızın  başına   bədnam   
qonşularımız   faciələr     gətirdi , soyqırmlar    törətdi .  Amma    bir    dəfə     
olsun   ki , düşünmədik   ki ,  bu   faciələrin   təkrarlanmasının   səbəbi    nədir ?   
Bu   sualın   cavabını   aradıqca  beynimizdəki    bəlkələrin   sayı  da   artır . Əslində
bəlkələrin     ətrafında   düşünməyə    dəyməz . Çünki   əsas   səbəb - 
UNUTQANLIĞIMIZDIR !..


        Vətən   məhəbbəti   dilimizdə   deyil ,  qəlbimizdə   köklənsin . Bu   sevgi   
dağıtsın   içimizdəki   unutqanlıq   zülmətini . Hər   an   düşmənə   nifrət   hissiylə   
yaşayaq .   bu   hissi   övladlarımıza  da    aşılayaq . Təəssüflər  olsun  ki ,  çox   
vaxt   balalarımıza    körpəlikdən   düşmənlə   barışmaz   olmağı   öyrətmirik . 
Gözləyirik , qoy ,  böyüsün ,  ağıllansın , sonra    öyrədərik .  Dəhşətlisi   budur  ki ,  
heç   sonra  da   öyrətmirik . Beləcə ,  yaddaşımızı   unutqanlıq   girdabında
boğuruq .
        Deyirlər ,  AZADLIĞIN      olduğunu    bilməyən   HƏYAT   cansız   bədənə ,  
AMALIN      olduğunu   bilməyən   AZADLIQSA    çaşqın   ruha   bənzər . Qoy ,
Uca   Yaradan   bizi    belə   var   olmaqdan   qorusun ,  AMİN!


                                                 YAQUT      HÜSEYNOVA






No comments:

Post a Comment