Dünən telekanalların birində bütün dünyanı ayağa qaldıran
SOMALİDƏKİ dəhşətli səhnələr , eyni zamanda ibrətamiz
məqamlar yayımlanırdı . Somali cəhənnəmində minlərlə insanın -
uşağın , qocanın , cavanın aclıq və susuzluğun qurbanı olduğunu
görüntüləyən kadrlarda , hətta ibrət götürüləcək çox məqamlar
yer almışdı . Belə ki , Somali düşərgələrində sığınacaq tapan
insanların çoxu hər səhər sübh tezdən aclıq və susuzluğun
hökm sürdüyü bu məkanda sahura qalxır , oruc tutur ,
ibadətlərini TANRI rzasına yerinə yetirir . Amma qəlb
göynədən reallıq odur ki , dünya dövlətlərinin yardımı
nətıcəsində hər axşam açılan iftar zamanında oruc
tutanların çoxu dünyasını dəyişir . Bu görüntüləri
izlədikdən sonra günümüzün reallığına nəzər saldım .
ƏFSUS ki , bu gün bütün şəraitə , var - dövlətə ,
dünyanın hər cür naz - nümətinə , fiziki sağlamlığa
sahib olan çox insanlar yaşayaraq yarı
etdikləri ömürlərində bir dəfə də olsun , nə
sahura qalxıb , nə də UCA YARADANIN iftar
adlı ziyafətinə qonaq olub ...
MADDİ zənginliyə deyil , MƏNƏVİ VARİDATA
sahib olmağa can ataq və bir həqiqəti heç zaman
unutmayaq :
DÖVLƏTİ BAŞINDAN AŞSA DA , YENƏ ,
KƏFƏNİ XARADAN GEYƏN OLMADI !..
YAQUT HÜSEYNOVA
( misralar " DÜŞÜNCƏLƏR " şeirimdəndir )
No comments:
Post a Comment