Qərənfil açıldı sevgi bağında ,
Ayrılıq gətirən yeldən xəbərsiz !
Bir durna inləyir çölün düzündə ,
Səfərdən qayıdan teldən xəbərsiz !
Yaqutam , a dünya , torpağım üstə ,
Çiçək tək bəslərəm , tikan bitsə də ,
Çoxunun dilində Vətən bitsə də ,
Ürəyi Vətəndən , eldən xəbərsiz !
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment