Ağlayır yurdumun daşı - qayası ,
Od vurur ürəyə həsrətin yası ,
Alınsın , xalqımım daha qisası ,
Birləşın , igidlər , qisas günüdür !
Birlik yox edəcək gözlərin nəmin ,
Cəlladı olacaq kədərin , qəmin ,
İşıqlı sabaha edəcək əmin ,
Birləşin , igidlər , qisas günüdür !
Tarixi unudub olduq unutqan ,
Onunçun torpağı yudu nahaq qan ,
Yumruğa çevrilib , güc alaq haqdan ,
Birləşin , igidlər , qisas günüdür !
Uymuşuq , millətim , şirin dillərə ,
Dözmüşük nə qədər biz itkilərə ,
Verməyək , el varın çirkin əllərə ,
Birləşin , igidlər , qisas günüdür !
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment