Sərhəddən başlayır anamız VƏTƏN !
Təbrizdən , Şuşadan Borçalıyadək ,
Sərhəddən başlayır anamız Vətən !
Sərhəddən başlayıb , sərhəddə bitir ,
Dünənim , bü günüm , bir də sabahım ,
Türk oğlu , döyüşdən zəfərlər gətir ,
Cəngini mizraba alsın kamanım .
Kaş azad olaydım küləklər kimi,
Sərhəd tanımazdı yolum , cığırım .
Çapıb eldən - elə mən kəhərimi ,
Yer üzün dostluğa , sülhə çağırım !
Alıb məktubunu Göyçə gölünün ,
Masmavi Xəzərə yetirəydim mən .
Adlayıb keçdiyim Vətən çölünün ,
Tikanın qəlbimdə bitirəydim mən.
Alıb külüngünü qalx , bu dağlara ,
Quzğunun yuvasın dağıtmaq gərək !
Torpağı yadlara satan kəslərin ,
Qanın su yerinə axıtmaq gərək !
Qoru , sərhədini göz - bəbəyin tək ,
Sərhəddən başlayır anamız VƏTƏN !
Təbrizdən , Şuşadan Borçalıyadək ,
Sərhəddən başlayır anamız Vətən !
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment