Dünya sənin əsirindi ,
Qürub etmə , ey günəşim !
Dolanır yer , göy başına ,
Qürub etmə , ey günəşim !
Qürub etdi Nəsimilər ,
Torpaq qədrin igid bilər ,
Əlim Ayın gözün silər ,
Qürub etmə , ey günəşim !
Gecə yandın ulduz - ulduz ,
Laylan baldı , gah da ki duz ,
Ular bayquş , ular quduz ,
Qürub etmə , ey günəşim !
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment