Peyğəmbər varisi , deyilir sizə ,
Həyatın baharı sənsən , müəllim !
Vətəni sevdirdin hər birimizə ,
Vətənin vüqarı sənsən , müəllim !
Elmə can verməyi öyrətdin bizə ,
Duydum ki , bu dostluq vəfalı imiş .
Zəhmətin ağ qarı çixsa da dizə ,
Cənnətdən min dəfə səfalı imiş .
Müəllim dünyanı haqqa çağırsa ,
Yer üzü dörd əlli ona səs verər .
Nadan silahından güllə yağarsa ,
İNSANLIQ bağına o nəfəs verər !
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment