Həkim ürəyinin saf döyüntüsü ,
Əlini daha da şəfalı edər .
Qalxarsa mərminin göyə tüstüsü ,
Yaralı əsgərə köməyə gedər .
Xəstəni həyata qaytarınca o ,
Keçirir nə qədər qorxu , həyəcan .
Tanrıdan çox ömrə güc alınca o ,
Ümiddən yol çəkir Gündən - Ayacan .
Çox vaxt oyaq qalıb bütün gecəni ,
Yorulmuş gözünü belə qırpmayır .
Xəstəsi olarsa , əgər düşməni ,
HƏYATIN qapısın üzə çırpmayır !
Xəstəsi olarsa , əgər düşməni ,
HƏYATIN qapısın üzə çırpmayır !
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment