Öz ayaqların olsun, öz ayaqların.
Atdığın hər addım vicdan torpağının vətəndaşı adını yazsın sənin mənəviyyat
kimliyinə! Məhz, öz ayaqlarını ağlınla tanı və qəlbinlə tanıt addımının səsini
hər kəsə! Allah rəhmət eləsin, Cibran Xəlilə. Həyatın və insanın mahiyyətini
yazdıqlarında elə təsvir və tərənnüm edib ki, oxuduqca insanın vicdanı rahatlaşır
ikiüzlü dünyada. O deyirdi: - “ Bu dünyanın tikanlı yollarıyla getməkdən
qorxmayın ! Çünki sizin dabanlarınızdan artıq, xarab olmuş qanları
çıxaracaq!..”
Qəribə zamandı. Yer üzünün əşrəfi sayılan İNSAN artıq mənəvi mahiyyətindən
çox uzaqlaşıb. Bioloji varlıqdan başqa heç bir anlamı təzahür etmir. Klonlaşmış“insanlığın” qurumuş beynlərinin
hökmranlığında bir bataqlığa çevrilən cəmiyyətin üzvünə dönmə. Dəyişmə, mənəviyyatının
bir üzü olsun. Yıxılsan da, büdrəsən də, heçliyə yuvarlansan da öz ayaqlarınla
addım at. Öz ayaqların üstündə dayan. Kiminsə çiyinləri üzərində dayanmağa çalışma.
Belə var olma gözqamaşdırıcı görünsə də, yerə çırpıldığın zaman ALLAHIN sənə
verdiyi ayaqların fiziki anlamı belə yox olar ! Çiyinlər üzərində bərqərar
olmağa heç vaxt can atma. Və bunu unutma : - “ Məhz ÇİYİNLƏR İNSANI QOYNUNA ALIB, SONRA DA GERİYƏ BAXMADAN QARA TORPAĞA
ƏBƏDİ SAKİN EDİR ! “
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment