Hər kəs həyata
bir cür yanaşır. Onu hərə bir cür dərk edir. Adı bir olsa da, ona edilən
xitablar müxtəlifdir. Kimi adına “ boş “ deyir, kimi “ beş günlük “ , kimi “ üç
günlük “ , kimi “ yalan “ , kimi də “ mənasız “... Siyahını uzatmaq da olar. Bu
müraciətlər sayəsində insan psixologiyası, yanaşma və dərk etməsi bəlli olur. Məhz
bu adlandırmalar qalib və məğlubu tanıdır, insanı öz diliylə açır. Gah enilən ,
gah da bir göz qırpımında qət edilən pillələrə bənzədilir həyat. Onun haqqında
çox yazılıb , çox deyilib. Amma yazılanların ən mükəmməli CİBRAN XƏLİLİN qələmiylə
əsrlərin yaddaşına köçüb. O deyirdi:-“Mən insanları sevmişəm... Mənim
qanunumda insanlar üç qisimdir; bir qisim – HƏYATI LƏNƏTLƏYİR, bir qisim – ona
“ EŞQ OLSUN “ deyir, bir qisim də ONU DƏRK EDİR! Birinciləri BƏDBƏXTLİYİNƏ görə
sevmişəm, ikinciləri ÜLFƏTİNƏ görə, ÜÇÜNCÜLƏRİ MÜDRİKLİYİNƏ görə! “
Həqiqətən
insanın həyata verdiyi adla malik olduğu mənəvi güc və bacarıqları müəyyən
edilir. Verilən adlar gileyin, şikayətin, məğlubiyyətin, itkinin insan qəlbindəki
izlərindən qaynaqlanır. Amma bu düzgün yanaşma deyil. Belə yanaşmayla özümüzü məhv
etmış oluruq. Zəhmət və inamla qazana biləcəklərimizə məhz belə yanaşmamızla sədd
çəkirik. Sonra da “edə bilmirik “ , “ edə bilmərik “ deyərək, xəyallarımızın,
məqsədlərimizin, hədəflərimizin heçliyinə səbəb oluruq. Beləcə günahı həyata
verdiyimiz adla üstümüzdən atırıq. Özümüzü aldatdığımızın fərqinə belə varmırıq.
Daha doğrusu , bu fərqə varmada məsuliyyətsizlik və qorxaqlığımızın
satirasındakı ifşa obyektinə çevrildiyimizi görməkdən qaçırıq. Amma dərk etmirik
ki, bir-biriylə daim mübarizə aparan özümüzlə özümüzün söyləyəcəklərindən, eyni
zamanda qarşımızda tutacağı aynadan qorxuruq. Özümüzdən qaçmaq məsələyə çözüm
deyil. Əksinə daha da gücsüzləşməkdir. Cibran Xəlilin söylədiyim o gözəl
aforizmindən sonra HƏYATIN ən mükəmməl adını, təsvirini, məğzini NLP elmində
gördüm. Artıq 40 ildən çox bütün dünyada bir elm kimi qəbul edilən, inkişaf
etdirilən, günümüzün ən böyük zərurətinə çevrilən NLP həyatı bir çarxa bənzədir.
Səkkiz hissəyə bölünərək bütövləşdirdiyi bir çarxa. “ HƏYAT ÇARXI “ NLP
elmində ən önəmli və ən əsas terminlərdən biridir. Yaşanan həyatı bütün aspektləriylə
analiz edən, aydınlaşdıran, dərinlikləriylə açıqlayan, səkkiz vacib hissəyə bölərək
bütövləşdirən “ HƏYAT ÇARXI “ deyərdim ki, mütəmadi olaraq ağ vərəyə şəxsi
analiz və düzgün qiymətləndirməmizlə bizi bizə tanıdacaq təsvirimizə dönməlidir.
Çünki bu təsvir vasitəsilə istədiyimiz nəticələrə qol çəkə bilərik. Həyatımızın
hansı yönündə zəifliyin, hansında geriliyin, hansında daha çox durğunluğun,
hansında isə qənaətbəxş göstəricinin olduğunu müəyyənləşdirməklə hər anımızı
praqmatik şəkildə nizamlamağı öyrədir bizə“ HƏYAT ÇARXI “ .
NLP elə bir sirli aləmdir ki, insana özünü kəşf və təsdiq etməyə stimul verir. Bu elmi təbliğ edən yaşam kouçuların insanlıq və güvəniləcək gələcək naminə təmənnasız gördüyü böyük xidmətləri dəyərləndirməyi bacaraq, yetərincə bəhrələnək !
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment