-Bu nədir, yenə nə mərasimidi, görəsən ? Adamların
üzündən məcburi yığışma aydınca oxunur. Görən, nə olub ? - deyə, Molla Nəsrəddin
öz-özünə söyləndi. Ulağına minib getmək istəyirdi ki, birdən gözləri qaraldı ətrafına
toplaşanları görəndə.
-Siz də, bizim toplantımıza qatılsaz, məmnun
olarıq. Adamlar yığmışıq, amma yenə də lazımdır ki, say çox olsun. Əsas iş
saydı - deyə, Mollanı toplantıya apardılar. Molla lap çaşıb qaldı. Elə dəmdəzgahla,
elə dillə zala gətirildi ki, bir də gördü, boş qalmış yerlərdən birində artıq əyləşib.
Amma çox yerlər boş idi. Yenə çoxları lazım idi, zalı doldurmaq üçün. Təşkilatçıları
qınamasan, yazıq ulağıma da zalda yer göstərəcəkdilər ki, təki yerlər boş
qalmasın,- deyə, Molla düşüncələrə daldı və soruşdu:
-Nə toplantısıdı, ilin, günün bu vaxtında?
-Seçkilərdir, necə bəyəm bilmirsiz , hörmətli namizəd
gələcək, xalqla görüşəcək ki, görsün xalq nə istəyir?
-Xalqın nə istədiyini bilməyəndən namizəd olarmış,
maraqlıdır. Deyir, qulaq gündə bir yeni söz eşitməsə kar olar. Vallah, bir gün
seçki tariximiz araşdırılsa, elə “ gözəl terminlər “ ortaya çıxar ki, Sokrat
sağ olsa, o belə mat qalar.
Nə isə toplantı başlandı. Tribunaya səhnə mədəniyyətindən, natiqlik bacarığından xəbərsiz, qəlbin güzgüsü olan səs və baxışlarında VƏTƏN SEVGİSİNDƏN əsər-əlamət olmayan, dəhşətlisi tərcümüyi-halını, eyni zamanda görəcəyi “ işlər “ adlı yalanlarını üzündən oxuyan “ namizəd “ gəldi. Nə qulaq asan oldu, nə dinləyən. Ürəyim ulağımın yanında qalmışdı, həyətdə yazıq heyvan neyləyir, görəsən? Allahın bu heyvanı mənimçin bu dırnaqarası toplantıdan daha dəyərlidir. Ona görə ki, əsrlərlə gəldiyim yolların ümummilli mənafe olduğunu anlaya bilir!
Uzun-uzadı
çək-çevirlərimdən toplantının nə zaman bitdiyini hiss etmədim. Elə alqışlar səsləndi
ki, bilmədim alqışdı, yoxsa nifrət nidaları idi. Tez həyətə düşüb ulağımla
birlikdə öz yoluma davam etdim. Və fikirlərimi özümlə bölüşdüm:
-Deyirəm, hər
şeydə bu günə qədər say axtardıq. Say göstəricisinin tamamlanmağına can atdıq.
Keyfiyyət nədir düşünmədik, kəmiyyəti beynimizə yazdıq. Uğuru, atılan addımı
keyfiyyətlə deyil, kəmiyyətlə ölçdük. XALQIN DƏRDİNİ BİLƏNLƏRƏ, BU DƏRDLƏRLƏ
NƏFƏS ALANLARA deyil, “ XALQ NƏ İSTƏYİR “ deyənlərə NAMİZƏD DEDİK ! Bununla da
gələcəyimizin ucsuz-bucaqsız sərhədlərini sildik!
Allah rəhmət
eləsin, CİBRAN XƏLİLƏ. O yazırdı:-“ O
millət bədbəxtdir ki, TALANÇILARINI qəhrəman mərtəbəsinə yüksəldir, qəsbkarlarını
isə alicənab sayır! O millət bədbəxtdir ki, mənsəb sahibləri-tülkülər,
filosofları-hoqqabazlar, sənəti isə təqlidi sənətdir! "
YAQUT
HÜSEYNOVA
No comments:
Post a Comment