Sevdik həyatı. Bağlandıq ona. Dördəlli sarıldıq dünyaya. Zahirini
düşündük, mahiyyətini unutduq yaşamın. Yaxınlarımız, doğmalarımız üçün nəfəs aldıq. Yaşadaraq yaşadıq. Çox vaxt fədakarlığımız, sevgimiz ifrata vardı.
Özümüzü unutduq. Həyatı, dünyanı, doğmalarımızı, sevdiklərimizi, dostlarımızı
ən yaxınımız sandıq. Amma... Amma... Zaman-zaman ən böyük zərbələri də,
məhz onlardan aldıq. SƏMİMİYYƏTİMİZ, yaxınlarımız dediklərimizin önündə bir
aynaya döndü. GERÇƏKLƏRİ gördükcə, acıdıq özümüzə. Bitməz suallar,
tükənməz təzadlarla dolu həyatda ən yaxınımız biləcəyimiz, güvənəcəyimiz
və bizi hər an kölgə tək izləyən tək gerçək var:-"ƏMƏLLƏRİMİZ və KƏFƏN"
YAQUT HÜSEYNOVA