Şəhid Fərid Əhmədov... Azərbaycanın qəhrəman oğlu... Artıq onun şəhid
olmasından illər ötüb. Amma əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Şəhidlər azadlıq uğrunda cihada qalxaraq əbədiyyətə vardılar. Fərid Əhmədovun
yas mərasimində Şirvan şəhər "SEVİL" qadınlar cəmiyyəti olaraq iştirak edəndə
şəhidin nənəsinin xatirələri hər kəsi kövrəltdi. Nənə yarın qalmış arzusunu belə
dilə gətirdi:
-"Oğlum Güloğlan çox həyatpərvər və sevgi dolu idi. Həyətimizdə gördüyünüz
bu güllər onun arzularının acı xatirəsidi. Hər zaman tükənməz sevgiylə onlara
qulluq edərdi. Mən də həmişə gileylənirdim ki, oğul özünü niyə belə yorursan.
O isə cavabında gülərək yanıma gəlib deyərdi ki, ana, bu gülləri gözəl bir arzuyla
böyüdürəm. Allahdan tək diləyim FƏRİDİN toyunda bu çiçəkləri sevinclə,
səadətlə bəzəyək. Bax, o gün bu çiçəklər daha gözəl olacaq..." Sən saydığını
say, gör fələk nə sayır! Bu güllər əvvəlcə oğlumun, sonra nəvəm FƏRİDİN
yasına göz yaşı tökdü. Hər onlara baxanda ürəyim qübarlanır , bir yandan
da elə bilirəm ki, FƏRİD üçün hələ bu çiçəkləri bəzəyəcəyik..."
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment