Friday, April 25, 2014

SƏNƏ QƏDƏR!

    SƏNƏ  qədər  bir  dünyam  vardı... Duyğularımın, xəyallarımın, arzularımın,
kədərimin  köksündə  dilləndiyi  ağ  vərəqlər  idi,  bu  dünyamın  sonsuz  
üfüqləri!
    SƏNƏ  qədər  bir  röyam  vardı... Mənimlə  birlikdə  addımlayan, tale
yollarımı, həyata  eşqimi  "qaranlıq  işığ" ıyla  nurlandıran  qələmim  idi,
bu  röyamın  səadəti!   
   
  
    SƏNƏ  qədər  könül  verdiyim, qəlbimin  rahatlıq  tapdığı  bir  həqiqətim
vardı...  Torpağın, asimanın, Günəşin, dənizin, bir  də  rüzgarların  pıçıltısını
ləçəklərində  dinlədiyim  SARI  ÇİÇƏKLƏR  idi,  mənim  üçün  səmimiyyət
və  saflığın  ünvanı!
    Bir  nağıl  tək  gəldin  ömrümə... "BİRİ  VARDI, BİRİ  YOXDU"  sözləriylə
başlayıb  və  bu  kəlmələrlə  bitsə  də  gerçək  bir  sevgi  nağılım  oldun.  
Varlığımı   onun  sətirlərində  tapdım  səssizliyimlə, sükutumla. SEVDİM,
SEVİLDİM!
     Ağ  vərəqlər, qələmim, bir  də  çox  sevdiyim  SARI  GÜLLƏR  idi,  həyatımın
huzuru. Və  bu  huzurun  tamamı  SƏN   oldun!

                                                                 YAQUT   VAFİQQIZI

No comments:

Post a Comment