Sən mənim qəlbimin dərinliyində,
Bir ülvi sevgiylə SONSUZA vardın!
Ən şirin arzumun ənginliyində,
Yaralı könlümü ümidlə sardın.
Bir SEVGİ yaşadıq... Səssiz-səmirsiz...
Biz susduq... Danışdı ürəklərimiz!
Bir SEVGİ yaşadıq... Səssiz-səmirsiz...
Biz susduq... Danışdı diləklərimiz!
Əl-ələ bir dünya qurmaq istədik,
Səadət evimiz oldu ayrılıq!
Bir isti ülfətlə qısaltdığımız,
Birgə yolumuzu yordu ayrılıq!
"BƏLKƏ" lər ittiham etdi eşqimi,
"KAŞ" larda çözüldü düşüncələrim!
Gözləyir yolunu heç yorulmadan,
Ötən hər səhərim, həm gecələrim!
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment