Tuesday, April 29, 2014

BİZƏ ƏN YAXIN OLAN BİRİSİ...

     

    Sevdik  həyatı. Bağlandıq  ona. Dördəlli  sarıldıq  dünyaya.  Zahirini  
düşündük,  mahiyyətini   unutduq  yaşamın.  Yaxınlarımız,  doğmalarımız  üçün  nəfəs  
aldıq.  Yaşadaraq   yaşadıq.  Çox  vaxt  fədakarlığımız, sevgimiz   ifrata  vardı.  
Özümüzü  unutduq.  Həyatı,  dünyanı,  doğmalarımızı, sevdiklərimizi,  dostlarımızı   
ən  yaxınımız  sandıq.  Amma...  Amma...  Zaman-zaman  ən  böyük   zərbələri  də,  
məhz  onlardan  aldıq. SƏMİMİYYƏTİMİZ,  yaxınlarımız  dediklərimizin  önündə  bir  
aynaya   döndü.  GERÇƏKLƏRİ   gördükcə,  acıdıq   özümüzə. Bitməz   suallar,  
tükənməz  təzadlarla  dolu  həyatda  ən  yaxınımız  biləcəyimiz,  güvənəcəyimiz   
və   bizi   hər  an  kölgə  tək  izləyən  tək  gerçək   var:-"ƏMƏLLƏRİMİZ  və   KƏFƏN"


                                                                 YAQUT   HÜSEYNOVA

No comments:

Post a Comment