Saturday, April 26, 2014

"QƏLBİMDƏKİ SƏN TƏZADI"

      Həyat  çox  qəribədir.  SEVGİNİ- dəyərini  bilməyənə  bəsləyirik!!!  Zaman  
keçdikcə  qəlbimizdəki  gerçək  eşqin  həqiqətdə, təzaddan  başqa  bir  şey  
olmadığına  varırıq. Gözlərimizi, ürəyimizi  varlığıyla  nə  qədər  qamaşdırsa  
da,  birgə  addımladığımız  yollarda  bunun  yalnız  və  yalnız  zülmətdən  ibarət  
olduğunu  anlayırıq. Mahiyyətini  dərk  etdikcə  susqunluğumuz  da artır. Sakitcə  
iç  dünyamıza  çəkilirik, qəlbimizdəki məhəbbətdən   belə   xəbərsiz!
   
 
    Yenidən  arzulara  qayıtmaq, yenidən  xəyallara  sarılmaq, yenidən  içimizdəki  
həyat  eşqinə  ümidlərlə  bağlanmaq, keçilməz  səd  kimi  çəkilir  duyğularımıza. 
Şirin  bir  röyamıza  dönər  sevgi. Arzusunda  olduğumuz  səadət  dolu  bir  röyaya. 
Kaş  bu  röyadan  heç  vaxt  ayılmazdıq...
     Bəzən   "KAŞ"  və  "BƏLKƏ"   kəlmələrini   dilimizə   öyrətsə  də  SEVGİ,  
qəlbimizin dərinliyində  məskən  salmış   əbədi  gerçəyimizdi! Və  bu  gerçəyin  tək  
adı  var:-"TANIDIĞIM  və  TANIMADIĞIM  SƏN!"

                                                               YAQUT  HÜSEYNOVA 
   

No comments:

Post a Comment