AZETA Azerbaijan (Azərbaycan İngilis dili Müəllimləri Assosasiyası) 2006-cı
ildən fəaliyyət göstərir. Bu qurumun şəhərimizdə özək təşkilatı 2012-ci ildə
yaradılıb. AZETA SHİRVAN BRANCH yarandığı iki il ərzində bir çox
layihələrdə uğurla çalışır. Bu proqramlardan biri də EAMP- English Access
Microschoolarship layihəsidir. Layihənin əsas məqsədi bölgələrdə olan
aztəminatlı ailələrin uşaqlarına ingilis dilini dərnəklər vasitəsilə öyrətməkdir.
Amerika Departamentinin maliyyə dəstəyilə reallaşdırılan EAMP artıq
neçə-neçə məktəblinin ingilis dilinin bütün incəliklərini mənimsəməkdə
ən yaxın yardımçısıdır. 21 saylı tam orta məktəbin direktoru Səadət
Quliyevanın rəhbərlik etdiyi AZETA SHİRVAN BRANCH-ın adıçəkilən
dərnəklərində 12 şagird dil öyrənir. Dərsləri ingilis dili müəllimi Nəzakət
Səmədova keçir.
Həftədə iki dəfə keçirilən
dərnəkdə əsas dərslik
"Cuttinq Edge" kitabıdır.
AZETA Azerbaijan təşkilatının
prezidenti Rəqsanə
Məmmədova və təşkilatın
yaradıcılarından olan
Südabə Sadıqın iştirakıyla
AZETA SHİRVAN BRANCH-ın
EAMP uşaqları "Earth Day"
keçirdilər. Məqsəd məktəblilərdə
humanistlik, vətənpərvərlik,
Yer kürəsinə və təbiətə sevgi aşılanması idi. Şagirdlər əvvəlcə məktəbin və
onun həyətyanı sahəsini təmizlədilər, yeni ağac və gül kolları əkərək onları
suvardılar. Açıq səma altında uşaqlarla aparılan fikir mübadiləsi qonaqlarda
yüksək təəssürat oyatdı. Və dərnəyin altı üzvi aprel ayında Bakıda keçiriləcək
EAMP uşaqlarının XI konfransına seçildi.
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment